Qazaxıstanlı
politoloq: Azərbaycanın
iqtisadi inkişafı
region ölkələrini
ticari və kooperasiya əlaqələrini
genişləndirməyə sövq edir
Mərkəzi Asiya
ölkələri ilə
Azərbaycan arasında
tərəfdaşlıq regionda
davamlı inkişafın
və təhlükəsizliyin
möhkəmləndirilməsinə yönəlmiş uğurlu
qarşılıqlı fəaliyyətin
parlaq nümunəsinə
çevrilir. Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Astanada keçirilmiş Mərkəzi
Asiya və Azərbaycan Respublikasının
Dövlət Başçılarının
görüşü bu
əməkdaşlığın vacibliyini bir daha vurğuladı.
Qazaxıstanlı politoloq
Zamir Karajanov
AZƏRTAC-a müsahibəsində yuxarıda qeyd olunan format çərçivəsində
nəqliyyat dəhlizlərinin
inkişafı, iqtisadi
inteqrasiya və enerji tərəfdaşlığı
sahəsində əldə
olunan əsas nailiyyətləri xüsusi
qeyd edib.
- Orta Dəhlizin
beynəlxalq ticarətdə
daha cəlbedici olmasının səbəbi
nədir?
- Azərbaycanın strateji
mövqeyi son iki ildə yükdaşıma
həcmlərinin əhəmiyyətli
dərəcədə artması
ilə təsdiqlənir.
Lakin onun əhəmiyyəti təkcə
tranzit dəhlizləri
ilə məhdudlaşmır.
Azərbaycanın inkişaf
etmiş iqtisadiyyatı
region ölkələrini
müxtəlif sahələrdə
ticarət və əməkdaşlıq əlaqələrini
fəal şəkildə
genişləndirməyə sövq edir.
Azərbaycanın tranzit
yükdaşımalarının inkişafına töhfə
verən Orta Dəhliz layihəsində
iştirakı xüsusi
əhəmiyyət kəsb
edir. Geosiyasi gərginlik nəqliyyat marşrutlarının şaxələndirilməsinin
zəruriliyini vurğulayır.
Müəyyən dövrlərdə
dəniz yollarından
daha cəlbedici olduğu ortaya çıxan Orta Dəhliz, həmçinin
konteyner daşımalarının
sabitliyi və tarif siyasəti sayəsində beynəlxalq
ticarət iştirakçıları
üçün getdikcə
daha cəlbedici bir seçimə çevrilir. Fars körfəzindəki vəziyyət
və Süveyş kanalındakı problemlər
bu marşruta tələbatı daha da artırır.
-Dayanıqlı iqtisadi
inkişafın və
dünya bazarlarına
çıxışın təmin edilməsində Qazaxıstanın dəmir
yolu layihələrinin
əhəmiyyəti və
Azərbaycanın nəqliyyat
təhlükəsizliyində rolu nədən ibarətdir?
- Qazaxıstanda Çini
Xəzər regionu ilə birləşdirən
əlavə dəmir yolu xətləri tikilir. Söhbət təkcə yükdaşımalardan
deyil, həm də onların həcmlərinin daha da artırılmasından
gedir ki, bu da bizim
maraqlarımıza uyğundur.
Açıq okeana və dənizə birbaşa çıxışı
olmayan bir dövlət olaraq, biz inkişafımızda əsas rol oynayan
nəqliyyat əlçatanlığına
xüsusi önəm veririk.
Azərbaycan nəqliyyat
təhlükəsizliyinin təmin
edilməsində və
digər ölkələrin,
o cümlədən qeyri-MDB
ölkələrinin bazarlarına
sabit çıxışın
təmin edilməsində
mühüm rol oynayır. Bu, ölkələrimizin rifahına
və iqtisadi artımı saxlamaq imkanlarına birbaşa təsir göstərir və indiki şəraitdə xüsusi
əhəmiyyət kəsb
edir.
- Azərbaycanla Qazaxıstan
arasında ticarət dövriyyəsinin 1 milyard
dollara çatdırılması
məqsədinə nail
olmaq ehtimalı nə qədərdir?
- Bu gün fəal əməkdaşlıq
mövcuddur ki, bu da yəqin
ki, Azərbaycanın öz iqtisadiyyatının
potensialından istifadə
edərək Mərkəzi
Asiyada gedən proseslərə inteqrasiya etmək istəyindən xəbər verir. Xüsusən, 2023-cü ildə
Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsinin
500 milyon dolları ötdüyünü nəzərə
alsaq, gələcək
inkişaf üçün
yaxşı perspektivlər
yaranıb. Hazırkı
məqsəd 1 milyard dollarlıq dövriyyəyə
nail olmaqdır. Bu hədəf regional əlaqələrin
və əməkdaşlığın
gücləndirilməsi kontekstində
kifayət qədər
real görünür.
- Qlobal geosiyasi
qeyri-sabitlik şəraitində
regional əməkdaşlığın
gücləndirilməsi Mərkəzi
Asiya ölkələri
və Azərbaycan üçün hansı üstünlükləri və
imkanları təmin edir?
- Dünya qlobal
geosiyasi turbulentlik fonunda Mərkəzi Asiya ölkələri və Azərbaycan üçün daha az proqnozlaşdırılan
xarakter alır. Bu vəziyyətdə regionumuz üçün ən böyük sabitlik və etibarlılıq ən yaxın qonşularımızla
sıx əməkdaşlıq
şəraitində təmin
edilir. Son illərdə regional əməkdaşlığın gücləndirilməsinə xüsusi
diqqət yetirilir ki, bu da
ölkələrimiz arasında
iqtisadi artımın təmin edilməsinə töhfə verməklə
yanaşı, davamlı
inkişafa, iqtisadi təhlükəsizliyin gücləndirilməsinə
şərait yaradır.
Biz bilirik ki, Qazaxıstan xaricdən məhsul idxal edir, amma,
eyni zamanda, onları region daxilində istehsal və emal edə,
regional bazarlarını
doldura, habelə özümüzü geosiyasi
şoklardan qoruya bilərik.
Pandemiya zamanı
sərhədlərin bağlandığı
və karantinlərin bütün dünyada ərzaq tədarükünü
məhdudlaşdırdığı bir şəraitdə qiymətlərin artması
müşahidə olundu.
Gələcəkdə analoji
halların baş verməməsi üçün
regional əməkdaşlığın
və kooperasiyanın
gücləndirilməsi, ərzaq
təhlükəsizliyinin təmin
edilməsi, ticarət
dövriyyəsinin artırılması
və yerli istehsalçıların dəstəklənməsi
zəruridir. Eyni zamanda, biz regionda
rəqabət mühiti
yaradırıq ki, bu da məhsulların
keyfiyyətinin yüksəldilməsi
və maya dəyərinin aşağı
salınması üçün
mühüm amildir.
- Azərbaycan ilə
Qazaxıstan arasında
mövqelərin və
ümumi maraqların üst-üstə düşməsi,
eləcə də Azərbaycanın Qoşulmama
Hərəkatındakı rolu
regionda sabitliyin və təhlükəsizliyin
möhkəmlənməsinə necə töhfə verir?
- Bu yaxınlarda
Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Astanada Mərkəzi Asiya ölkələrinin ardıcıl altıncı
və ikinci məşvərət toplantısı
keçirildi. Azərbaycanın
belə tədbirlərdə
iştirakı onun regiondakı mühüm rolunu vurğulayır. Ölkənizlə əməkdaşlığımız
təkcə məşvərət
görüşləri çərçivəsində
deyil, həm də müxtəlif regional platformalar üzrə inkişaf edir ki, bu
da qarşılıqlı
fəaliyyətimizdə olan
sabitlikdən və ardıcıllıqdan xəbər
verir.
Azərbaycan Qoşulmama
Hərəkatının üzvü
kimi hazırkı şəraitdə həm qlobal, həm də regional vəziyyətə uyğun
gələn mövqedən
çıxış edir.
Son məşvərət
görüşləri açıq
şəkildə göstərir
ki, Mərkəzi Asiya ölkələri regionda sabitliyin və təhlükəsizliyin
təmin edilməsinə
böyük əhəmiyyət
verir. Bu kontekstdə Azərbaycan bizim üçün əlverişli tərəfdaşdır.
Bir çox beynəlxalq platformalarda Azərbaycan və Qazaxıstanın ümumi
maraqlarını əks
etdirən mövqelərimizin
üst-üstə düşdüyünü
qeyd edirik.
- Azərbaycan vasitəsilə
Mərkəzi Asiya ölkələrindən Avropaya
yaşıl enerji ixracı barədə nə deyə bilərsiniz?
- Enerji sahəsində
əməkdaşlıq geniş
spektrə malikdir. Ənənəvi neft tədarükü ilə yanaşı, biz yaşıl enerjinin Azərbaycan vasitəsilə
Avropaya ixracı imkanlarını nəzərdən
keçiririk. Qazaxıstan
bərpaolunan enerji mənbələri sahəsində
əhəmiyyətli potensiala
malikdir ki, bu da regionun
enerji təhlükəsizliyini
təmin etməklə
yanaşı, ixracı
da şaxələndirəcək.
Dünyada
mütəmadi olaraq münaqişələr yaranır ki, bu
da qlobal iqtisadiyyatı qeyri-sabit və gözlənilməz
edir, habelə yüksək artım templərini qoruyub
saxlamağı çətinləşdirir. Belə bir şəraitdə
biz yalnız bir-birimizlə əməkdaşlığa
və öz gücümüzə arxalana
bilərik.
Azərbaycan.-2024.-
18 avqust (№ 176).- S.8.