İllərin
sınağından çıxan
dostluq və qonşuluq
Azərbaycan-Rusiya
iqtisadi əməkdaşlığı
qarşılıqlı maraqlara əsaslanır
Azərbaycanla Rusiya
arasında iqtisadi əlaqələr hər iki dövlət başçısının
siyasi iradəsi, qonşuluq və dostluq münasibətləri
sayəsində davamlı
inkişaf edir. Bu inkişafın kökündə həm də Rusiya ilə Azərbaycan arasında çoxəsrlik
dostluq ənənələri,
iki əsrlik ortaq tarix və
mədəniyyət, həmçinin
bir-biri ilə qaynayıb-qarışan milyonlarla
insan taleyi dayanır. Ona görə də dövlətlərarası münasibətlərin
hər zaman normal olması vacibdir.
Rusiya
Azərbaycanın təkcə
yaxın qonşusu deyil, həm də ölkəmizdə istehsal olunan məhsullar üçün
böyük bazardır.
Azərbaycan iqtisadiyyatı,
o sıradan istehsalçılar
üçün bu bazar mühüm əhəmiyyət kəsb
edir. İqtisadi əlaqələrin daha da genişlənməsi və
qarşıdakı illərdə
də inkişaf edərək davam etdirilməsi üçün
bu ilin əvvəlində
"Azərbaycan-Rusiya əməkdaşlığının
inkişafının əsas
istiqamətləri üzrə
2024-2026-cı illər üçün
Yol Xəritəsi"
imzalanıb. Sənəddə
ticarət-iqtisadi və
investisiya qoyuluşu, nəqliyyat, sənaye, aqrar və qida
təhlükəsizliyi, enerji,
turizm, humanitar və sosial, həmçinin innovasiya və informasiya texnologiyaları sahələrində
əməkdaşlığın inkişafı ilə bağlı konkret addımların atılması
nəzərdə tutulub.
Təbii ki, Azərbaycanla Rusiya arasında öz axarında gedən iqtisadi münasibərlər
imzalanan sənədlərin
kağız üzərində
qalmasını deyil, icra olunmasını diktə edir.
Bu gün Azərbaycanda Rusiya biznesi ilə əczaçılıq və
neft-kimya, qida sənayesi və şərabçılıq, mədən
sənayesi və tikinti materiallarının
istehsalı, avtomobil sənayesi və avadanlıqlara texniki xidmət sahələrində
əməkdaşlığın uğurlu nəticələri
var. Avqustun 18-19-da ölkəmizdə dövlət
səfərində olan
Rusya Prezidenti Vladimir Putin də mətbuata bəyanatında çıxış
edərkən bu məsələyə toxunub:
"Rusiya ən iri investorlar sırasına daxildir və biz buna
yalnız sevinirik. Azərbaycan bazarında şirkətlərimiz özünü
yetərincə rahat hiss edir. Artıq
xatırladıldı ki,
burada həm
"LUKOYL", həm yığılma
istehsalını təşkil
edən "KamAZ",
həm də "Sollers", "UAZ" var.
Onlar uğurla fəaliyyət göstərir
və inkişaf perspektivlərinə malikdir.
Biz onların işinə yaradılan şəraitə görə
Azərbaycan hakimiyyətinə
minnətdarıq. "Transmaşholdinq"
fevral ayında Bakı Metropoliteni üçün Rusiya vaqonlarının böyük
partiyasının istehsalına
dair növbəti müqavilə bağlayıb.
Ümidvaram ki, bu qatarlardan istifadə edənlər də razı qalacaqlar".
Təbii ki, adı əməkdaşlıqdırsa,
o, qarşılıqlı olur
- istər dövlət,
istərsə də qeyri-dövlət səviyyəsində.
Bu gün Azərbaycan və Rusiya arasında əməkdaşlıq iqtisadiyyatın,
demək olar ki, bütün sahələrinə nüfuz
edib. Rusiya şirkətləri, investorları
özləri etiraf edirlər ki, Azərbaycanda fəaliyyət
göstərmək üçün
münbit şərait
var. Öz növbəsində Azərbaycan
sahibkarları Rusiyada özlərini çox rahat hiss edirlər.
Hətta o dərəcədə
ki, ekspertlər gələcəkdə yüksəktexnologiyalı
istehsala və Rusiyanın İT sektoruna Azərbaycanın sərmayə
qoyacağını gözləyirlər.
Təsadüfi deyil ki, şərhçilər
və politoloqlar hər iki ölkə
arasında iqtisadi inkişaf tempinin bundan sonra da
artacağını proqnozlaşdırırlar.
Politoloq Yusif Bağırzadə deyir ki, keçən il Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin
dəyəri təqribi
hesablamalara görə
4,5 milyard dollar olub: "Bu ilin yanvar-iyul ayları ərzində isə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin
dəyəri 2 milyard 572,8 milyon dollar təşkil edib. Bu göstərici
ötən ilin müvafiq dövrü ilə müqayisədə
5,2 faiz və ya 127,5 milyon dollar çoxdur. Hazırda Azərbaycanda Rusiya kapitallı 1400-dən
çox müəssisə
fəaliyyət göstərir.
Onların 300-ə yaxını
100 faiz Rusiya sərmayəsinə malikdir.
Ötən il Rusiyanın Azərbaycan iqtisadiyyatına birbaşa
investisiyalarının məbləği
300 milyon dollara yaxın olub. Ümumilikdə isə indiyə qədər Rusiyanın Azərbaycan iqtisadiyyatına yatırdığı
investisiyanın həcmi
6 milyard dollar təşkil edib".
Bu gün Rusiya ilə Azərbaycan arasında ticarət və energetika, sənaye və kənd təsərrüfatı, logistika
və nəqliyyat, turizm və mədəniyyət, təhsil
və humanitar sahələrdə əməkdaşlıq
sürətlə inkişaf
edir. Hər iki tərəfdən səmərəli dövlət
dəstəyi ilə investisiya əlaqələri
güclənir. Nəticədə
ötən il iki ölkə arasında ticarət dövriyyəsi rekord həcmə çatıb.
Prezident İlham Əliyev də Rusiya liderinin Azərbaycana dövlət
səfəri zamanı
mətbuata açıqladığı
bəyanatında iki ölkə arasındakı
iqtisadi əlaqələri
yüksək dəyərləndirib:
"Biz iqtisadi-ticari münasibətlərlə bağlı
məsələləri detallı
şəkildə təhlil
etdik. Keçən il və bu
ilin 6 ayında əmtəə dövriyyəsinin
artımı əməkdaşlığın
böyük potensialından
xəbər verir. Ötən il biz 4 milyard dollar
həddini adladıq və bunun son
hədd olmadığı
barədə fikir mübadiləsi apardıq".
Onu da qeyd edək ki, Prezident İlham
Əliyevin iqtisadi şaxələndirmə siyasətində
Azərbaycanın tranzit
potensialının reallaşdırılması
önəmli rol oynayır. Bu çərçivədə nəqliyyat
sektorunun bütün sahələrində xidmət
infrastrukturları modernləşdirilib,
yol təsərrüfatının
yenidən qurulması
ilə bağlı layihələr həyata keçirilib, o cümlədən
çoxsaylı yol ötürücüləri, körpülər,
tunellər, yeraltı
və yerüstü piyada keçidləri inşa olunub və s. "Deməliyəm
ki, Azərbaycanın ərazisində "Şimal-Cənub"
dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu seqmentləri tam şəkildə reallaşdırılıb
və uğurla fəaliyyət göstərir",
- deyən Prezident İlham Əliyev sözügedən bəyanatda
vurğulayıb: "Hazırda
bu dəhlizin ötürücülük qabiliyyətini
yüksəltmək üçün
onun dəmir yolu sahəsinin modernləşdirilməsi ilə
məşğuluq. Biz
ildə 15 milyon ton və daha
çox - 30 milyon tonadək yüklərin daşınması imkanlarından
danışırıq və
bu, tamamilə realdır. Ümidvaram ki, hazırkı şəraitdə Rusiya və Azərbaycan, həmçinin bu dəhlizin digər iştirakçıları birgə
səylərlə öz
fəaliyyətlərini davam
etdirəcəklər. Rusiya
və Azərbaycanın
müxtəlif şəhərləri
arasında hər gün 20 reys həyata keçirilir. Deməliyəm ki, hətta Sovet İttifaqı dövründə
bu qədər qarşılıqlı reyslər
olmayıb. Eyni zamanda onlar Azərbaycan
və Rusiya daşıyıcıları arasında
bərabər bölünüb.
Bu, məhz ondan xəbər verir ki, insanlar
arasında təmaslar
mütəmadi xarakter
daşıyır".
Züleyxa ƏLİYEVA,
Azərbaycan.-2024.-
21 avqust, № (178).- S.6.