Yer kürəsi Tanrının insana əmanətidir

 

 

Yer kürəsi ekoloji böhran qarşısındadır. İnsan dünyanı acınacaqlı hala salmışdır. Atmosferə atılan zəhərli qazlar o qədər çoxalmışdır ki, sözün həqiqi mənasında planetimiz istidən boğulur. Dünyamızın bir tərəfində yağıntılar şəhər kəndləri, meşə tarlaları altına alır, o biri başında quraqlıq hökm sürür, torpaq cadar-cadar olur.

Müxtəlif millətlərə, irqlərə, dinlərə mənsub olmağımıza baxmayaraq, sayımız 8 milyarda çatmış biz insanlar Yer adlı unikal bir planetdə yaşayırıq belə demək mümkünsə, hamımız onun övladlarıyıq, köçüb getməyə heç bir ayrı məkanımız yoxdur. Eyni Günəşdən isinirik, eyni havadan nəfəs alırıq. Bəs buna görə böyük Yaradana şükranlıq edirikmi, "həmd olsun varlığına, böyüklüyünə" deyirikmi? Axı insan yaranmışların ən alisidir. Öz zehni, düşüncəsi, əməlləri ilə təbiətin yaratdığı özəlliklərə yeni rəng qatan odur. Yüz illər, min illər bizdən əvvəl tikilən, ucaldılan möhtəşəm saraylara, tarixi abidələrə, qalalara baxanda heyrətlənməyə bilmirsən. Onların isə hamısını yaradan insandır. Elmin inkişafı ilə qazanılan nailiyyətlər, edilən kəşflər insan zəkasının məhsuludur.

Amma edəsən ki, bu nailiyyətlər kəşflər bəzən bəşəriyyətə, daha doğrusu, özümüzə qarşı çevrilir. Atom enerjisini bombaya çevirib dünyaya meydan oxuyan insan deyilmi?! Bəli, dünyamızın problemləri çoxdur onlardan biri,  daha doğrusu, birincisi iqlim anomaliyalarıdır. Bu problemlə COP, yəni BMT-nin İqlim Dəyişmələri Konfransı məşğul olur. İlk belə konfrans 1995-ci ildə Berlində keçirilmişdir. Ötən il Dubayda təşkil olunan COP28-də qeyri-rəsmi məlumata görə, 70-80  min  qonaq iştirak etmişdir. Azərbaycanda keçiriləcək COP29-da isə 199 ölkədən nümayəndələrin iştirak edəcəyi gözlənilir.

Beynəlxalq tədbirlərə evsahibliyi etməkdə yaxşı təcrübəsi dünyanın taleyüklü məsələlərinin həllində töhfələri olan ölkəmizə belə bir tədbirin etibar olunması təbiidir. Bu, Azərbaycanın haqqıdır. 2024-cü il ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan olunmuş, Qarabağ "yaşıl zona" elan edilmişdir. 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istilikxana qazlarının miqdarı Azərbaycanda 35 faiz azalacaq işğaldan azad olunmuş ərazilər 2050-ci ilədək "Netto sıfır enerji" zonasına çeviriləcək.

Ümumiyyətlə, Azərbaycanda ekologiya həmişə diqqət mərkəzində saxlanılmışdır. Hələ Ulu Öndər Heydər Əliyev tərəfindən bu sahədə böyük işlər görülmüşdür. Milli parklar yaradılmış, flora faunanın qorunması üçün ardıcıl olaraq tədbirlər həyata keçirilmişdir. Həmin işlər bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Biz bunu gündəlik həyatımızda görürük. Təkcə paytaxtımızı götürək. Qara Şəhərin Şəhərə çevrilməsi, demək olar, hər ay şəhərdə yeni parkın salınması şahidi olduğumuz ekoloji tədbirlərin qısa siyahısıdır.

COP29-da bəşəriyyəti rahatsız edən ekoloji problemləri dövlət hökumət  başçıları, ekoloqlar, fikir sahibləri, alimlər, siyasətçilər müzakirə edəcək inanırıq ki, çözəcəklər . Çünki sonsuz kainatda Yeri Allah-taala tək, tayı-bərabəri olmayan kimi yaradıb onu insana etibar edib. Amma insan bu etibarın  fəlsəfəsini dərk etmir, sözün birbaşa mənasında odla oynayır. Ən böyük fəlakət olan müharibələri nəzərdə tuturuq. Bir anın içində təbiəti külə çevirən, qocaya, cavana, qadına, uşağa fərq qoymadan insanları  məhv edən müharibəni... Deyirlər, 6 hidrogen bombası Yer kürəsini orbitindən çıxarmağa bəs edir. Dünyada isə belə bombanın sayı yüzlərlədir. Kim zəmanət verə bilər ki, bir gün ondan istifadə olunmayacaq. Allah bizə əmanət olan Yer kürəsini o gündən qorusun!

 

Seyran CAVADOV,

Azərbaycan.-2024.- 20 avqust (№ 177).- S.9.