Qarşılıqlı
etimad və bərabərhüquqlu tərəfdaşlıq
Rusiya
Azərbaycanla dostluq münasibətlərinin inkişafına
böyük əhəmiyyət verir
Son günlərin
mühüm və qlobal miqyasda maraqla izlənilən siyasi hadisələrindən
biri Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana etdiyi dövlət səfəri oldu. Bu səfər bütün məqamları
ilə Azərbaycanla Rusiya arasında dövlətlərarası dialoqun,
əməkdaşlığın və dostluğun yüksək səviyyədə
olmasından xəbər
verdi, əlaqələrin
indiyədək imzalanmış
iktərəfli sənədlərin
məzmununa uyğun olaraq inkişaf etdiyini göstərdi.
Kreml Azərbaycanın
yaratdığı yeni
reallığı qəbul
edir
Milli maraqları
rəhbər tutan müstəqil xarici siyasətin yürüdülməsi
Azərbaycanın beynəlxalq
münasibətlər sistemində
aparıcı rolunu və yüksək nüfuzunu, region ölkələri və dünyanın güc mərkəzləri ilə
qarşılıqlı etimada
əsaslanan münasibətlər
qurmasını və
inkişaf etdirməsini
şərtləndirən əsas
amillərdən biridir.
Bu sırada respublikamızın dünyanın
əsas siyasi-hərbi
qütblərindən biri,
BMT Təhlükəsizlik Şurasının
daimi üzvü olan Rusiya ilə
siyasi əlaqələrinin
yüksək səviyyəsi
və məzmunu xüsusi vurğulamışdır.
Qeyd edək ki, Vətən müharibəsində əldə
etdiyimiz Zəfərdən
sonra Azərbaycan-Rusiya
əlaqələri yeni
inkişaf mərhələsinə
qədəm qoyub. Məlum olduğu kimi, müharibə
günlərində Rusiya
təmkinli davranış
nümayiş etdirdi. Ermənistanın çoxsaylı
müraciətlərinə, cəhdlərinə, hətta
KTMT ilə bağlı
şantajlarına baxmayaraq,
rəsmi Moskva Azərbaycanın beynəlxalq
birlik tərəfindən
tanınmış ərazilərinin
işğaldan azad olunmasına qarşı çıxmadı. Prezident
İlham Əliyevin yürütdüyü müdrik
və qətiyyətli
siyasət, uğurlu diplomatiya, həm də Rusiya ilə qurulmuş düzgün münasibətlər
nəticəsində Azərbaycan
qarşısında duran
tarixi vəzifələrin
həllinə nail oldu, öz ərazi
bütövlüyünü və suverenliyini tam bərpa etdi.
2022-ci ilin
fevralında imzalanmış
"Azərbaycan Respublikası
ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı
fəaliyyəti haqqında"
Bəyannamə isə
əlaqələrə yeni
siyasi məzmun qatdı. Bütün bunların fonunda özünü göstərən həqiqət
odur ki, Azərbaycanın ərazi
bütövlüyünü təmin edərək yaratdığı yeni reallıq Rusiya tərəfindən qəbul
edilir.
Ticarət dövriyyəsinin
yüksəlməsi hər
iki dövlətin mövcud potensialına əsaslanır
Azərbaycanla Rusiya
arasında əlaqələrin
yüksək səviyyəsini
Prezident Vladimir Putinin Azərbaycana dövlət səfəri
də təsdiq edir. Rusiya Prezidenti
əvvəllər də
ölkəmizdə səfərdə
olub. Amma ilk dəfə idi ki, dövlət
səfərinə gəlirdi.
Prezident İlham Əliyevin mətbuata bəyanatında qeyd etdiyi kimi, dövlət
səfərinin formatı
və xarakteri xüsusi əhəmiyyətə
malikdir, belə demək mümkünsə,
həm də dövlətlərarası münasibətlərin
yüksək səviyyəsindən
xəbər verir.
Azərbaycanla Rusiya
arasında imzalanmış
sənədlərin mübadiləsi
isə ikitərəfli
əlaqələrin hüquqi
bazasını daha da gücləndirir. Bu sənədlər siyasi, iqtisadi, sosial sahələrdə əməkdaşlıq əlaqələrinin
daha da gücləndirilməsini
ehtiva edir.
Ümumiyyətlə, Azərbaycanla Rusiya arasında yüksək siyasi əlaqələrlə
yanaşı, iqtisadi sahədə də müsbət dinamika mövcuddur. Belə ki, 2023-cü ilin nəticələrinə görə,
2022-ci illə müqayisədə
ticarət dövriyyəsi
17 faiz artaraq 4.5 milyard dollar səviyyəsinə yüksəlib.
Bu il isə
ölkələrimiz arasında
iqtisadi əlaqələr
sferasında daha yüksək nəticə
gözlənilir. Xüsusilə
qeyd edilməlidir ki, sənaye və kənd təsərrüfatı sahələrində
idxal-ixrac əməliyyatlarının
yüksəlməsi, tranzit
axınının və
yük daşımalarının
həcminin artması,
o cümlədən Azərbaycanın
rusiyalı turistlər
üçün cəlbedici
məkan olaraq qalması ticarət dövriyyəsinin yüksəməsinə
təsir edən iqtisadi faktorlardır. Xüsusilə qeyd edilməlidir ki, Azərbaycanla Rusiya arasındakı iqtisadi əlaqələrin yüksəlməsi
yalnız hər iki dövlətin mövcud potensialına əsaslanır.
Əməkdaşlığın
daha da genişləndirilməsi üçün güclü
siyasi iradə var
Azərbaycanla Rusiya
arasında əməkdaşlıq
əlaqələri siyasi
sferadan tutmuş iqtisadi, mədəni, humanitar sahələrə
qədər geniş spektri əhatə edir. Prezidentlərin danışıqları zamanı
bütün bunlar, o cümlədən regional təhlükəsizlik ilə
bağlı fikir mübadiləsi aparıldı. Dövlət başçılarının danışıqları,
mətbuata verilən bəyanatlar isə göstərdi ki, bütün istiqamətlərdə
əməkdaşlığın daha da inkişaf
etdirilməsi üçün
güclü siyasi iradə mövcuddur. "Bütün istiqamətlər
üzrə müsbət
dinamika görürük.
Nümayəndə heyətlərimizin
tərkibi də bunu çox əyani şəkildə
göstərir. Bu çox mətləblərdən
xəbər verir. Yəni qarşılıqlı
fəaliyyətin müzakirəsi
üçün mövzular
çoxdur və qarşılıqlı fəaliyyətimizin
əhatə dairəsi
ildən-ilə genişlənir.
Biz bütün istiqamətlər üzrə
qarşılıqlı fəaliyyətimizi
möhkəmləndirmək əzmindəyik və əminəm ki, Sizin səfəriniz ölkələrimizin və
xalqlarımızın yaxınlaşmasında
növbəti mühüm
addım olacaq", -deyə geniş tərkibdə görüşdə
Prezident İlham Əliyev bildirib.
Azərbaycan həm
də səmimi və münasibətlərin
ruhuna uyğun siyasət yürüdən
dövlətdir. Təsadüfi
deyil ki, respublikamız qlobal səviyyədə Rusiyaya
qarşı olan çağırışlara qoşulmur.
Azərbaycan və
Rusiya prezidentlərinin
hər görüşü
əlaqələrin genişlənməsinə
xidmət edir. Bu baxımdan Bakıda aparılan danışıqlar göstərir
ki, dostluq, bərabərhüquqluluq və
bir-birinin daxili işlərinə müdaxilə
etməmək prinsipləri
əsasında qurulan Azərbaycan-Rusiya əlaqələri
bundan sonra daha da inkişaf
edəcək. Prezident
Vladimir Putinin vurğuladığı kimi,
Rusiya Azərbaycanla çoxplanlı dostluq münasibətlərinin inkişafına
böyük əhəmiyyət
verir.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-2024.-
22 avqust, № (179).- S.5.