COP29-dan
dünya liderliyinə gedən yol
Bu ilin
noyabrında Bakıda BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının (COP) 29-cu sessiyası keçiriləcək.
Azərbaycan Tərəflər
Konfransının 29-cu sessiyasına
(COP29) sədrlik edəcək.
Dünyanın ən böyük və mötəbər tədbirlərindən
biri olan COP29-a ölkəmizin ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti parlaq qələbəsidir.
AZƏRTAC xəbər verir ki, bu
sətirlər Azərbaycan
Respublikasının Prezidenti
yanında Dövlət
İdarəçilik Akademiyasının
Həmkarlar İttifaqı
Komitəsinin sədri,
filologiya üzrə fəlsəfə doktoru, dosent Yusif Ağayevin
məqaləsində yer
alıb. Məqaləni
təqdim edirik.
Azərbaycan beynəlxalq
tədbirlərə ev
sahibliyi etmək sahəsində zəngin təcrübəyə malikdir.
Bu isə öz növbəsində
dövlətin həyata
keçirdiyi uğurlu
inkişaf strategiyasının
məntiqi nəticəsidir.
Heç şübhəsiz
ki, ölkədə qazanılan bu və digər uğurların əsasında
Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən
edilmiş və Prezident İlham Əliyevin müdrikliklə
təkmilləşdirdiyi və
yeni səviyyəyə
yüksəltdiyi uğurlu
inkişaf strategiyası
dayanır. Dövlətimizin
başçısı yüksək
intellekti, mükəmməl
diplomatik qabiliyyəti,
effektiv və məqsədyönlü fəaliyyəti
sayəsində Azərbaycanı
qlobal miqyasda ön sıralara çıxarıb, ölkəmiz
beynəlxalq təşkilatlar
və dünya liderləri tərəfindən
etibarlı tərəfdaş
kimi qəbul olunub. Bütün bunlar Prezident İlham Əliyevin yorulmaz fəaliyyətinin uğurlu nəticəsidir.
Təsadüfi deyil ki, Azərbaycan Prezidentinin həyata keçirdiyi yeni idarəetmə texnologiyaları
sayəsində “sözümüz
imzamız qədər
keçərlidir” fikri
ölkənin real siyasəti və onun nəticələrini təsdiqləyən prinsipə
çevrilib.
Qürurla qeyd etməliyik ki, Azərbaycan bütün dünyada zəngin iqtisadi, siyasi və hərbi potensialı olan bir ölkə kimi tanınır və qəbul edilir. Ölkəmizi Zəfərə aparan son 21 ildə keçdiyimiz inkişaf yolunu, iqtisadi-sosial qüdrətimizin miqyasının
təhlili bunu deməyə əsas verir. Azərbaycanın beynəlxalq təşkilatlar
tərəfindən də
təsdiqlənən uğurlarının
təməlində, heç
şübhəsiz, ölkədə
reallaşdırılan çoxşaxəli,
səmərəli və
innovativ iqtisadiyyatın
formalaşmasına əsaslanaraq
sosial sahədə önləyici inkişaf trendinin təmin olunması, əhalinin rifahının qabaqcıl
beynəlxalq standartlara
çatdırılmasına yönəlik siyasi kurs, strategiya və uğurlu idarəçilik dayanır.
Azərbaycan Respublikasının
Qoşulmama Hərəkatına
sədrliyindən sonra
ən böyük uğurlardan biri məhz İqlim Sammiti – COP29-a ev sahibliyi etməsidir. Dövlətimizin uğurlu
iqtisadi siyasəti ölkədə islahatların
reallaşdırılmasına və hərtərəfli
inkişafın təmin
olunmasına da yol açıb. Prezident İlham Əliyevin yürütdüyü
siyasi kursun prioriteti Azərbaycan Respublikasının dünya
dövlətləri arasında
rəqabətədavamlı, effektiv və stabil inkişaf sahəsində layiqli yer tutması, kəmiyyət deyil, keyfiyyətə əsaslanan
iqtisadi yüksəlişə
nail olması və vətəndaşlar
üçün yüksək
rifahlı həyat standartlarının təmin
edilməsidir. Bu hədəfə çatmaq
üçün ardıcıl
tədbirlər görülüb
və ilk növbədə, cəmiyyətin
başlıca ideyası
– intellektə əsaslanan
millətin formalaşdırılması
ideyasının gerçəkləşdirilmə
mexanizmləri işə
salınıb. Prezident
İlham Əliyev Azərbaycanda idarəçilik
sistemini müasir standartlara uyğun qurmağa müvəffəq
olmaqla yanaşı, yeni ictimai-siyasi dəyişim mədəniyyətinin
əsasını qoyub.
Heç şübhəsiz
ki, gələcəyin
açarı bilik və texnologiyalar, dövlətin başlıca
vəzifəsi isə
biliyə və texnologiyalara əsaslanan strategiyanın işlənib
reallaşdırılmasıdır. O strategiyadan söhbət gedir ki, fəaliyyətin
nəticəsinə görə
məsuliyyət, hesabat
və cavabdehlik daşıyır.
Qeyd etmək lazımdır ki, əhəmiyyətli neft və qaz ehtiyatlarına
malik Azərbaycanın
milli prioritetləri arasında təmiz ətraf mühitə nail olmaq və
“yaşıl inkişafı”
təşviq etmək
öhdəliyi də var. Bu öhdəlik
iqlim sahəsində fəaliyyəti və davamlı inkişaf naminə qlobal imperativlərə uyğunlaşmaq
istiqamətində şüurlu
səyləri əks etdirir. COP29-un əhəmiyyəti
isə texnoloji mübadilə və innovasiyaları əhatə
edən siyasətin uyğunlaşdırılması prizmasından kənara çıxır. Bu qlobal forumda əməkdaşlıq Azərbaycana
təkcə ekoloji problemləri həll etmək deyil, həm də özünü müasir innovasiyalara və rəqabətqabiliyyətli insan
potensialının inkişafına
töhfə verən ölkə kimi göstərmək imkanı
verir. COP29-un Bakıda
keçirilməsi ölkəmizin
bu statusunun qlobal miqyasda tanınmasının, siyasi
və iqtisadi nüfuzunun, alternativ enerji istehsalı sahəsində zəngin potensiala malik olmasının göstəricisidir.
Bu zərurətləri
zamanında dəyərləndirən
dövlətimizin başçısı
yeni idarəetmə modelini formalaşdırmağa
müvəffəq olub.
Bu modelin əsas dəyəri vətəndaşlar və
onların həyat keyfiyyətinin yüksəldilməsidir.
Ölkədə son illərdə həyata keçirilən bütün
islahatlar və dəyişikliklər məhz
vətəndaşlarla dövlətin
qarşılıqlı əlaqəsinin
yaxşılaşdırılması, strateji planlaşdırmanın
səmərəliliyinin artırılması,
dövlət aparatının
optimallaşdırılması və dövlət xidmətləri göstərilməsinin
proaktiv formatı, yerli idarəetmənin inkişafına yönəldilib.
Bu parametrlərin uğurlu şəkildə
gerçəkləşdirilməsi Azərbaycan Respublikasının
beynəlxalq səviyyədə
nailiyyətlər qazanması
və ölkədaxili
inkişaf üçün
zəmin yaradıb.
Qeyd etmək lazımdır ki, ölkədə inkişafa
yönəlik mühitin
yaradılmasında, həmçinin
zamanında formalaşdırılmış
vitse-prezidentlik institutunun,
dövlət-özəl-vətəndaş
cəmiyyəti tərəfdaşlığının
örnək nümunəsini
ortaya qoyan Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xüsusi rolu var. Bu uğurlu
fəaliyyət Prezident
İlham Əliyevin nəzəri baxımından
işlənilmiş və
praktikada uğurla sınaqdan keçmiş dövlət idarəçiliyində
və dövlət qulluğunun təşkilində
yüksək səmərəyə
malik olan yeni sinergetik texnologiyaların bir istiqamətidir. Əminliklə
qeyd edilməlidir ki, Prezident İlham
Əliyevin strateji inkişaf kursu Azərbaycan dövlətini
daha qüdrətli, Azərbaycan xalqını
daha güclü, Azərbaycan Bayrağını
daha uca etməyə hədəflənib
və hər birimiz bu uca,
ali hədəf naminə öz töhfəmizi verməliyik.
Azərbaycan.-2024.-
20 avqust (¹ 177).- S.9.