Hacıqabul sənaye zonasının yeni statusu geniş imkanlar vəd edir

 

 

2017-ci ildə Hacıqabul Sənaye Məhəlləsi yaradılanda məqsəd  o idi ki, sənayedə  mikro, kiçik orta sahibkarların fəaliyyəti dəstəklənsin, qeyri-neft sektorunun davamlı inkişafı təmin edilsin əhalinin istehsal sahəsində məşğulluğu artırılsın. Ötən  7 ildə bu sadalananlarla bağlı xeyli işlər görülüb.

Fəaliyyətə başladığı gündən Hacıqabul Sənaye Məhəlləsinə (HSM) sahibkarlar tərəfindən böyük maraq göstərildi. Nəticədə HSM ölkənin ikinci sənaye məhəlləsi olmaqla yaradılan yaradılması nəzərdə tutulan yerlərinin sayına,  istehsal olunmuş  məhsulların planlaşdırılan investisiyaların həcminə görə birinci, faktiki investisiyaların həcminə görə isə ikinci sənaye məhəlləsinə çevrildi, qeyri-neft sektorunun davamlı inkişafına geniş dəstək verdi. Sahibkarlığın dəstəklənməsi sayəsində müasir texnologiyalar hesabına  məhəllədə rəqabətqabiliyyətli məhsullar istehsal edən sənaye müəssisələri yaradıldı ki, bu da eyni zamanda əhalinin məşğulluğunun artırılması ilə müşayiət olundu.

Bütün bunlar məhəllənin qısa müddət sonra sənaye parkına çevrilməsinə imkan verdi iyun ayında Prezident İlham Əliyevin fərmanı ilə Hacıqabul Sənaye Məhəlləsinin əsasında Hacıqabul Sənaye Parkı yaradıldı. Sənaye məhəlləsinin sənaye parkına çevrilməsi sözsüz ki, layihənin uğurundan xəbər verir.

Məlumdur ki, sənaye parkları iri sahibkarlıq subyektləri, sənaye məhəllələri isə kiçik orta sahibkarlıq üçün nəzərdə tutulub. Sənaye parklarında rezidentlər üçün bir çox vergi güzəşt olduğu halda, sənaye məhəllələrində infrastrukturla təmin edilmiş sahibkar nəzərdə tutulmuş güzəştlərdən ancaq İqtisadiyyat Nazirliyindən investisiya təşviqi sənədi əldə etməklə yararlana bilər. Bu sənədi əldə etməklə sahibkarlar texnika texnoloji avadanlıqların, qurğuların idxalı zamanı əlavə dəyər vergisi gömrük rüsumlarından, əmlak torpaq vergilərindən 7 il müddətinə azad olunurlar.

Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycanda  böyük imkanlara malik  sənaye obyektləri istehsal potensialından səmərəli istifadə etməklə istər daxili, istərsə xarici bazarda rəqabətqabiliyyətli, beynəlxalq standartlara uyğun məhsul istehsdal edir. Həmin irəliləyiş iqtisadi sahədə islahatların davam etdirilməsi digər tədbirlərin həyata keçirilməsi nəticəsində qazanılıb. Bu səbəbdən Azərbaycan dünyada həm sənayenin inkişaf tempi baxımından seçilən dövlətlərdən biri kimi qəbul olunur.  Elə buradaca ilin 7 ayı üzrə rəsmi göstəricilərə nəzər yetirək:  Dövlət Statistika Komitəsinin məlumatına görə, sənaye müəssisələri bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2024-cü ilin yanvar-iyul aylarında 37,3 milyard manatlıq sənaye məhsulları istehsal edilib. Onun 65 faizi mədənçıxarma, 29,3 faizi emal, 4,8 faizi elektrik enerjisi, qaz buxar istehsalı, bölüşdürülməsi təchizatı, 0,9 faizi su təchizatı, tullantıların təmizlənməsi emalı sektorlarının payına düşüb.

Yeni status Hacıqabul Sənaye Parkına daha böyük işlər görməyə imkan verəcək. Hazırda parkda 14 sahibkarlıq subyekti qeydiyyatdan keçib, onlardan 9-u artıq fəaliyyətə başlayıb.  İndiki layihələrə qoyulan investisiyaların ümumi həcmi 44,2 milyon manat təşkil edir. Ümumilikdə sənaye parkının bütün rezidentləri tərəfindən  yatırılacaq investisiyaların həcminin 163 milyon manatdan çox olacağı gözlənilir. Bura 400-ə yaxın daimi yerinin yaradılmasını da əlavə etsək, mənzərə aydın olur. Sənaye zonasının bu yeni statusu ilk növbədə müasir innovativ yüksək istehsal texnologiyalarından istifadə edən müəssisələrin yaradılması imkanlarını genişləndirəcək. Yeni yerlərinin yaradılmasına, daxili bazarın yerli istehsalla təminatına qeyri-neft məhsulları ixracının artırılmasına xidmət edəcək.

Hacıqabul Sənaye Parkında artıq irimiqyaslı layihələrin həyata keçirilməsinə start verilib. Bu günlər İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) ilə Azərbaycanda alternativ enerji stansiyalarının qurulması ilə ixtisaslaşan "AGAS Group" MMC arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədə əsasən, ölkəmizdə keçiriləcək COP29-a "yaşıl enerji" islahatlarına dair öhdəliklərin dəstəklənməsi məqsədi ilə İZİA-nın idarəçiliyində olan Hacıqabul Sənaye Parkında yerləşən obyektlərin alternartiv enerji ilə təmin edilməsi nəzərdə tutulur. Memorandum çərçivəsində "AGAS Group" MMC tərəfindən Hacıqabul Sənaye Parkında 2,5 MVt-lıq Günəş-Elektrik Stansiyasının (GES) qurulmasının texniki-iqtisadi əsaslandırması hazırlanacaq. Növbəti mərhələdə GES-in qurulması sənaye parkının "yaşıl enerji" ilə təmin olunması planlaşdırılır.

Sənaye Parkının istehsal gücünün  ilbəil artacağını  nəzərə alaraq  deyə bilərik ki, bu zona innovativ texnologiyaların tətbiqi üçün mühüm platformadır. Parkda sənaye istehsalının genişləndirilməsi regionun, bütövlükdə ölkə iqtisadiyyatının inkişafına  təkan verəcək, eləcə iri sənaye layihələrinin gerçəkləşdirilməsi üçün əlverişli şərait yaradacaq.

 

Züleyxa ƏLİYEVA,

Azərbaycan.-2024.- 20 avqust (¹ 177).- S.11.