Seçkilərə beynəlxalq maraq böyükdür

 

Respublikamız mühüm siyasi hadisə olan növbədənkənar parlament seçkilərinə hazırlaşır.

Sentyabrın 1-də yeddinci çağırış Azərbaycan Milli Məclisinə seçkilər keçiriləcək.  Bütün əvvəlki seçkilər kimi növbədənkənar parlament seçkiləri respublikamızda demokratiyanın növbəti təntənəsi kimi əlamətdar olacaq.

 

Seçki bülletenlərinin çapına başlanılıb

 

Növbədənkənar seçkilər üzrə indiyə kimi bütün hərəkət tədbirlər Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi Təqvim Planı üzrə həyata keçirilib. Seçki dairələri üzrə deputatlığa namizədlərin irəli sürülməsindən başlamış təşviqat işlərinə qədər hər hansı nöqsan qeydə alınmayıb.

Deputatlığa namizədliyi qeydə alınanlar avqustun 9-dan etibarən təşviqatla məşğuldurlar. Azərbaycanın seçki qanunvericiliyi hər bir namizəd üçün bərabər əsaslarla təşviqat aparmağa imkan verir. Təşviqat dövründə  seçicilərlə  görüşlər üçün kifayət qədər sayda yerlərin ayrılması bu sahədə problemlərin olmayacağını deməyə imkan verir.

Artıq növbədənkənar seçkilərlə əlaqədar seçki bülletenlərinin çapına da başlanılıb. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Milli Məclisə seçkilərə 6 516 567 seçki bülleteni hazırlanacağını bildirib.  Seçki bülletenlərinin çap prosesi zəruri təhlükəsizliyin təmin edilməsi şərti ilə beynəlxalq təşkilatlar, seçki müşahidə missiyaları, media nümayəndələri seçkilərin iştirakçısı olan bütün maraqlı subyektlər üçün tamamilə açıq həyata keçirilir.

 

 

321 nəfər beynəlxalq müşahidəçi qeydə alınıb

 

 

Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərə beynəlxalq səviyyədə maraq böyükdür. Bunu indiyə qədər MSK-da qeydiyyatdan keçmiş beynəlxalq müşahidəçilərin sayı da təsdiq edir. Belə ki, indiyə qədər 321 beynəlxalq müşahidəçi qeydə alınıb.   Onlar 39 qurum 46 ölkəni təmsil edirlər.

ATƏT Parlament Assambleyası, ATƏT-in Demokratik Təsisatlar İnsan Hüquqları Bürosu, TÜRKPA, GUAM, MDB, MDB Parlamentlərarası Assambleyası, Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Türkiyə, Gürcüstan, Qazaxıstan Rusiya parlament nümayəndələri Milli Məclisə növbədənkənar seçkiləri müşahidə edəcəklər. Artıq bunlardan bəziləri seçkiyə hazırlığı müşahidə edirlər.

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə iştirak edəcək yerli müşahidəçilərin sayı 94 min nəfərə çatır. Yerli müşahidəçilərin sayının 100 min nəfəri ötəcəyi təxmin edilir. Çünki müşahidə aparılması üçün ərizələrin təqdim edilməsi ilə bağlı müddət isə hələ bitməyib.

Həmçinin seçkilərdə "exit-poll" keçiriləcək. "Exit-poll"u Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası "Oracle Advisory Group" (Amerika Birləşmiş Ştatları) ilə birgə, "Tərəqqi" Sosial Tədqiqatlar İctimai Birliyi isə SWG S.P.A Tədqiqatlar Şirkəti (İtaliya) ilə birgə keçirəcək. Bunlardan başqa, Sosioloji Tədqiqatlar Mərkəzi "exit-poll" keçirərək, seçicilərin mövqeyini öyrənəcək.

Hazırlıq işləri ondan xəbər verir ki, Milli Məclisə növbədənkənar seçkilər azad, ədalətli şəffaf şəkildə baş tutacaq. Bu seçkilər beynəlxalq səviyyədə Azərbaycanın demokratik dövlət imicini daha da yüksəldəcək.

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2024.- 21 avqust (№ 178).- S.7.