İqor Korotçenko: “Rusiya və Azərbaycan liderlərinin Bakıdakı
danışıqları qlobal
beynəlxalq hadisədir”
Cənubi
Qafqazın beynəlxalq aləmdə rolu və əhəmiyyəti
artır. Bu, regionda baş verən proseslərlə əlaqədardır. Belə
ki, Cənubi Qafqaz qlobal əhəmiyyətə
malik olan qlobal
multimodal nəqliyyat dəhlizlərinin
keçdiyi əsas regiondur.
Bu fikirləri AZƏRTAC-ın
müxbiri ilə söhbətində Xəzər
Strateji Tədqiqatlar İnstitutunun (Rusiya) baş direktoru İqor Korotçenko ifadə edib.
Ekspert vurğulayıb
ki, öz ərazi bütövlüyünü və
suverenliyini bərpa edən Azərbaycan mövqelərini ciddi şəkildə möhkəmləndirib.
Eyni zamanda, Ermənistan isə onu öz təsir
dairəsinə cəlb
edən bir sıra təsisatların oyuncağına çevrilib.
İ.Korotçenko əlavə
edib: “Biz Fransa, ABŞ kimi
ölkələrin və
Avropa İttifaqının
ayrı-ayrı nümayəndələrinin
Ermənistanın köməyi
ilə regionda sabitliyi pozmaq və öz milli maraqlarını, həm də region dövlətlərinin
maraqları ilə qətiyyən üst-üstə
düşməyən məqsəd
və vəzifələrini
reallaşdırmaq üzrə
oynadığı destruktiv
rolu görürük.
Bu baxımdan, başa
düşürük ki, Cənubi
Qafqazda baş verənlər böyük
dərəcədə regiondakı
əsas aktorların mövqeyi ilə müəyyənləşəcək. Təbii ki, onlardan biri də Azərbaycandır”.
Ekspert Belarus Prezidenti
Aleksandr Lukaşenkonun Azərbaycana
səfəri zamanı
Prezident İlham Əliyevin
ünvanına səsləndirdiyi
fikirləri xatırladıb:
“Siz Qafqaz regionunu nəzarətdə
saxlamağa qadirsiniz.
Bu, artıq təkcə
Azərbaycana görə
məsuliyyət daşımaq
demək deyil, Siz artıq bütün Qafqazdakı vəziyyətə cavabdehsiniz”.
Korotçenko əlavə
edib: “Həqiqətən,
Azərbaycan regionun təhlükəsizliyinə və
sabitliyinə cavabdehdir.
Bu kontekstdə Bakıda
Rusiya Prezidenti Vladimir Putinin və Azərbaycan Prezidenti
İlham Əliyevin iştirakı
ilə aparılan danışıqlar olduqca
mühümdür, deyərdim
ki, bu, qlobal beynəlxalq hadisədir”.
Baş direktorun sözlərinə
görə, Rusiyada hesab edirlər ki, səfər zamanı imzalanan bir sıra
sənədlər Rusiya-Azərbaycan
münasibətlərinin kompleks
şəklində inkişafına
kömək edəcək
və Ermənistandan alət kimi istifadə edən xarici aktorların regionda vəziyyəti gərginləşdirmək cəhdlərinin
qarşının alınmasına
yönəlib”.
Dövlət başçılarının
Azərbaycan liderinin evində qeyri-rəsmi şam yeməyini şərh edən Korotçenko qeyd edib ki, Rusiya Azərbaycanın timsalında
ən yaxın müttəfiqini və tərəfdaşını görür.
O əlavə edib: “Rusiyada İlham Əliyevi görkəmli dünya siyasətçisi, ölkəsinin
suverenliyini və ərazi bütövlüyünü
bərpa etmiş lider, hörmətli, nüfuzlu şəxsiyyət
və ziyalı kimi qiymətləndiririk. Onun həyat yoldaşı Mehriban Əliyevaya
gəlincə, Rusiyada
hamımız onun intellektinə, gözəlliyinə
heyranıq. O, görkəmli
qadın və siyasətçidir. Belə
bir dairədə də çox ciddi məsələlər
müzakirə oluna bilərdi”.
Azərbaycan.-2024.-
21 avqust, ¹ 178.- S.6.