Azərbaycan
Respublikası vətəndaşlarının
2024-cü il oktyabrın
1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması
və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata
buraxılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini
rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası
Qanununun 12.3-cü və
40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının
Silahlı Qüvvələrini
şəxsi heyətlə
komplektləşdirmək məqsədilə
qərara alıram:
1. 2006-cı ildə doğulmuş və çağırış gününədək
(həmin gün də daxil olmaqla)
18 yaşı tamam olmuş, habelə
1989–2005-ci illərdə doğulmuş,
yaşı 35-dək olan,
Azərbaycan Respublikasının
Silahlı Qüvvələrində
müddətli həqiqi
hərbi xidmət keçməmiş, müddətli
həqiqi hərbi xidmətə çağırışdan
möhlət hüququ
olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan
azad edilməmiş Azərbaycan Respublikası
vətəndaşları 2024-cü il oktyabrın 1-dən 30-dək
müddətli həqiqi
hərbi xidmətə
çağırılsınlar.
2. “Hərbi vəzifə
və hərbi xidmət haqqında” Azərbaycan Respublikası
Qanununun 38.1.1-ci maddəsində
nəzərdə tutulmuş
xidmət müddətini
keçmiş müddətli
həqiqi hərbi xidmət hərbi qulluqçuları 2024-cü il
oktyabrın 1-dən 30-dək ehtiyata buraxılsınlar.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu Sərəncamın
icrası üçün qanunvericilikdə nəzərdə
tutulmuş tədbirləri görsün.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
21 avqust 2024-cü il
Azərbaycan.-2024.-
22 avqust (№179).- S.2.