Malayziyada Azərbaycanın mədəni irsinə dair təqdimat keçirilib

 

Azərbaycanın Malayziyadakı səfirliyi mədəni irs sahəsində nüfuzlu qurumlardan olan Malayziya İrs Təşkilatında (Badan Warisan Malaysia) “Azərbaycanın mədəni irsimövzusunda tədbir təşkil edib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirin əsas məqsədi Malayziya ictimaiyyətini Azərbaycanın zəngin mədəni irsi ilə tanış etmək, həmçinin hazırki Ermənistan ərazisində Azərbaycanın 30 il ərzində işğal altında qalan torpaqlarında xalqımıza məxsus mədəni irsin məqsədyönlü sistemli şəkildə məhv edilməsi barədə məlumatlılığın artırılması olub.

Tədbirdə elm adamları, QHT rəhbərləri təmsilçiləri, jurnalistlər, Malayziya İrs Təşkilatının rəhbərliyi üzvləri, eləcə mədəniyyət sahəsi ilə maraqlanan ictimaiyyət nümayəndələri iştirak ediblər. Azərbaycan səfiri İrfan Davudov Azərbaycanın tarixindən, zəngin mədəni irsindən, etnik dini tolerantlıq xüsusiyyətlərindən, mədəniyyətlərin kəsişməsindəki coğrafi mənəvi rolundan bəhs edib, mədəni irsin qorunması məsələsinin dövlət başçısının diqqət mərkəzində olduğunu bildirib. O, tarixi Azərbaycan torpaqlarında Ermənistan dövlətinin yaradılması, eləcə 1990-cı illərin əvvəllərindən etibarən Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın mədəni irsinə vurulmuş zərərdən, məqsədyönlü etnik təmizləmə siyasətindən ətraflı söz açıb.

Azərbaycanın Mədəniyyət Nazirliyinin hazırladığı videoçarxın nümayişindən sonra səfirliyin müşaviri E.Salmanov xalqımızın mədəni dəyərlərindən, Azərbaycan dövlətinin mədəni dini abidələrin qorunması istiqamətindəki fəaliyyətindən, işğal illərində mədəni irsin qorunması ilə bağlı müvafiq beynəlxalq normaların Ermənistan tərəfindən pozulmasından, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq, o cümlədən mədəni irsin bərpası istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib.

Sonda Mədəniyyət Nazirliyinin Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhəri ilə bağlı hazırladığı videoçarx nümayiş etdirilib. Tədbir çərçivəsində ölkəmizin mədəni, tarixi dini abidələrinin şəkillərindən ibarət sərgi təşkil olunub.

 

Azərbaycan.- 2024.- 21 avqust, № (178).- S.11.