Rusiya XİN: Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanması Cənubi Qafqazda sabitliyin bərqərar olunması üçün ən mühüm şərtdir

 

Rusiya Azərbaycan prezidentləri Rusiya dövlətinin başçısı Vladimir Putinin Azərbaycana dövlət səfəri zamanı Bakı ilə İrəvan arasında barışıq mövzusunu ətraflı müzakirə ediblər.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

Diplomat vurğulayıb ki, prezidentlər birgə mətbuat konfransı zamanı da bu məsələnin üzərində xüsusi dayanıblar.

“Bizim bütün səylərimiz həm Bakı, həm də İrəvanla xalqlarımız arasında dərin tarixi və mədəni əlaqələrə və regionda güclü təhlükəsizlik sistemi qurmaq üçün birgə səyə əsaslanan xüsusi müttəfiqlik münasibətlərinin ruhuna uyğundur. Biz mütəmadi olaraq Bakı İrəvanı vəziyyətin pisləşməsinə səbəb olan istənilən hərəkətlərdən çəkindirməyə çağırırıq. Bütün mübahisəli məsələlər müstəsna olaraq sülh, siyasi diplomatik yol ilə həll edilməlidir”, - deyə Zaxarova əlavə edib.

Rusiya XİN nümayəndəsi qeyd edib ki, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin bağlanması Cənubi Qafqaz regionunda sülh sabitliyin bərqərar olunması üçün ən mühüm şərtdir.

Biz sülh müqaviləsinin mümkün qədər tez imzalanmasında maraqlıyıq bunun üçün praktiki baxımdan əlimizdən gələni etmişik. Erməni azərbaycanlı tərəfdaşlarımıza kömək etmək niyyətimiz qeyd olunan mətbuat konfransında Rusiya Federasiyasının Prezidenti tərəfindən şəxsən təsdiqlənib”, - deyən Zaxarova əlavə edib ki, Rusiya tərəflərə üçtərəfli sazişlərin bütün istiqamətləri üzrə ən yüksək səviyyədə kömək etməyə hazırdır Qazaxıstanın bu sahədə səylərini alqışlayır.

 

Azərbaycan.-2024.- 22 avqust (№179).- S.2.