“Yaşıl
gələcək” adlı
ekoloji layihə icra olunub
Azərbaycan Respublikasının
Gənclər Fondunun maliyyə dəstəyi və “ASAN Könüllüləri”
Təşkilatının təşkilatçılığı
ilə “Yaşıl gələcək” adlı
ekoloji layihə icra olunub. Gənclər
Fondu tərəfindən həyata
keçirilən “İdeyanı
reallaşdır 2023” müsabiqəsinin
qalibi Pərviz Səmədovun “Yaşıl
gələcək” layihəsində
Ağcabədi, Bərdə,
Ağdam, Zərdab və Beyləqan rayonlarında yaşayan 20
gənc iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihənin açılışı zamanı
iştirakçılar Ulu Öndər
Heydər Əliyevin Ağcabədi
şəhərinin mərkəzi
meydanındakı abidəsini
və Heydər Əliyev
Mərkəzini ziyarət
ediblər.
Doqquz gün davam edən layihənin “İnkişaf
proqramı” çərçivəsində
iştirakçılar üçün
5 günlük təlim-tədris
mərhələsi keçirilib.
Bu mərhələ zamanı
“Ətraf mühitin qorunması” mövzusunda görüş və Ağcabədi rayonu ərazisindən keçən
Qarqar çayının
sahilyanı ərazisində
təmizlik aksiyası
təşkil olunub. “Sahibsiz dostlarımızı
qoruyaq” mövzusunda görüş olub və Ağcabədi
regional “ASAN xidmət” mərkəzi
ilə birgə sahibsiz küçə heyvanları üçün
yuvalar yerləşdirilib,
yemləmə aksiyası
keçirilib. Layihə
çərçivəsində Ağcabədi Olimpiya İdman Kompleksinin fitnes-məşqçisi və
fizioterapevti iştirakçılara
“Sağlam həyat tərzi
və sağlam qidalanma” mövzusunda maarifləndirici məlumat
verilib. 9 saylı
regional Ekologiya və Təbii Sərvətlər
İdarəsinin sektor
müdiri ilə “Daha sağlam gələcək”
mövzusunda görüş
təşkil edilib. Gəncləri maraqlandıran
ekologiya mövzusunda suallar cavablandırılıb.
“Tullantılardan ev şəraitində səmərəli
istifadə” devizi altında görüş
keçirilib və iştirakçılar tullantılardan
dekorativ əşyalar
hazırlayıblar.
Layihə iştirakçılarının
ekoloji standartlar barədə məlumat əldə etməsi, dünyagörüşün artırılması
məqsədilə “Atena” MMC-yə ekskursiya təşkil olunub.
Növbəti mərhələdə
layihədə iştirak
edən gənclər
Qarabağ Atçılıq
Kompleksinə ekskursiya
ediblər.
Həmçinin ekoloji problemlərin həllinə
yönəlmiş “EcoTech”
adlı hakaton keçirilib, 25 nəfər
gəncin iştirakı
ilə bərpaolunan enerji, tullantılardan səmərəli istifadə,
su ehtiyatlarının
qorunması, havanın
təmizliyi, təbii fəlakətlər mövzularında
müzakirələr aparılıb.
Hakaton Ağcabədi
regional “ASAN xidmət” mərkəzinin,
9 saylı regional Ekologiya
və Təbii Sərvətlər İdarəsinin,
Ağcabədi Peşə
Məktəbinin rəhbərliyinin
münsifliyi ilə baş tutub.
Layihənin
bağlanış mərasimində iştirakçı gənclər
və səmərəli fəaliyyətə görə
nümayəndələr təltif ediliblər.
Azərbaycan.-2024.-
18 avqust (¹ 176).- S.7.