Xəzər Media Forumunda
“Xarıbülbül” festivalından
bəhs edilib
Azərbaycanın Rus İcması
sədrinin birinci müavini, teleaparıcı
Anastasiya Lavrina Rusiyanın Həştərxan
şəhərində keçirilən
Xəzər Media Forumu
çərçivəsində “Mədəniyyətlərin dialoqu
və dialoq mədəniyyəti” sessiyasında
çıxış edib.
AZƏRTAC xəbər verir ki, Lavrinanın çıxışının
mövzusu hər il Azərbaycanın mədəniyyət
paytaxtı Şuşa
şəhərində təşkil
edilən “Xarıbülbül”
beynəlxalq musiqi festivalı olub.
“Xarıbülbül”
Beynəlxalq Musiqi Festivalı dostluq və musiqi bayramıdır. Burada səslənən
musiqinin səsi xalqımızın adət-ənənələri
ilə iç-içə
olan zəngin tarixin əks-sədasıdır.
Bu festival müasir dövrdə
çox zəruri olan mədəniyyətlər
arasında dialoqun inkişafında mühüm
amilə çevrilib”,
- deyə Rus İcması
sədrinin birinci müavini bildirib.
O, Xəzər Media Forumunun iştirakçılarına festivalın
hələ 1990-cı ildə
beynəlxalq status aldığı,
amma Şuşa şəhərinin
Ermənistan silahlı
qüvvələri tərəfindən
işğalı səbəbindən
təxminən 30 il ərzində
keçirilmədiyi barədə
məlumat verib.
Lavrina vurğulayıb: “44 günlük
Vətən müharibəsinin sonunda - noyabrın 8-də
şəhərin işğaldan
azad edilməsindən
sonra Azərbaycan rəhbərliyi festivalın
bərpası ilə bağlı mühüm qərar qəbul edib, çünki bu, mədəni mübadilə və mədəni irsin qorunması ilə bağlı aktual məsələlərin müzakirəsi
üçün imkanlar
yaradır. Festival dünyanın
bir çox ölkəsindən çoxsaylı
musiqiçilərin iştirak
etdiyi dostluq və musiqi bayramıdır”.
Azərbaycanın Rus İcması
sədrinin birinci müavini çıxışının
sonunda qeyd edib ki, Şuşa şəhərinin rəmzi
olan gülün adını daşıyan
“Xarıbülbül” festivalı
həm də regionda bir növ
sülh və sabitlik rəmzinə çevrilib, Qarabağı
isə cəsarətlə
mədəniyyətlərin və xalqların yaxınlaşdığı torpaq
hesab etmək olar.
Avqustun 16-17-də Həştərxanda
“Mədəniyyətlərin dialoqu Xəzər regionunun inkişafının
əsasıdır” mövzusunda
IX Xəzər Media Forumu
keçirilir. Tədbirdə
Azərbaycan, İran, Qazaxıstan, Türkmənistan, Moldova və
Özbəkistandan olan
qonaqlar da daxil olmaqla 750-dən çox nümayəndə iştirak
edir.
Azərbaycan.-2024.-
18 avqust (¹ 176).- S.8.