Azərbaycan
əsl qardaşlığını,
səmimi dostluğunu
növbəti dəfə
nümayiş etdirdi
Prezident
İlham Əliyevin tapşırığı ilə təyyarəmiz
Türkiyədə yanğınsöndürmə əməliyyatlarında
iştirak edir
Prezident İlham
Əliyevin tapşırığına
əsasən, Fövqəladə
Hallar Nazirliyinin Aviasiya dəstəsinin
"BE-200ÇS" amfibiya tipli təyyarəsi meşə yanğınları
ilə mübarizə
tədbirlərinə kömək
göstərilməsi məqsədilə
Türkiyəyə göndərilib.
Artıq bir neçə gündür
təyyarə yanğınsöndürmə
əməliyyatını davam
etdirir.
Təmənnasız yardımlar
Səmimiyyət, dürüstlük,
tərəfdaşlığa sadiqlik və digər bu kimi
sadalamadığımız yüksək keyfiyyətlərlə
yanaşı, ehtiyacı
olana kömək göstərmək, dar gündə ona dayaq durmaq dövlət
olaraq Azərbaycanı
dünyaya tanıtdıran,
respublikamızın beynəlxalq
münasibətlər sistemində
nüfuz və mövqeyini şərtləndirən
yüksək siyasi-mənəvi
amillərdir. Azərbaycan
xalqının tarix boyu daşıdığı
yüksək mənəvi-əxlaqi
dəyərlərdən irəli
gələn bu keyfiyyətlər respublikamızın
xarici siyasətinin də prioritet cəhətlərindən biri
kimi özünü göstərməkdədir.
Bununla bağlı
çoxsaylı misallar
göstərmək olan.
Məsələn, hələ
2006-cı ilin yanvarında
Gürcüstanda enerji
böhranı yarananda
Azərbaycan köməyə
çatmışdı. Həmin vaxt şaxtalı qış günlərində
qonşu respublika Azərbaycanın sayəsində
enerji böhranından
xilas ola bilmişdi. 2008-ci ilin məlum avqust hadisələri zamanı da ölkəmiz Gürcüstana enerji köməyini əsirgəməmişdi.
2015-ci ilin iyununda Gürcüstanın paytaxtı
Tbilisidə leysan yağışları güclü
daşqına səbəb
olanda da Azərbaycan köməyə
gəlmişdi.
Həmin vaxt
SOCAR təbii fəlakət
nəticəsində zərərçəkənlərə
yardımlar etmişdi.
Dost və qardaş Pakistanda baş vermiş zəlzələ və daşqın kimi təbii fəlakətlərin
nəticələrinin aradan
qaldırılması ilə
əlaqədar Azərbaycan
tərəfindən bu
ölkəyə maliyyə
və humanitar yardımlar edilib. Heydər Əliyev Fondu qardaş ölkədə məktəb
inşa edib, həmçinin humanitar və xeyriyyə xarakterli tədbirlər həyata keçirib.
Koronavirus pandemiyasının
tüğyan etdiyi dövr isə bir daha Azərbaycanın
humanizm dəyərlərinə
böyük önəm
verdiyini, ehtiyacı olana kömək göstərən dövlət
olduğunu dünyaya nümayiş etdirdi. Həmin çətin dövrdə respublikamız
Ümumdünya Səhiyyə
Təşkilatına və
bir sıra dövlətlərə maliyyə
yardımı etməklə
koronavirusla mübarizədə
qlobal səviyyədə
öz töhfəsini
verdi. Dünyada ikinci bir dövlət
tapmaq çətindir
ki, pandemiya dövründə Azərbaycan
qədər humanitar yardım göstərsin.
Azərbaycanın humanitar
dəstək göstərdiyi
ölkələrdən biri
də Ukraynadır. İndiyədək Azərbaycan
tərəfindən bu
ölkyə dərman,
qida, elektrik generatorları və sairə daxil olmaqla ümumilikdə 40 milyon ABŞ dolları dəyərində yardım
edilib.
Qısa nəzər
saldığımız bu
faktlar hazırda beynəlxalq münasibətlər
sistemində demək olar ki, nadir
rast gəlinə bilən humanizm nümunələridir. Respublikamız
tərəfindən edilən
bu köməkliklər,
əlbəttə ki, təmmənasız olub və Azərbaycanın böyüklüyünün, xalqımızın
yüksək mənəviyyatının
təcəssümünə çevrilib.
Azərbaycanın nümunəsi
Dövlətimizin meşə
yanğınları ilə
mübarizədə Türkiyəyə yardım etməsi isə birinci dəfə deyil. Xatırladaq ki, hələ 2021-ci ilin yayında Türkiyədə
əsasən, turizm bölgəsini əhatə
edən böyükmiqyaslı
güclü meşə
yanğınları baş
verəndə yardım
üçün əlini
ilk uzadan ölkə Azərbaycan olmuşdu. Həmin vaxt Prezident İlham Əliyevin tapşırığına əsasən,
Fövqəladə Hallar
Nazirliyinin yanğınsöndürmə
qüvvələri müxtəlif
qruplarla Türkiyəyə
yollanmışdılar. Azərbaycanın
çoxsaylı yanğınsöndürənləri,
xüsusi təyinatlı
xilasetmə texnikaları,
amfibiya təyyarəsi
yanğınların daha
güclü olduğu
yerlərdə öz missiyalarını peşəkarlıqla
həyata keçirmiş,
fəlakətin daha da genişlənməsinin
qarşısını almışdılar.
Ümumilikdə, həmin
vaxt yanğınsöndürmə
əməliyyatlarında Azərbaycanın
750-yə yaxın xilasedicisi,
100-ə yaxın xüsusi
texnikası iştirak
etmişdi.
Eləcə də
ötən ilin fevralında Türkiyədə
mərkəzi Kahramanmaraş
olmaqla, bir neçə vilayət və şəhəri əhatə edən ard-arda dağıdıcı
zəlzələlər zamanı
da ilk yardıma
gələn Azərbaycan
olmuşdu. Zəlzələ baş verəndən dərhal sonra dövlətimiz və xalqımız çağırış gözləmədən
bütün yardım
imkanlarını səfərbər
etdi. Şiddəti 500
atom bombası gücünə bərabər
hesablanan, 53 mindən çox insanın ölümü, 39 minə
yaxın binanın dağıldığı, ümumilikdə
14 milyon insanın həyatına təsir edən həmin zəlzələ vaxtı
ölkəmizdən Türkiyəyə
çoxsaylı xilasedicilər,
həkimlər, könüllülər,
o cümlədən mobil
səhra hospitalları,
xüsusi texnikalar, çadırlar göndərildi.
Dövlətimizlə yanaşı,
xalqımız da Türkiyəyə yardım
üçün səfərbər
olundu. Türkiyəyə
bir neçə təyyarə humanitar yardım göndərildi,
o cümlədən Heydər
Əliyev Fondu bu prosesdə fəal iştirak etdi. Yardım aparan yük maşınlarının sayı-hesabı
yox idi. Türkiyədə baş
vermiş zəlzələdən
sonra orada fəaliyyət göstərən
yeganə könüllü
heyət Azərbaycan könüllüləri olub.
Onu da qeyd
edək ki, Türkiyədəki zəlzələ
bölgəsini ən
son tərk edən heyət də Azərbaycandan göndərilən yardım
və xilasedici briqadalar olub.
Respublikamız hazırda
Kahramanmaraşda humanitar
fəaliyyətini davam
etdirərək bu ərazidə aparılan yenidənqurma və bərpa işlərində,
sosial obyektlərin inşasında yaxından
iştirak edir. Hazırda dövlətimiz
tərəfindən Kahramanmaraş
vilayətində 32 hektar
sahəni əhatə
edən "Azərbaycan"
adlı yaşayış
məhəlləsinin inşası
davam edir. Məhəllədə yaşayış
binaları, ibtidai məktəb və uşaq bağçası,
mədəniyyət mərkəzi
olacaq. Binalardan 71-i yaşayış üçün
nəzərdə tutulub.
Bəli, qardaş
xoş gündə olduğu kimi, dar gündə də bir-birinin yanında olar. Necə ki, Azərbaycan
öz nümunəsi ilə bunu təsdiq
edir. Bu günlərdə amfibiya tipli təyyarəni yanğınlarla mübarizə
məqsədilə Türkiyəyə
göndərməklə Azərbaycan
əsl qardaşlığını
və səmimi dostluğunu növbəti
dəfə nümayiş
etdirdi.
Ümumiyyətlə, Azərbaycan dost və qardaş bildiyi ölkələrə
və strateji tərəfdaşlara hər
zaman münasibətlərin
bu cür məzmunundan irəli gələrək səmimi
olub. Etdiyi köməyə görə hər hansı qarşılıq,
əvəz güdməyib,
bundan hansısa maraq və məqsəd
naminə istifadə etməyib, yardım məsələlərini ikitərəfli
əlaqələrin predmetinə
çevirməyib. Əsl
qardaşlıq və
dostluq da belə olmalıdır.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-2024.-
20 avqust (№ 177).- S.8.