Azərbaycandakı
mina qurbanlarının
sayı Cənubi Qafqazın digər ərazilərindəki mina
qurbanlarından çoxdur
Azərbaycan dünyada
minalardan və partlamamış hərbi sursatlardan (PHS) zərər
çəkən müharibənin
mirası ilə təqib olunan ölkələr sırasındadır.
Bütün hərbi əməliyyatlar Azərbaycanın
beynəlxalq səviyyədə
tanınmış ərazilərində
aparıldığı üçün
bu gün Azərbaycan dünyada mina və PHS ilə ən çox çirklənmiş
ölkələrdəndir. Piyadalar Əleyhinə Minaların Qadağan Olunması üzrə Beynəlxalq Kampaniya – Kasetli Sursatlar Koalisiyasının (ICBL-CMC) Landmine
Monitor Report 2020 layihəsinin məlumatına əsasən
Azərbaycan minalanma sayına görə dünyanın ilk 10 ölkəsi sırasındadır.
Vətən müharibəsindən
sonra məlum oldu ki, Azərbaycanın
12 faizdən artıq ərazisi minalarla çirkləndirilib. Azərbaycan
ərazisində 1,5 milyon
mina olmaqla dünyanın minalarla ən çox çirklənmiş ilk 5
ölkəsi sırasındadır.
İşğaldan azad
edilmiş 1 milyon 166 min 702 hektar ərazidə minaların olması güman edilir, bunun da
211 min 800 hektarı yüksək və 954 min 902 hektarı orta və aşağı
çirklənmə səviyyəsindədir.
Minalar üzrə ekspertlərin Beynəlxalq
Böhran Qrupuna verdikləri ilkin məlumatlara görə azad edilmiş ərazinin təxminən beşdəbiri yüksək
dərəcədə çirklənmiş
və təxminən üçdə ikisi humanitar minatəmizləmə
üçün prioritet
sahə kimi təsnif edilir.
AZƏRTAC xəbər verir ki, bunu
“Minalar Əleyhinə
Azərbaycan Kampaniyası”
(MƏAK) İctimai Birliyinin
sədri Hafiz Səfixanov “Azərbaycana minatəmizləmədə beynəlxalq
dəstəyin gücləndirilməsi”
layihəsinin yekunlarına
həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, aparılan tədqiqat zamanı keçmiş təmas xəttinin və onun ətrafında
yerləşən bağların,
meşələrin, üzüm
bağlarının, dağıdılmış
yaşayış məntəqələrinin,
çay sahillərinin
minalarla ciddi şəkildə çirkləndiyi
aşkar edilib. Minalara həmçinin kənd təsərrüfatına
yararlı torpaqlarda və ətraflarında, otlaqlarda, yollarda, körpülərdə, məktəblərdə,
su mənbələrində
(kəhrizlərdə) rast
gəlinir. Ağdam rayonunun Yusifcanlı və Qarağacı, Cəbrayıl rayonunun Cocuq Mərcanlı və Qaracallı, Laçın rayonunun Suarası, Füzuli rayonunun Qorqan və Qarakollu kəndlərində yerləşən
qəbiristanlıqların minalı
olması ilə bağlı dəqiq məlumatlar var.
İşğaldan azad
edilmiş ərazilərdə
mütəmadi olaraq mina tələlərinə
rast gəlindiyini deyən təşkilat sədri Şuşa rayonunun Daşaltı, Laçın rayonunun Zabux və Sus
kəndlərində, Xocalı
rayonunda, Ağdam rayonunun Orta Qərvənd, Xocavənd rayonunun Bulutan kəndlərinin ərazisində,
Füzuli rayonunun Qorqan kənd qəbiristanlığında sürpriz
formaya salınmış
yüksək və ölümcül partlayış
törətmək məqsədi
daşıyan mina tələlərin tapılaraq
zərərsizləşdirildiyini bildirib. Onun sözlərinə görə,
ən çox mina tələlər Xankəndi şəhəri
ərazisində aşkarlanır.
MƏAK İB-nin Landmine
Monitor Report üzrə araşdırması
göstərir ki, bu gün Azərbaycandakı
mina qurbanlarının
sayı Cənubi Qafqazın digər ərazilərindəki mina
qurbanlarının ümumi
sayından çoxdur.
İctimai Birliyin
sədri bildirib ki, işğaldan azad edilmiş ərazilərdə üçtərəfli
Bəyanatdan 2024-cü il
iyulun 31-nə qədər
ANAMA, Müdafiə Nazirliyi,
FHN, DSX, 4 milli kommersiya
şirkəti və milli QHT “Beynəlxalq Avrasiya Mətbuat Fondu” (BAMF) tərəfindən
152 min 619 hektar ərazi minalardan və PHS-dən təmizlənib. Əməliyyatlar
ANAMA-nın Horadiz əməliyyat mərkəzi,
Ağdam, Cəbrayıl,
Zəngilan, Qubadlı,
Laçın, Xocavənd
rayonlarında və Hadrut qəsəbəsində
fəaliyyət göstərən
mobil bazalarla yanaşı Şuşa və Xankəndi düşərgələrindən idarə olunur.
Hafiz Səfixanov
bildirib ki, işğaldan azad edilmiş ərazilərdə
həmin müddət
ərzində 126 min
663 mina və partlamamış hərbi sursat aşkarlanıb. Onlardan 32 min 940-ı piyada əleyhinə, 19 min 956-sı tank əleyhinə minalar, 73 min 767-si partlamamış hərbi sursatdır.
Ötən il sentyabrın 25-dən qadın
minatəmizləmə qruplarının
fəaliyyətə başladığını
diqqətə çatdıran
H.Səfixanov əlavə
edib: “Fəaliyyətə
başladıqdan bu il avqustun 15-dək ümumilikdə 3 milyon 203
min 997 kvadratmetr ərazi təmizlənib. Nəticədə 12 piyada
əleyhinə mina, 25
tank əleyhinə mina və 77 partlamamış hərbi sursat aşkarlanıb. Qadın minatəmizləmə
qrupları hazırda Ağdam rayonunun Nəmirli kəndində mina sahəsinin, Güllücə kəndində
isə döyüş
sahəsinin təmizlənməsini
həyata keçirir.
Bundan başqa, Güllücə kəndində
texniki təhqiqat da aparılır. Qadın minatəmizləmə
qrupları tərəfindən
bu ilin ötən
dövrü ərzində
2 milyon 524 min 291 kvadratmetr ərazi təmizlənib və 17 ədəd tank əleyhinə mina və 6 ədəd partlamamış hərbi sursat aşkarlanıb. Qadın minatəmizləmə
qruplarının fəaliyyətinə
BAMF-ın İcma Mina Aksiyası komandasının peşəkar
mütəxəssisləri ilə yanaşı, APOPO-nun minaaxtaran itləri və siçovulları ilə də dəstək verilir. Bundan başqa lazım olduqda ANAMA tərəfindən
minaaxtaran maşınlar
da əməliyyatlara cəlb edilir”.
İctimai
Birliyin sədri bildirib ki, Qarabağda minatəmizləmə
prosesinə indiyədək 349,1 milyon dollar vəsait xərclənib.
Bu vəsaitin
16,1 milyonu beynəlxalq
mənbələrdən daxil
olub. Azərbaycan hökuməti 2023-cü ildə
minalarla mübarizəyə
dövlət büdcəsindən
110.2 milyon manat (64.82 milyon ABŞ dolları) sərf edib. Beynəlxalq mütəxəssislərin
hesablamalarına görə,
Azərbaycana ərazilərin
minalardan təmizlənməsi
məsələsini həll
etmək üçün
təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır.
Azərbaycan.-2024.-
21 avqust (¹ 178).- S.12.