Cahit
Bağçı: “COP29 sessiyası
Azərbaycan üçün
olduqca önəmlidir”
Bu ilin
noyabrında Bakıda baş tutacaq BMT-nin İqlim Dəyişikliyi
üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu (COP29) sessiyası Azərbaycan
üçün olduqca önəmlidir.
Bunu
Türkiyənin Azərbaycandakı səfiri Cahit
Bağçı bu gün COP29 və “Yaşıl dünya
naminə həmrəylik ilinə həsr olunmuş tədbirdə
"Qlobal İqlim Dəyişmələrinin Biznes
Çağırışları" mövzusunda tədbirdə
çıxışı zamanı bildirib.
Onun sözlərinə
görə, bu tədbir çərçivəsində bir
çox müxtəlif səpkili konfranslar, müzakirələr,
toplantılar, panellər baş tutacaq: “Noyabrda Bakı
dünyanın diqqət mərkəzində olacaq”.
O, Azərbaycanın
COP zirvəsinə ev sahibliyi etməsi münasibəti ilə
bir daha təbrik edib.
Səfir qeyd
edib ki, Türkiyə də bu tədbirdə geniş heyətlə
yüksək səviyyədə iştirak edəcək:
“Türkiyə COP-29 nazirliklər, media, bələdiyyələr,
vətəndaş cəmiyyətləri yaxından izləyəcəklər.
Türkiyə artıq növbəti COP-31-in keçirilməsi
üçün öz namizədliyini irəli sürüb.
Ölkəmiz də bu sahədə həyata keçirilən
işlərdə öz töhfəsini verməyi hədəfləyir".
Qeyd edək
ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransı (COP) hər
il keçirilir və sədrlik BMT-nin beş regionu arasında
rotasiya olunur. Azərbaycan Tərəflər Konfransının
bu ilin noyabrında Bakıda keçiriləcək 29-cu
sessiyasına (COP29) sədrlik edəcək. Azərbaycan beynəlxalq
tədbirlərə ev sahibliyi etmək sahəsində zəngin
təcrübəyə malikdir. Tədbirin keçiriləcəyi
məkan olaraq Bakı Olimpiya Stadionu seçilib.
Prosesi şəffaf,
qərəzsiz və inklüziv şəkildə həyata
keçirmək məqsədilə COP29 Sədrliyi
ambisiyaların artırılması və fəaliyyətə
təkan vermək üçün bir-birini
qarşılıqlı şəkildə dəstəkləyən
iki istiqamətə əsaslanan plan hazırlayıb.
Azərbaycan.-2024.-
21 avqust, ¹ (178).- S.9.