Azərbaycan ilə Rusiya arasında imzalanmış sənədlər mübadilə edilib

 

Azərbaycan-Rusiya dost, qonşu və müttəfiq

 

 

Avqustun 19-da Bakıda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə mübadiləsi mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dövlət başçılarının Birgə Bəyanatını qəbul etdilər.

Azərbaycan Respublikasının ixracın investisiyaların təşviqi Agentliyi - AZPROMO iləRusiya Birbaşa İnvestisiyalar Fondunun idarəedici şirkətiSəhmdar Cəmiyyəti arasında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov Rusiya Birbaşa İnvestisiyalar Fondunun baş direktoru Kirill Dmitriyev mübadilə etdilər.

Azərbaycan Respublikasının Ekologiya Təbii Sərvətlər Nazirliyi ilə Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi arasında iqlim dəyişmələri aşağı karbonlu inkişaf üzrə Anlaşma Memorandumu”nu Azərbaycan Respublikası ekologiya təbii sərvətlər naziri Muxtar Babayev Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Reşetnikov mübadilə etdilər.

Azərbaycan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Federal Əmək Məşğulluq Xidməti (Rusiya Federasiyası) arasında əməyin təftişi məsələləri üzrə qarşılıqlı anlaşma əməkdaşlıq Memorandumu”nu Azərbaycan Respublikasının əmək əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Rusiya Federasiyasının Əmək Məşğulluq Federal Xidmətinin rəhbəri Mixail İvankov mübadilə etdilər.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə İstehlakçıların Hüquqlarının Müdafiəsi İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidmət (Rusiya Federasiyası) arasında qida məhsullarının təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Rusiya Federasiyası İstehlakçıların Hüquqlarının Müdafiəsi İnsan Rifahına Nəzarət Federal Xidmətinin rəhbəri Anna Popova mübadilə etdilər.

Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında bitki karantini mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Rusiya Federasiyasının Baytarlıq Fitosanitar Nəzarəti Federal Xidmətinin rəhbəri Sergey Dankvert mübadilə etdilər.

“Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında səhiyyə, tibbi təhsil və tibb elmi sahələrində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev və Rusiya Federasiyasının səhiyyə naziri Mixail Muraşko mübadilə etdilər.

 

Azərbaycan.-2024.- 20 avqust (¹ 177).- S.4.