Türkiyəli
ekspert: Erməni kilsəsi Türkiyə və Azərbaycana münasibətdə yeni problemlərə zəmin yaradır
Nikol Paşinyan
hakimiyyətini tənqid
edən erməni kilsəsi Ermənistanın
bu gün düşdüyü ağır
vəziyyətdən çıxması
üçün heç
bir yeni ideya irəli sürə bilmir. Kilsə erməni xalqının maraqlarını
dəstəkləmək əvəzinə,
qonşu dövlətlərlə
ikitərəfli münasibətlərdə
daha böyük problemlərə zəmin yaradır.
AZƏRTAC xəbər verir ki, bu
fikri Ankara Avrasiya Araşdırmaları
Mərkəzinin (AVİM) analitiki
Mehmet Oğuzhan Tulun səsləndirib.
Ekspert xatırladıb
ki, 44 günlük Vətən müharibəsindəki
məğlubiyyətdən sonra Nikol Paşinyanın
hökuməti əvvəlki
hakimiyyətin Ermənistanı
regional əməkdaşlıqdan
təcrid edən siyasətindən əl çəkmək kursunu götürüb.
AVİM-in analitiki
kilsə ilə Paşinyan hökuməti arasında münasibətlərin
2018-ci ildən pisləşdiyini,
2023-cü ildən isə
din xadimlərinin bir növ müxalif
siyasi partiya rolunda çıxış
edərək hakimiyyəti
açıq şəkildə
tənqid etməyə
başladığını xatırladaraq deyib: “Paşinyanın bu istiqamətdə atdığı
addımlar təkcə
radikal müxalifət
tərəfindən deyil,
həm də erməni kilsəsi tərəfindən qəbul
edilmir”.
Tulun qeyd edib ki, kilsə
nümayəndələri Türkiyə
və Azərbaycanla münasibətləri normallaşdırmaqdan
imtina etməyi tələb edərək,
Paşinyanın əleyhdarları
ilə görüşlər
keçirməyə başlayıblar.
Onun sözlərinə
görə, İrəvanın
Ankara və Bakı ilə dialoqu son nəticədə
Ermənistanın mövcud
sərhədlərinin məntiqi
olaraq qəbul edilməsinə, “Qərbi
Ermənistan” və
1915-ci il hadisələri
ilə bağlı hər hansı xatırlatmanın rəddinə,
Qarabağın Azərbaycanın
ayrılmaz tərkib hissəsi kimi rəsmən tanınmasına
və anklav əraziləri məsələsinin
həllinə gətirib
çıxarmalıdır.
Türkiyəli analitik
qeyd edib ki, uzun müddət
Ermənistan əhalisinin
əksəriyyətinə Türkiyə,
Azərbaycan, eləcə
də Gürcüstan
və İran ərazilərinin
bir hissəsinin “ermənilərin tarixi torpaqları” olması barədə yanlış
fikir aşılanıb.
O vurğulayıb: “Birinci
Qarabağ müharibəsinin
nəticələri “güclü
erməni xalqı” mifini təbliğ edirdi. İkinci Qarabağ müharibəsi
bütün bu saxta iddiaları puça çıxardı,
ermənilərin gözünü
açdı, həmin
məntiqsiz və dağıdıcı ideologiyaya
son qoydu”.
AVİM-in eksperti
daha sonra qeyd edib ki,
Nikol Paşinyanın
“islahatları” yolunda Ermənistanın 1995-ci ildə
qəbul edilmiş və 1990-cı il Müstəqillik Bəyannaməsinə
istinad edən hazırkı Konstitusiyanın
dəyişdirilməsi kimi
çətin missiya dayanır. “Bəyannamə
təkcə Azərbaycanın
bütövlüyünü deyil, 1921-ci il Moskva və Qars müqavilələrini
də rədd edir ki, bu
da Türkiyə-Ermənistan
sərhədinin tanınmaması
deməkdir. Eyni sənəd Osmanlı dövlətində 1915-ci il
“soyqırımı” uydurmasının
təbliğinə də
çağırır”.
Ekspert qeyd edib ki, Ermənistanın
Əsas Qanununda bu sənədə istinad mövcud olduqca, bu ölkənin
Konstitusiya məhkəməsi
Türkiyə və Azərbaycanla ziddiyyətlərin
həlli istiqamətində
istənilən addımın
qarşısını ala
biləcək. Analitik
bildirib ki, analoji vəziyyət
2009-cu ildə Türkiyə
ilə Ermənistan arasında münasibətlərin
normallaşmasına dair
Sürix protokollarının
nümunəsində özünü
büruzə verib.
Erməni kilsəsi
məsələsinə qayıdan
analitik qeyd edib ki, Ermənistan
ətrafında status-kvonun
siyasi və hüquqi dəyişikliyi
istiqamətində atılan
istənilən addımlar
təkcə bütün
ermənilərin katolikosu
II Qaregin deyil, həm də bütün türklərə
nifrəti ilə tanınan Kilikiya katolikosu I Aramın kəskin narazılığına
səbəb olub. O əlavə edib: “Erməni kilsəsinin nümayəndələri siyasətçilər
kimi çıxış
edərək, İrəvanın
Ermənistanın regional
təcridinə doğru
kursunu dəyişməz
saxlamağa çalışırlar
ki, bu da
Ankara və Bakı ilə danışıqlara təsir
edir. İki ildən sonra Ermənistanda keçiriləcək
seçkilər Paşinyanın
rəqiblərinə dəstəyin
səviyyəsini nümayiş
etdirəcək”.
Tulun əmindir
ki, Türkiyə Ermənistanda hökumət
əleyhinə son aksiyalara Daşnaksütyun
partiyasına yaxınlığı
ilə tanınan arxiyepiskop Baqrat Qalstyanın rəhbərlik
etdiyini nəzərə
alıb. Belə ki, həmin daşnaklar terrorçuları
dəstəkləməklə və JCAG kimi qanlı təşkilatlar yaratmaqla tanınır.
1970-1980-ci illərdə həmin
təşkilatın üzvləri
dünyanın müxtəlif
ölkələrində türk
diplomatlarını qətlə
yetiriblər. Bu baxımdan, 1982-ci il yanvarın 28-də Türkiyənin
Los-Ancelesdəki baş
konsulu Kemal Arıkanın qətlində
təqsirli bilinən terrorçu Hampiq Sasunyanın da Qalstyanın tərəfdarları
sırasında olması
heç də təsadüfi deyil.
“Hökumətdən fərqli olaraq, erməni kilsəsinin nümayəndələrinin siyasi
təcrübəsi yoxdur
və bu da korafəhm siyasi addımların dəstəklənməsinə gətirib çıxarır.
Onlar başa düşə bilmirlər
ki, Ermənistanın düşdüyü çətin
vəziyyətin əsas
səbəbi əvvəlki
hakimiyyətin səhvləri
ilə bağlıdır”,
- deyə AVİM-in eksperti vurğulayıb.
Azərbaycan.-2024.-
18 avqust (¹ 176).- S.8.