Qalib ölkənin qalib idmançıları

 

XXXIII Paris Yay Olimpiya Oyunları Azərbaycan idmançılarının ciddi nailiyyətləri ilə tarixə yazıldı. Gənc idmançılarımız ölkəmizi bu nüfuzlu beynəlxal tədbirdə ləyaqətlə təmsil edərək, Azərbaycana 
2 qızıl, 2 gümüş 3 bürünc medal qazandırıb, bayrağımızı yüksəklərə ucaltdılar
Bu, müstəqil dövlətimizin Olimpiya Oyunlarında iştirak tarixinin ən parlaq uğurlarındandır. Təsadüfi deyil ki, Azərbaycan əldə edilmiş medalların sayına görə dünyanın ən güclü 30 ölkəsi arasında yer alıb. Müsəlman ölkələri arasında isə dövlətimiz üçüncü yerdə qərarlaşıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Olimpiya qaliblərimizlə görüşündə vurğuladığı kimi, nəzərə alsaq ki, İslam Əməkdaşlıq Təşkilatında 57 üzv mövcuddur, bu, çox gözəl tarixi nəticədir
İdmançılarımızın daha əvvəlki Olimpiya Oyunlarında əldə etdikləri nailiyyətləri xatırlasaq, bütün bunlar Azərbaycanın güclü idman ölkəsi olması faktını bir daha təsdiqləyir, gənclərin sağlam həyat tərzinin stimullaşdırılması tədbirlərinin, idmançılar üçün yaradılmış şəraitin, uzun illərdir ki, qurularaq inkişaf etdirilən infrastrukturun ciddi nəticələr verdiyini göstərir
Yay Olimpiya Oyunları əsrlərdir ki, bütün dünyanın xüsusi maraqla izlədiyi böyük bir idman bayramı, möhtəşəm mədəniyyət hadisəsidir. İdmanın olimpiya növləri ilə məşğul olan hər bir idmançı başlanğıcdan bu oyunlarda iştirak etməyi, qələbə qazanaraq təmsil etdiyi ölkənin bayrağını qaldırmağı qarşısına hədəf qoyur. Dörd ildən bir təşkil olunan Olimpiya Oyunlarına qədərki çətin seçim mərhələlərindən, çoxsaylı yarışlardan keçə-keçə idmançı bu hədəfə nail ola bilir. Gecə-gündüz gərgin məşqlərlə bu oyunlara xüsusi hazırlaşmaq, dünyanın ən güclüləri ilə qarşılaşmaq bu yarışlara xüsusi maraq gərginlik qatır. Eyni zamanda Olimpiya Oyunları bu tədbirdə təmsil olunan ölkələrdən xüsusi hazırlıq tələb edir. Çünki burada idmançıların şəxsində həm ölkələr yarışmış olur. Bütün xalqlar Olimpiya Oyunlarında onu təmsil edən idmançıların çıxışlarını böyük həssaslıqla izləyir, qələbə anını, dövlət bayrağının ucaldılacağı, himnin səsləndiriləcəyi məqamı böyük intizarla gözləyirlər. Bu baxımdan xüsusilə qızıl medal qazanan idmançılarımız xalqımıza böyük qələbə sevinci bəxş etdilər. Qalib xalqımız  XXXIII Paris Yay Olimpiya Oyunlarının ilk günlərindən cüdoçularımız Hidayət Heydərov Zelim Kotsoyevin parlaq qələbələrinə sevindi
Bizi məmnun edən onların peşəkarlığı, idmandakı uğurları ilə yanaşı, eyni zamanda davranış qaydaları idi. Bu iki idmançımızın qazandığı nəticə göstərdi ki, əzmkarlıq, məqsədə doğru addım-addım irəliləyiş olanda uğur qazanmaq da mütləqdir. Qızıl medalçılarımızın uzun illər ərzində öz çəki dərəcələrində liderliyi qoruyub saxlamaları bu liderliyi Olimpiya Oyunlarında bir daha nümayiş etdirmələri sözlərimizin təsdiqidir

 

İdman ənənələri yaşadılır

 

Əlbəttə, Olimpiya Oyunlarında ən yüksək nəticələri qazanan idmançılarımızın qələbələrinə sevindiyimiz kimi, bu fürsəti qaçıran təmsilçilərimizə görə bir qədər məyus oluruq. Bu da təbiidir. Çünki əldə edilmiş medalların sayında, ölkələrin sıralamasında daha da irəlidə ola bilərdik. Qalib ölkəmizə idmanda da daha böyük zəfərlər yaraşır. Amma nəzərə almaq lazımdır ki, Olimpiya Oyunlarında qızıl medal qazanmayan, yaxud yarışları, ümumiyyətlə, medalsız başa vuran təmsilçilərimiz sıradan bir idmançılar deyil, özləri kimi dörd il ərzində gərgin yarışlarda, aramsız məşqlərdə ələnə-ələnə keçib bu mərhələyə qədər gəlib çıxmış ən güclülərlə yarışırdılar. Burada qələbə kimi, məğlubiyyət labüddür idmanın gözəlliyi, marağı da elə bundadır. Ən mühüm olan ölkədə idmanın inkişafının ardıcıl surətdə getməsi, Azərbaycanı beynəlxalq idman arenalarında ləyaqətlə təmsil edərək bizə qələbə sevinci yaşadan yeni idmançıların yetişməsi, ənənələrin bir nəsildən digərinə ötürülməsidir ki, Paris-2024 Yay Olimpiya Oyunlarının nəticələri ölkəmizdə bu proseslərin yüksək səviyyədə baş verdiyini göstərdi
Azərbaycan idmançılarının medalları beş idman növündə - cüdo, boks, taekvondo, yunan-Roma güləşi, sərbəst güləş üzrə qazanmaları da maraqlı faktdır. Bu, Azərbaycanda idmanın təkcə bir deyil, bir çox növünün paralel inkişafına, onların hər birinə xüsusi diqqət yetirilməsinə dəlalət edir.

 

Yeni qələbələrə hazırlıq

 

Başa çatan hər Olimpiya Oyunu yenisinin başlanğıcı deməkdir. Çünki dörd ildən sonra parlaq qələbə qazanmaqdan ötrü qarşıdakı müddətin hər gününü, saatını düzgün dəyərləndirmək, aramsız məşqlər etmək, idman formasını qorumaq, gücü-peşəkarlığı artıraraq bu oyunlara vəsiqə qazandıran seçim yarışlarından, o cümlədən Avropa dünya çempionatlarından uğurla keçmək lazımdır.  Azərbaycan Prezidentinin idmançılara əsas tövsiyələrindən biri bu oldu. Müəyyən istirahətdən sonra yeni hazırlıq prosesinə start veriləcəyini, həm Avropa, həm dünya çempionatlarına hazırlıq işlərinin gedəcəyini xatırladaraq növbəti Olimpiya Oyunlarına da indidən hazırlaşmağın zəruriliyini qeyd etdi. Prezident İlham Əliyev bir neçə idman növündə nəsillərin dəyişməsi prosesinin getməsini diqqətə çatdırdı növbəti Olimpiya Oyunlarına bu prizmadan yanaşılmasını, xüsusilə uşaq-yeniyetmə idmanına bundan sonra da diqqət göstərilməsini mühüm vəzifə kimi qarşıya qoydu
Hər bir ölkənin idman nailiyyətlərində gənc nəslin bu sahəyə marağı, idmanın kütləviliyi çox böyük rol oynayır. Buna isə ölkə idmançılarının qələbələri, xüsusilə olimpiya uğurları mühüm təsir göstərir. İdmançılarımızın olimpiya uğurlarından sonra yeniyetmə gənclərin idman zallarına axınına, ardıcıl məşqlərinə hər birimiz şahid olmuşuq. Bu baxımdan Paris-2024 Yay Olimpiya Oyunlarından sonra ölkədə cüdo digər idman növləri ilə məşğul olan uşaqların, yeniyetmələrin sayı artacaq. Gənc nəslin fiziki mənəvi sağlamlığı, ziyanlı vərdişlərdən uzaq durması baxımından bu, çox önəmlidir. "Uzun illər ərzində idmanın kütləviliyi ilə bağlı görülən işlərin bir məqsədi olub ki, fiziki, mənəvi cəhətdən sağlam, Vətənə bağlı, vətənpərvər peşəkar gənc nəsil yetişsin. İdmançılarımızın uğurlu çıxışları bunu bir daha göstərdi ki, biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik" - Azərbaycan Prezidenti idmançılarla görüşdə vurğuladı ki, əldə edilən nailiyyətlər eyni zamanda medallar qazanmış idmançıların məsuliyyətini artırır. Bizim idmançılarımız həm yarışlarda, eyni zamanda həyatda nümunəvi davranış qaydaları göstərirlər.
Azərbaycanın bütün məkanlarında idmanla həm həvəskar, həm peşəkar səviyyədə məşğul olmaqdan ötrü hər cür şərait var. Son onilliklər ərzində ölkəmizdə mükəmməl idman infrastrukturu qurulub. Bu prosesdə hazırda dövlət qurumları ilə yanaşı, özəl sektor da yaxından iştirak edir. İdman sahəsi, müxtəlif növlər üzrə keyfiyyətli infrastruktur, peşəkar hazırlıq xidmətləri təklif edən idman klublarının fəaliyyəti Azərbaycanda gəlirli biznes növüdür. Bu şərait getdikcə təkmilləşir. Ölkəmizdə idman siyasətini həyata keçirən qurumlar arasında koordinasiya işləri düzgün qurulub, federasiyalar, klublar uğurla fəaliyyət göstərir. Bütün bunlar Azərbaycan idmançılarının daha böyük qələbələrinə, gələcəkdə daha çox medal sayının olmasına zəmin yaradır

 

Fransanın qərəzinə tutarlı cavab

 

XXXIII Paris Yay Olimpiya Oyunlarının özünün dünya olimpiya tarixindəki yerinə gəlincə isə bu yarışlar, Fransanın yarıtmaz, bərbad təşkilatçılığı üzündən ən pis təşkil edilmiş, buna görə çoxsaylı qalmaqallarla, xoşagəlməz sürprizlərlə, şikayətlərlə, mənfi rəylərlə "zəngin" Olimpiya Oyunlarından biri kimi tarixdə qalacaq. Eyni zamanda Fransanın bu tədbiri öz siyasi oyunlarının alətinə çevirmək cəhdləri mənfi təəssüratlarla xatırlanacaq daim qınanacaq
Əsrlər boyu Olimpiya Oyunları sülhə xidmət edib. Hətta tarixin ibtidai dövrlərində Olimpiya Oyunları keçirilən zaman müharibələr dayandırılıb. Münaqişələr, qarşılıqlı ittihamlar bir neçə gün olsa, kənara qoyulub. Özünü mədəni ölkə adlandıran Fransa isə utanmadan XXXIII Paris Yay Olimpiya Oyunlarının açılış tədbirində belə buna zidd yanaşma sərgiləyir bütün dünyanın gözü qarşısında özü haqqında ikrah doğururdu
Yay Olimpiya Oyunlarının açılış mərasiminin canlı yayımında, Ermənistan Azərbaycan idmançıları Sena çayından keçən zaman "Fransa 2" telekanalının aparıcısının bu iki ölkə haqqında sərsəm təqdimatları, Azərbaycana qarşı qərəzli münasibəti buna bir nümunədir
Əlbəttə, Azərbaycana qarşı kin-küdurətini Ermənistanın himayədarı kimi hər fürsətdə büruzə verən Fransadan başqa mövqe gözləməyə dəyməz. Amma bu kinin, qərəzin Yay Olimpiya Oyunları kimi tədbirin açılış mərasimində sərgilənməsi, rəsmi Parisin hətta bunu da fürsət bilərək televiziya aparıcısının dilində danışması, idmanı özünün siyasət çirkabına bulaşdırmaq cəhdi artıq yaramazlığın son həddidir. Bununla belə nəzərə almaq lazımdır ki, Yay Olimpiya Oyunları həm xalqların, dövlətlərin, hökumətlərin öz dəyərlərini sərgilədikləri məkandır. Amma Fransa, konkret Makron hökuməti heç bir mənəvi dəyərə malik olmadığını çirkin əməlləri ilə göstərdi.
Fransa dövlətinin bu cür qərəzinə ən möhtəşəm cavab idmançılarımızın Parisdə qazandıqları parlaq qələbələr, Fransa paytaxtında ucalan bayrağımız, səslənən himnimizdir
Qalib Azərbaycan xalqı, dövləti bundan sonra da ona hər hansı məsuliyyətsiz, qərəzli münasibət göstərənləri, çamur atmağa qalxanları yeni nailiyyətləri, yeni qələbələri ilə yerlərində oturdacaq.
 
İradə ƏLİYEVA,

Azərbaycan.-2024.- 20 avqust (№ 177).- S.10.