Ermənilər təlaş içərisindədir: "Moskva İrəvana qarşı qəzəblidir"

 

Ermənistan mətbuatı və siyasi ekspertləri Rusiya Prezidentinin Azərbaycana səfərindən ciddi narahatdırlar

 

Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfəri iki ölkə arasında münasibətlərin mehriban qonşuluq dostluq prinsiplərinə söykənərək inkişaf etdiyini növbəti dəfə göstərdi. Ən əsası, bir daha təsdiq olundu ki, bu münasibətlər həm strateji xarakter daşıyır Azərbaycan Rusiyanın Cənubi Qafqazda ən mühüm siyasi-iqtisadi tərəfdaşıdır.

Bütün bunlar isə müstəqil dövlətçiliyini qura bilməyən məğlub Ermənistanda hələ böyük narahatlıqla qarşılanmaqdadır. Çünki Ermənistan aydın görür ki, Rusiya, onun dövlət başçısı Azərbaycana, Prezident İlham Əliyevə yüksək səmimiyyətlə yanaşır, İrəvana isə tamam fərqli münasibət sərgilənir.

Erməni politoloq Suren Surenyants deyib ki, Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfərinə görə Ermənistandakı bəzi dairələr hay-küy salacaq, Bakı Moskva arasında antierməni sövdələşməsinin olduğunu deyəcəklər. O, İrəvanın emosiyalara qapılmadan proseslərə ayıq baxmalı olduğunu bildirib: "Rusiya ilə Qərb arasında qlobal münaqişə şəraitində Minsk qrupu formatı artıq mövcud deyil. Bir tərəfdən Rusiya-ABŞ münasibətləri, digər tərəfdən Fransanın cəhdləri bütün regionlarda, o cümlədən Cənubi Qafqazda sıfır nəticə verir. Üstəlik geosiyasi mərkəzlərin regionda təhlükəsizliklə bağlı tamamilə fərqli təsəvvürləri var. Təəssüflə qeyd etmək lazımdır ki, 44 günlük müharibədə ağır məğlubiyyətdən sonra Ermənistan beynəlxalq münasibətlərdə obyektə çevrilərək subyektivliyini itirdi. Etiraf etmək qədər çətin olsa da, bütün geosiyasi mərkəzlər indi ilk növbədə Azərbaycanla razılığa gəlməyə üstünlük verirlər.  Baş nazir Nikol Paşinyan sırf "xilaskar" axtardığı üçün Rusiyanın orbitindən çıxmağa davam etdiyi halda Azərbaycan subyektivliyini artırır".

Surenyants bildirib ki, İrəvan Bakı arasında danışıqlar artıq ikitərəfli formata keçib. Azərbaycan da bunun belə olmasını istəyir. Yəqin V.Putin bu reallığın fərqindədir. Amma o, Bakıda danışıqlar apararaq Qərbin regiona təsirini azaltmağa çalışır: "Bakı regional məsələlərin diplomatik səviyyədə həlli üçün Rusiya ilə münsibətlərdə səbirli olmağın əhəmiyyətini anlayır. Bizim hakimiyyət isə sadəcə, Putinin səfərini tənqid edəcək. Ermənistan Qərbi özünə cəlb etmək üçün "Roma statutu"nu təsdiqlədi. Rusiya Prezidentini səfər zamanı həbslə hədələdi. İndi oldu? Onlar bizimlə bağlı məsələni iştirakımız olmadan Bakıda müzakirə edirlər".

"4rd.am" saytı isə yazıb ki, yaranmış bu vəziyyətdə Rusiya İrəvana əvvəlki diqqət qayğını göstərmir: "Prinsipcə çoxdan aydın idi ki, Rusiya Ermənistanın müttəfiqi dostu sayıla bilməz. Regionun geopolitik situasiyası sürətlə dəyişir. Dünənə qədər inanılmaz görünən məsələlər bu gün gözümüzün önündəcə çökür. Dünənki dostlar müttəfiqlər birdən-birə yadlaşırlar. Belə bir inanılmaz çılğın vəziyyətdə sabah olacağı bəlli deyil. Aydın olan odur ki, Moskva müharibədə məğlub olan erməni tərəfinin maraqları ilə hesablaşmadığını göstərmək qərarına gəlib".

Erməni siyasi şərhçi Razmik Aqacanyan isə bildirib ki, Vladimir Putinin Bakıya səfəri hər zaman olduğu kimi, İrəvanı daha sürətlə Moskva üçün arxa plana itələyir: "Bunun səbəbləri çox sadədir. Rəsmi İrəvan əslində Rusiyaya qarşı hansısa addım atmadığını, Qərblə gizli sövdələşmələrə getmədiyini bəyan etsə , real vəziyyət bunun tamam əksini göstərir. Məhz  bu səbəbdən Moskva İrəvana qarşı qəzəblidir. Moskva qəzəbini əslində müxtəlif formada ifadə etməyə başlayıb. Ermənistanın müharibədə məğlubiyyəti, iqtisadi vəziyyətin daha da ağırlaşması bunun bir təzahürüdür. Amma bu, hələ başlanğıcdır. Rusiya satdığı enerji daşıyıcılarının qiymətini qaldırsa, onda vəziyyət daha pis olacaq. Amma görünür, Nikol Paşinyan iqtidarı bütün bu reallıqları hesablamaqda çətinlik çəkir. Ona görə Ermənistanı müsbət nəsə gözləmir. Azərbaycan vəziyyətdən maksimal dərəcədə istifadə etməyə çalışır. Azərbaycan bu gün müharibədəki qələbənin verdiyi əlavə üstünlüklərlə kifayət qədər uğurlu gedişlər etməyi bacarır Ermənistan bunun ağrısını daha çox hiss edəcək".

Azərbaycanın Rusiya üçün dərəcədə böyük önəm kəsb etdiyini siyasi icmalçı Orik Minosyanın "X" sosial şəbəkəsində etdiyi paylaşımındakı fikirlər təsdiq edir. O, vurğulayır ki, Azərbaycanın dövlət başçısı Rusiyada yüksək hörmət ehtiramla qarşılanır, Paşinyan isə ən yaxşı halda sadəcə hesabat üçün çağırılırdı: "Hazırda Ermənistanın Rusiya Qərblə münasibətləri normal deyil.  Əvvəllər Ermənistan Rusiyanın himayəsi altında mövcudluğunu davam etdirirdisə, indi Nikol Paşinyan iqtidarının həyata keçirdiyi siyasət iki ölkə arasında münasibətlərə xeyli zərbə vurub".

Göründüyü kimi, Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri Bakı Moskva arasında münasibətlərin kifayət qədər yüksək səviyyədə olduğunu bir daha əyani şəkildə nümayiş etdirdi. Burada əldə edilən razılıqlar  qarışdakı dövr ərzində Rusiya Azərbaycan arasında münasibətlərin daha da dərinləşəcəyini göstərir. Proseslərin bu istiqamətdə inkişafından narahat olan əsas tərəflərdən biri isə məğlub Ermənistandır.

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2024.- 20 avqust (№ 177).- S.12.