Azərbaycan
və Rusiya prezidentləri Müqəddəs
Mürdaşıyan Zənənlər Kafedralında olublar
Azərbaycan-Rusiya
dost, qonşu və müttəfiq
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və Rusiya
Federasiyasının Prezidenti Vladimir Putin avqustun 19-da Bakıda
Müqəddəs Mürdaşıyan Zənənlər
Kafedralında olublar.
Dövlət başçılarına
Müqəddəs Mürdaşıyan
Zənənlər Kafedralı
barədə məlumat
verən Bakı və Azərbaycan yepiskopu Aleksiy dedi:
-Hörmətli Vladimir
Vladimiroviç, hörmətli
İlham Heydər oğlu, sizi Bakı şəhərinin
Kafedral kilsəsində
salamlamağa şadam,
bu, mənim üçün böyük
şərəfdir. Üstəlik,
bu gün İsa Peyğəmbərin
mücəssəməsi günüdür.
Bu məbəd
2003-cü ildə azərbaycanlı
mesenatların səyləri
və Heydər Əlirza oğlu Əliyevin bilavasitə qayğısı ilə bərpa olunub və rəsmi olaraq açılıb. Bakı şəhərində
məbədlərin bir
çoxu Azərbaycan
hökumətinin vəsaiti
ilə bərpa edilib. Ona görə
də Azərbaycanın
bütün pravoslavları
adından İlham Heydər oğluna təşəkkür etmək
istəyirəm.
Prezident Vladimir Putin: Gözəldir. Sağ
olun ki, dəstəkləyirsiniz.
Prezident İlham Əliyev: Bizim pravoslav
vətəndaşlarımızın özlərini evlərindəki
kimi hiss etmələrinə
şadıq. Bu, hamının
vahid dost ailə kimi yaşaması, dövlətimiz üçün
böyük dəyərdir.
Həm xristian, həm müsəlman, həm də yəhudi bayramlarını
birlikdə keçiririk.
Odur ki, burada belə bir vəhdət var.
X X
X
Bildirildi ki, Bakı
yeparxiyasının mərkəzi
- Müqəddəs Mürdaşıyan
Zənənlər Kafedralı
və ya “Jen Mironosits” pravoslav kafedral kilsəsi 1909-cu ildə memar M.Verjbitskinin layihəsi əsasında rus üslubunda, məşhur Azərbaycan milyonçusu və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin şəxsi
maddi yardımı və ianələr hesabına inşa edilib. Kilsənin açılışında o dövrün
görkəmli siyasi və din xadimləri iştirak ediblər.
Kommunist rejimi dövründə məbəddən
anbar kimi istifadə olunub, bir müddət sonra isə idmançıların ixtiyarına
verilib.
Məbədin binası
1991-ci ildə Rus Pravoslav
Kilsəsinin sərəncamına
verilib və burada təmir-bərpa işləri aparılıb.
Moskvanın və bütün Rusiyanın Patriarxı II Aleksiy Azərbaycana səfəri
zamanı 2001-ci il mayın
27-də bu məbədi
müqəddəs elan edib
və ona baş kafedral kilsə statusu verib.
Azərbaycan və Rusiya prezidentləri kilsəyə xatirə hədiyyələri təqdim
etdilər.
Azərbaycan.-2024.-
20 avqust (№ 177).- S.6.