Zəfər
zirvəsində zəfər
seçkisi
Şuşa ilk parlament seçkilərinə
hazırdır
Ölkəmiz mühüm
siyasi hadisə ərəfəsindədir. Müstəqillik
dövründə ölkəmizdə
keçiriləcək sayca
7-ci parlament seçkilərinə
9 gün qalır. Bütün ölkə üzrə seçkilərə
hazırlıqlar yekunlaşmaq
üzrədir.
Bu seçkilər
həm də ərazi bütövlüyümüzün,
suverenliyimizin tam təminatından sonra işğaldan azad edilmiş Qarabağ və Zəngəzurda təşkil edilən ilk parlament seçkiləridir.
Yəni ilk dəfə olaraq parlament seçkilərinə
suverenliyini tam bərpa etmiş ölkə kimi gedirik.
Ümumiyyətlə isə Qarabağ və Şərqi Zəngəzurda 34 daimi seçki məntəqəsi
yaradılıb. Keçmiş
məcburi köçkünlər
574 məntəqədə səs
verə biləcəklər.
Onların sayı isə 399 min 56 nəfərdir.
Əlbəttə ki,
seçkilər hər
bir xalqın ictimai-siyasi həyatında
mühüm rol oynayır. Bu mənada həmin prosesə xüsusi önəm verilir. Sentyabrın 1-də ölkəmizin
şanlı tarixində
daha bir mühüm hadisə yaşanacaq. İşğaldan
azad olunmuş ərazilərə köçürülən
keçmiş məcburi
köçkünlər bu
tarixi hadisənin iştirakçısı olacaqlar.
Vətən müharibəsində
qazandığımız Zəfərin
zirvəsi sayılan Şuşa şəhəri
də seçkilərə
hazırlaşır. Artıq
böyük köç
karvanının yeni ünvanları sırasında
Şuşanın da olması onu deməyə əsas verir ki, mədəniyyət
paytaxtımızın sakinləri
doğma yurdda səs verəcəklər.
Biz də Şuşaya səfərimiz
çərçivəsində yolumuzu 124 saylı Şuşa-Ağdam-Xocavənd Seçki
Dairəsinin buradakı
məntəqə seçki
komissiyasından salaraq
səsverməyə hazırlıq
prosesi ilə maraqlandıq.
124 saylı Şuşa-Ağdam-Xocavənd
Seçki Dairəsi 93 seçki məntəqəsini
əhatə edir. Bu dairədən deputat seçilmək uğrunda 7 nəfər mübarizə aparacaq. Onların sırasında Yeni Azərbaycan Partiyası və Azad Vətən Partiyasının namizədləri,
bitərəflər var.
Şuşada isə
iki - 46 və 47 saylı məntəqə
seçki komissiyaları
(MnSK) fəaliyyət
göstərir. 46 saylı
MnSK şəhərin
1 nömrəli tam orta məktəbinin inzibati binasında yerləşir. MnSK-nın
sədri Səbinə
Gözəlova deyir ki, Şuşa sakinlərinin ilk parlament seçkilərində
doğma şəhərlərində
səs verə bilmələri, bütövlükdə
isə seçkilərin
Qarabağ və Şərqi Zəngəzurda
təşkil olunması
olduqca mühüm siyasi hadisədir. 46 saylı seçki məntəqəsində seçicilərə
öz səsvermə hüquqlarından azad şəkildə istifadə
etmələri üçün
lazımi şərait
yaradılıb. MnSK-nın
əməkdaşları müxtəlif
treninqlərdə iştirak
ediblər.
Səbinə Gözəlovanın
sözlərinə görə,
seçki məntəqəsi
zəruri texniki vasitə və metodiki vəsaitlər ilə təmin olunub, seçici siyahıları və məlumat lövhələri
asılıb. Seçicilərin
öz mövqelərini
sərbəst şəkildə
bildirmələri üçün
kabinələr yaradılıb.
Seçki məntəqələrində
katib və üzvlər, habelə seçkini izləyəcək
müşahidəçilər üçün yerlər
ayrılıb.
Müasir infrastrukturla
təchiz edilən 1 nömrəli tam orta məktəbin binası yanğın təhlükəsizliyindən mühafizə,
fasiləsiz rabitə və elektrik enerjisi ilə təmin edilib. Yəni məntəqə seçkilərə tam hazır vəziyyətdədir.
47 saylı məntəqə
seçki komissiyasının
yerləşdiyi ünvana
yollanırıq. Bu məntəqə Şuşadakı
"Xarıbülbül" hostelinin birinci mərtəbəsində yerləşir.
MnSK-nın sədri Eldar Salahovla söhbət əsnasında
bəlli olur ki, 47 saylı
məntəqə bundan
öncə mövcud olmayıb. Parlament seçkilərinin keçirilməsi
üçün yeni yaradılan 124 saylı Şuşa-Ağdam-Xocavənd Seçki
Dairəsi formalaşdıqdan
sonra seçki məntəqələrinin sayı
artırılıb.
Bu məntəqədə
ilk dəfə səsvermə prosesi keçiriləcək. Doğma
yurdlarına qayıdan
şuşalılar hüquqlarından
istifadə edib öz namizədlərinə
səs verəcəklər.
Məntəqə seçki
komissiyasının sədri
deyir ki, seçkiyə hazırlıq
prosesi yüksək səviyyədə həyata
keçirilir. Sentyabrın
1-də bu məntəqədə
yeni tarix yazılacaq: "Hazırlıq
prosesi tam yekunlaşmaq üzrədir.
Seçicilərin sərbəst
şəkildə səs
vermələri üçün
kabinələr, müşahidəçilər
üçün yerlər
müəyyənləşdirilib. Doğma yurda qayıdan şuşalıların
evlərindən çıxaraq
rahat şəkildə
məntəqəyə gəlmələri
üçün də
şərait yaradılır".
Eldar Salahov deyir ki, suverenliyimizin
tam təmin edilməsi kimi tarixi şəraitdə ilk dəfə məhz parlament seçkilərində məntəqə
seçki komissiyasının
sədri kimi fəaliyyət göstərmək
həm böyük məsuliyyət, həm də qürurverici hadisədir. Bu seçkilər məntəqə
üzvlərinin həyatında
silinməz iz qoyacaq.
Aparılan hazırlıqlar,
həyata keçirilən
tədbirlər onu deməyə əsas verir ki, Zəfər
zirvəmiz Şuşa
parlament seçkilərinə
tam hazırdır. Suverenliyimizin bərpasından
sonra mədəniyyət
paytaxtımızda ikinci
dəfə seçki
prosesi baş tutacaq. 30 illik həsrətdən sonra Şuşaya qayıdan yerli sakinlərin içərisində həm
ikinci, həm də birinci dəfə seçki prosesində iştirak edənlər tarixə yazılacaqlar.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-2024.-
22 avqust, № (179).- S.6.