“Vladimir
Putin güclü beynəlxalq siyasətçi İlham
Əliyevlə danışıqlara yollanıb”
Azərbaycan
Cənubi Qafqazda regional təhlükəsizliyi
formalaşdıran ölkədir. Bu dövlət dünya nizamının yenidən qurulması dövründə
Rusiyanın cənub sərhədlərində yeni
təhlükəsizlik arxitekturasının
təmin edilməsinin
müzakirəsi üçün
ən məntiqli tərəfdaşdır.
Bu fikirləri
AZƏRTAC-a politoloq, “Vestnik
Kavkaza” agentliyi baş direktorunun müavini Andrey Petrov Rusiya Prezidenti
Vladimir Putinin Azərbaycana dövlət
səfərinin yekunlarını
şərh edərkən
bildirib.
Ekspert deyib: “Burada İlham Əliyev amilini, onun Vladimir Putinlə
dostluq münasibətlərini
nəzərə almamaq
mümkün deyil. Yəni, Vladimir Putin güclü beynəlxalq siyasətçi
İlham Əliyevlə
danışıqlara yollanıb.
Rusiya lideri Azərbaycan Prezidenti ilə razılığa gələcəyini və
bu razılaşmaların
yerinə yetiriləcəyini
bilir”.
Onun fikrincə,
Azərbaycan Rusiya üçün yalnız Cənubi Qafqazda
deyil, daha geniş regionda regional təhlükəsizliyin
bünövrəsidir. “Bu, həm Azərbaycanın regiondakı problemlərini
müstəqil şəkildə
həll etməsi, həm də sülh gündəmini daim inkişaf etdirməsi ilə bağlıdır. Axı
təkcə güclü
oyunçu deyil, həm də sülhsevər aktor olmaq çox vacibdir. Azərbaycan bu keyfiyyətlərin hər ikisini özündə cəmləşdirir.
Bu siyasət İlham Əliyevin qonşuları və bütün geniş regionla münasibətlərin
qurulmasına sağlam
tərzdə yanaşmasına
əsaslanır”.
Azərbaycan.-2024.-
21 avqust, ¹ 178.- S.6.