Azərbaycan bütün dövlətlərlə münasibətlərini qarşılıqlı fayda hörmət prinsipləri əsasında qurmaqda maraqlıdır 

 

Avqustun 18-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycana dövlət səfərinə gəlib. Səfərin dünyanın bir çox regionlarında hərbi-siyasi gərginliyin pik həddə çatdığı, bir çox bölgələrdə lokal müharibələrin getdiyi, lakin onların hər an qlobal münaqişəyə çevrilmək ehtimalının yüksək olduğu bir zamanda baş verməsi böyük maraq doğurur. Rusiya-Ukrayna İsrail-Fələstin müharibələri, İsrail-İran Türkiyə-İsrail münasibətləri, Azərbaycan-Ermənistan Türkiyə-Ermənistan dialoqu, Rusiya-Ermənistan Rusiya-ABŞ-Qərbi Avropa arasında gərginlik s. Bütün bunlar ya birbaşa, ya da dolayı yolla Azərbaycanın da tərkib hissəsi olduğu Qafqaz regionu ilə bağlıdır. Bütün bunların içindən salamat, ən pis halda isə minimum maddi mənəvi itki ilə çıxmaq əlbəttə ki, böyük səriştə siyasi bacarıq tələb edir.

Bu sözləri AZƏRTAC-a açıqlamasındaİslahatçı Gənclərİctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib.

Fərid Şahbazlı bildirib ki, son illərin çılğın siyasi prosesləri dünya düzəninin az qala yenidən cızılması fonunda Azərbaycanın özünün şəksiz Lideri İlham Əliyevin timsalında bunun öhdəsindən bacarıqla gəldiyini əminliklə deyə bilərik. “Davamlı iqtisadi inkişaf, balanslaşdırılmış xarici siyasət, dost ölkələrin coğrafiyasının genişlənməsi digər amillər ölkəmizi təkcə regionda deyil, bütün dünyada lider dövlətlərdən birinə çevirib. Belə bir dövlətlə yüksək səviyyəli münasibətlər qurmaq, bu münasibətləri qoruyub saxlamaq daha da inkişaf etdirmək şübhəsiz ki, hər bir ölkənin mənafeyinə uyğundur. Onlardan biri Rusiyadır. Bu gün Şimal qonşumuz Ukrayna ilə müharibə səbəbindən ABŞ Qərb tərəfindən sanksiyalara məruz qalıb. Əsrlər boyu yedirib-içirdiyi, bəsləyib qoynuna basdığı Ermənistan da bu gün Rusiyadan üz döndərib. Lakin Azərbaycan bu məqamda da özünəxas, balanslaşdırılmış siyasət yürüdür. Ölkəmiz Ukrayna ilə dostluq münasibətlərini qoruyub saxlayır, onun ərazi bütövlüyünü dəstəkləyir, humanitar yardımlar göstərir, lakin Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirir. Çünki bu ölkə ilə çoxəsrlik siyasi, iqtisadi mədəni əlaqələrimiz mövcuddur. Uzağa getməyək, təkcə 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 4,1 milyard dollar olub. Bu ilin ilk altı ayında isə 7,1 faiz artaraq iki milyard dollar təşkil edib. Enerji sahəsində əməkdaşlıq inkişaf edir”, - deyə o əlavə edib.

Siyasi şərhçinin sözlərinə görə, bundan əlavə, Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsi hər iki ölkənin, xüsusilə sanksiyalara məruz qalmış Rusiya üçün mühüm əhəmiyyət kəsb edir. Lakin Rusiyadan fərqli olaraq, Azərbaycanın həm Avropa, həm Asiya, həm dünyanın digər regionları ölkələri ilə yaxşı əlaqələri var. Ölkəmiz həm BRICS, Şanxay Əməkdaşlıq Təşkilatı kimi platformalarda iştirak edir, həm ATƏT, NATO, Avropa İttifaqı Qərbin digər qurumları ilə münasibətləri kəmiyyət keyfiyyət baxımından durmadan genişləndirir. Avropa İttifaqı Ukrayna vasitəsilə Rusiya qazının alınmasından tam imtina etdikdən sonra bu sahədə boşluğu doldurmaq üçün Azərbaycanla əməkdaşlıq cəhdlərini artırmağa çalışır, Azərbaycan qazının Ukrayna ərazisindəki qaz kəmərləri vasitəsilə nəqlini nəzərdən keçirir. Azərbaycan bütün dövlətlərlə, o cümlədən Rusiya ilə münasibətlərini qarşılıqlı fayda hörmət prinsipləri əsasında qurmaqda maraqlıdır. Dünən Bakıda iki ölkə arasında mübadilə olunan sənədlər qəbul edilən birgə Bəyannamə fikirlərimizi təsdiqləyir. İqtisadiyyat, humanitar, elm, təhsil mədəniyyət əlaqələrinin inkişafından tutmuş, siyasi, regional qlobal səviyyədə əməkdaşlıq, milli təhlükəsizlik, ölkələrin bir-birinin suverenliyinə ərazi bütövlüyünə hörmət, terrorçuluqla mübarizə, hərbi-texniki əməkdaşlıq kimi müddəaların da əksini tapdığı Bəyannamə fikrimcə, Azərbaycan-Rusiya münasibətlərində yeni mərhələnin başlanğıcı, bir yol xəritəsi deməkdir.

Bütün bunlar, heç şübhəsiz, Vladimir Putinin Azərbaycan səfərinin yalnız görünən tərəfləridir. Əlbəttə ki, liderlər məhdud tərkibdə görüşdə hər iki ölkəni maraqlandıran bir çox regional qlobal problemləri müzakirə ediblər. Hesab edirik ki, yaxın gələcəkdə bu müzakirələrin məsləhətləşmələrin müsbət nəticələrini görə bilərik.

 

Azərbaycan.-2024.- 21 avqust, № 178.- S.6.