Leyla Əliyeva Şamaxıda tarixi abidələrdə aparılan işlərlə tanış olub

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Qobustan Şamaxıda bir sıra tarixi abidələrdə aparılmış bərpa işləri ilə tanış olub.

AZƏRTAC-ın xəbərinə görə, Qobustanda “Diri Baba” türbəsində olan Leyla Əliyevaya məlumat verilib ki, XV əsrə aid abidə öz unikallığı ilə bütün Qafqaz bölgəsində seçilir. Diri Babatürbəsi əsrlər boyu Azərbaycan xalqı tərəfindən müqəddəs yer kimi tanınıb. Bu tarixi abidə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq 2022-ci ildə bərpa edilib. Abidənin ətrafındakı qəbiristanlıq mağaralarda tədqiqat işləri aparılıb. Eləcə abidənin turistlər tərəfindən ziyarəti üçün müvafiq infrastruktur yaradılıb.

Leyla Əliyeva Şamaxıda Kələxana türbələrində olub. Türbələrdə arxeoloji tədqiqat işləri 2022-ci ildə başa çatıb. Arxeoloji tədqiqatlar zamanı türbələr ərazidəki tikililərin tarixinin XII əsrə gedib çıxdığı müəyyən edilib. Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi Şamaxı Rayon İcra Hakimiyyəti tərəfindən Kələxana türbələrində hazırda bərpa konservasiya işləri aparılır.

Qeyd edək ki, Heydər Əliyev Fondunun dəstəyi ilə son illər Şamaxıda Şahxəndan türbəsi, Pirsaat ziyarətgah kompleksində, eləcə digər tarixi, dini mədəni abidələrdə bərpa konservasiya işləri həyata keçirilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Şamaxıya səfəri zamanı şəhid heykəltaraş Samir Kaçayevin ailəsi ilə görüşüb. Samir Kaçayev 2016-cı il Aprel döyüşləri zamanı qəhrəmancasına həlak olub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı iləİgidliyə görəmedalı ilə təltif edilib.

Leyla Əliyeva Şamaxıda müxtəlif kəndlərin sakinləri ilə görüşüb.

 

Azərbaycan.-2024.- 20 avqust (¹ 177).- S.7.