Uğurlu müttəfiqlik tam yeni mərhələdə

 

Rusiya Prezidentinin Azərbaycana dövlət səfəri əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək

 

 

"Azərbaycan ümumbəşəri dəyərlərə sadiq olaraq dünya xalqları ilə, o cümlədən də şimal qonşumuz Rusiya Federasiyası ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamağı və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərməyi ali konstitusion niyyət kimi müəyyən edib. Ötən dövrdə Bakı Moskva arasında münasibətlər hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurulub uğurla inkişaf edib".

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov "Azərbaycan" qəzetinə açıqlamasında bildirib ki, hazırkı həssas dönəmdə Prezident İlham Əliyevin dəvəti ilə Vladimir Putinin ölkəmizə dövlət səfəri Azərbaycan-Rusiya münasibətləri üçün tam yeni mərhələ deməkdir. Dövlət başçımızın ifadə etdiyi kimi, bütün sahələrdə qarşılıqlı fəaliyyətimizi gücləndirmək əzmindəyik Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana hazırkı dövlət səfəri ikitərəfli münasibətlər üçün faydalı olacaq. "Ulu Öndər Heydər Əliyev hələ 22 sentyabr 1993-cü ildə Ali Sovetdə gənclərin nümayəndələri ilə görüşdə qəti bir tezis irəli sürmüşdü ki, Azərbaycanın Rusiya ilə əlaqələri yüksək səviyyədə olmalıdır. Dahi lider ölkələrimiz arasında dərin siyasi, iqtisadi, mədəni humanitar əlaqələrə əsaslanaraq, şimal qonşumuzla münasibətlərin daha da yaxşılaşdırılması üçün heç bir maneə görmür, əksinə XIX XX əsrlərdə Azərbaycanın inkişafının Rusiya ilə birbaşa bağlı olması, Avropa elmi mədəniyyətinin ölkəmizə Rusiya vasitəsilə gəlməsi kimi amilləri iki ölkə arasında əlaqələrin dərinləşdirilməsi üçün mühüm elementlər kimi qiymətləndirirdi", - deyə o bildirib.

 Ötən əsrin 90-cı illərində Azərbaycan-Rusiya münasibətlərinin mürəkkəb dövrünü yaşadığını xatırladan deputat bildirib ki, həmin ərəfədə ölkələrimiz arasında əlaqələr yaxın 200 illik tarixinin ən arzuolunmaz səviyyəsinə enmişdi. Lakin Ulu Öndərin xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdışı əlaqələrimizdə dönüşə səbəb olsa da, Rusiyanın özündə vəziyyətin, o cümlədən idarəçilikdə böhranın yaşanması prosesi ləngidir cəhdlər lazımi effektini vermirdi. Rusiyada Vladimir Putinin siyasi olimpə gəlişi isə vəziyyəti tamam dəyişdi nəhayət ki, Bakının cəhdlərinə Moskvadan adekvat reaksiyalar gəlməyə başladı bu, faktiki yeni dövr üzrə münasibətlərimizin başlanğıcı oldu. Prezident İlham Əliyevin aprelin 22-də Moskvada rusiyalı həmkarı ilə bərabər Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları işçiləri ilə görüşdə xüsusi qeyd etdiyi kimi: "Biz yaxşı bilirik ki, 2000-ci illərin əvvəllərində ölkələrimiz arasındakı dostluq mehriban qonşuluq münasibətlərinin əsasını məhz Vladimir Vladimiroviç Putin Heydər Əlirza oğlu Əliyev qoyublar. Vladimir Vladimiroviç 2001-ci ildə Azərbaycana səfər edib bu, bizim bu gün birlikdə keçdiyimiz böyük yolun başlanğıcı olub".

B.Məhərrəmov qeyd edib ki, Ulu Öndərin siyasi irsi bu gün Azərbaycanın inkişaf strategiyasının nüvəsini təşkil edir, o cümlədən xarici siyasət kursu üzrə dövlətçiliyin varisliyi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Azərbaycanın Rusiya siyasəti ötən dövr ərzində yeni mərhələyə qalxaraq, əlaqələrimiz "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" 22 fevral 2022-ci il tarixli Bəyannamə ilə özünün ən uğurlu dönəminə qədəm qoyub. Məhz bu sənədin qəbulu ilə iki ölkənin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında müttəfiqlik dövrü başlandı.

Ümumiyyətlə, Azərbaycan üçün Rusiyanın dünya siyasətində yeri çox aydındır. Cənab İlham Əliyevin bir neçə ay öncə Moskvada Prezident Vladimir Putinlə təkbətək görüşü zamanı ifadə etdiyi kimi, Rusiya Qafqazda daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkədir bizim əməkdaşlıq qarşılıqlı fəaliyyətdən çox şey asılıdır. Cənab Vladimir Putinin Bakıya dövlət səfəri çərçivəsində prezidentlərin birgə bəyanatı zamanı cənab İlham Əliyevin ifadə etdiyi kimi, Azərbaycan Rusiya müttəfiqlər, dostlar, yaxın tərəfdaşlar qonşular kimi fəaliyyət göstərirlər".

 Rusiyanın Azərbaycana yanaşmasının da kifayət qədər aydın olduğunu vurğulayan deputat deyib ki, Vladimir Putinin ilk növbədə Ulu Öndər Heydər Əliyev barədə düşüncələri, əslində, Rusiyanın Azərbaycana münasibətinin təməlində dayanan bazis hesab oluna bilər. Bu gün münasibətlərin xarakterinə, habelə ölkələrimiz arasında əməkdaşlığın prioritetlərini müəyyən edən müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında 22 fevral 2022-ci il tarixli Bəyannaməyə diqqət etsək, əminliklə deyə bilərik ki, Bakı-Moskva əlaqələri bərabərhüquqlu tərəfdaşlıq, qarşılıqlı hörmət etimada əsaslanır.  "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" 43 maddəlik Bəyannamədə milli maraqlara, bərabərhüquqlu əməkdaşlığa, BMT-nin mərkəzi rolunu qəbul etməklə beynəlxalq hüququn ümumtanınmış prinsip normalarına, xüsusən iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət prinsiplərinə riayət edilməsi 9 fərqli maddədə təkrarlanır. Eyni zamanda sənəddə beynəlxalq hüquqa zidd, müstəqilliyimizi, suverenliyimizi təhdid edən, Azərbaycanın digər dövlətlərlə ikitərəfli çoxtərəfli əlaqələrinə müdaxilə edən, beynəlxalq təşkilatlara üzvlüyü ilə bağlı məhdudlaşdırma müəyyənləşdirən, yaxud Rusiyanın xarici siyasətini birmənalı dəstəkləmək öhdəliyi niyyətini güdən nəinki heç bir maddə, ümumiyyətlə, hansısa bir məqam yoxdur. Bu sənədin imzalanması ilə Prezident İlham Əliyev çox gərgin bir dövrdə balansı qoruyaraq Azərbaycanı Rusiya ətrafında cərəyan edən təhlükəli tendensiyalardan sığortalamağı bacarmışdı. Etiraf etməliyik ki, Rusiya kimi böyük dövlətlərlə münasibətlərdə "qızıl orta"nı tapmaq şərtdir. Qafqazda isə Moskva ilə münasibətlərdə bu "qızıl orta"nı taparaq müstəqilliyinə, ərazi bütövlüyünə xələl gətirməyən, bərabərhüquqlu münasibətlər qura bilən yeganə lider İlham Əliyevdir. "Nəticə etibarilə Prezident İlham Əliyev nəinki ən çətin təhlükəli periodlarda ölkənin ərazi bütövlüyü suverenliyini qoruyub saxlaya bildi, üstəlik, Rusiya kimi bölgədə ciddi maraqları olan bir supergücün müttəfiqi Ermənistana rəğmən, 44 günlük savaşda Azərbaycanın mövqeyinə siyasi dəstək verməsinə nail oldu. Həmçinin  bir neçə ay öncə 10 noyabr Bəyanatına müvafiq olaraq Azərbaycanın Qarabağ iqtisadi rayonuna müvəqqəti olaraq yerləşmiş Rusiya Federasiyası sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından ilyarım əvvəl çıxarılmasına nail olundu.  Sirr deyil ki, çoxsaylı "maraqlı" dairələr cəfəng "proqnozlar" tirajlayaraq sülhməramlı kontingenti Rusiyanın Cənubi Qafqazdakı yeni bazası kimi təqdim edir ölkə daxilində gərginlik yaratmaq üçün hətta prosesi işğal belə adlandırırdılar. Hətta ABŞ-nin timsalında kollektiv Qərb Moldova Gürcüstan təcrübəsinə istinad edərək, sülhməramlı məsələsinə Bakı Moskva arasında potensial böhran kimi baxaraq, iki ölkə arasında gərginliyə ümid edirdi. Lakin cənab İlham Əliyev Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirmədən vaxtından əvvəl bu məsələni kökündən həll etməklə göstərdi ki, Azərbaycan sözün əsl mənasında, suveren, qüdrətli bir dövlətdir ölkəmizi digər dövlətlərlə, Prezident İlham Əliyevi isə digər liderlərlə müqayisə etmək olmaz. Azərbaycan Prezidenti qətiyyəti ilə bütün iddialara son qoymaqla bir daha sübut etdi ki, bu ölkə üçün nəyi, necə, vaxt etmək lazımdır, hər kəsdən daha yaxşı bilir", - deyə müsahibimiz əlavə edib.

Onun sözlərinə görə, bunlar beynəlxalq arenada Prezident İlham Əliyevin şəxsiyyətinə, onun güc imkanlarına baxış rakursunu bir daha təməlli formada yeniləyib. Hətta bizə dost olmayan subyektlər belə İlham Əliyevin miqyası qarşısında acizliklərini etiraf etmək məcburiyyətində qaldılar. Çünki bütün Qərb qütbünü təkbaşına qarşısına alaraq hələ ki mübarizədə qalib tərəf kimi çıxış edən nəhəng güc olaraq Rusiyanın imkanları hər kəsə yaxşı bəllidir. Onlar əmin idi ki, Azərbaycan şimal qonşusunun bütün mümkün şərtləri ilə hesablaşmağa məhkumdur. Xüsusən indiki həssas dönəmdə Moskva ilə bərabərhüquqlu münasibətləri təmin etmək sadə məsələ deyil. Lakin dövlət başçısı göstərdi ki, Azərbaycan qətiyyətli, milli maraqlara sadiq lider tərəfindən idarə olunan, müstəqil, suveren qüdrətli bir dövlətdir.

B.Məhərrəmov deyib ki, Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması Bakı-Moskva əlaqələrinin yüksək səviyyəsi ilə yanaşı, mühüm bir reallığı da meydana çıxarıb: "Məlum oldu ki, Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasını bütövlükdə rus hərbçilərini Ermənistandan çıxarmaq üçün dəridən-qabıqdan çıxan kollektiv Qərb sülhməramlıların Azərbaycandan getməsindən məmnun deyil. Hətta ilk günlər ABŞ Dövlət Departamentinin rəsmisi hisslərini cilovlaya bilməyib Azərbaycandan sülhməramlıları heç bir gərginlik yaşanmadan çıxarmasına görə Rusiyanı "etibarsız müttəfiq" adlandırmışdı".

Deputat vurğulayıb ki, Azərbaycan müttəfiqlik münasibətində olduğu Rusiya ilə regionda gedən proseslərlə bağlı mütəmadi təmasları əhəmiyyətli hesab edir. Bakı bu səfərin ikitərəfli münasibətlərin gündəliyi qarşılıqlı maraq doğuran məsələlərin, o cümlədən ölkələrimiz arasında imzalanmış sənədlərin yol xəritələrinin həyata keçirilməsi, təhlükəsizlik, nəqliyyat, energetika, hərbi-texniki, humanitar sahələrdə əməkdaşlığın perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığı qənaətindədir. Bu gedişat, əslində, ölkələrimiz arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin müddəalarının uğurla həyata keçirilməsi deməkdir. Bu səfər çərçivəsində Azərbaycanla Rusiya arasında iqtisadi, ekoloji, sosial, qida təhlükəsizliyi səhiyyə sahələrində ümumilikdə 6 sənəd imzalandı. Qarşılıqlı faydalı ticari əməkdaşlığın qurulmasına böyük diqqət yetirən Rusiya üçün bu sənədlərin önəmi çox böyükdür. Vladimir Putin Prezident İlham Əliyevlə mətbuata bəyanatında da açıq formada ifadə etdi ki, Rusiya Azərbaycan bir-biri üçün mühüm iqtisadi tərəfdaşlardır əməkdaşlığın hər bir istiqaməti Moskva üçün strateji əhəmiyyət kəsb edir. Bu mənada, ali qonaq Azərbaycana səfərinin yekunlarından məmnundur aparılan danışıqların, əldə olunan razılaşmaların Rusiya-Azərbaycan strateji tərəfdaşlığının daha da möhkəmlənməsinə xidmət edəcəyi qənaətindədir. Öz növbəsində Azərbaycan da bu qənaəti bölüşür möhtərəm Prezident haqlı olaraq hesab edir ki, Cənubi Qafqaz regionunda sabitlik təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır. Vladimir Putinin təbirincə desək, sabitlik bu regionun bütün dövlətlərinin xalqlarının köklü maraqlarına tam cavab verir.

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2024.- 21 avqust (№ 178).- S.5.