G20 Dinlərarası
Forumun iştirakçılarına
Azərbaycanın Qarabağda
gördüyü işlər
barədə məlumat
verilib
Qafqaz Müsəlmanları
İdarəsinin sədri
(QMİ) şeyxülislam Allahşükür
Paşazadə Braziliyada
səfərdədir. Səfər çərçivəsində Braziliyanın paytaxtı Brazilia şəhərində
keçirilən G20 Dinlərarası
Forumunda iştirak edən Şeyxülislam A.Paşazadə qurumun prezidenti Kol Durhamla görüşüb.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər
ki, görüşdə dini
liderlərin siyasi xadimlər və hökumətlərlə əməkdaşlığa
cəlb olunmasının
əhəmiyyəti vurğulanıb,
dialoqun səmərəli
şəkildə davam
etməsindən məmnunluq
ifadə olunub. G20 Braziliya Zirvə görüşünün əsas
mövzularının qida
təhlükəsizliyi, ətraf
mühitin qorunması,
sülh quruculuğu, kasıb ölkələrlə
zəngin dövlətlər
arasında münasibətlər,
insan alveri və müasir quldarlıq olduğu diqqətə çatdırılaraq,
dini liderlərin bu mövzulara dair mənəvi dəyərləndirməsinin zəruriliyi
diqqətə çatdırılıb.
Forum çərçivəsində şeyxülislam A.Paşazadə
Özbəkistan Prezidentinin
müşaviri Müzəffər
Kamilov, KAICIID Beynəlxalq Dinlərarası
və Mədəniyyətlərarası
Dialoq Mərkəzinin
Baş katibi Züheyr
əl Harisi, ABŞ-dakı İsa Məsihin
Son Zaman Müqəddəsləri Kilsəsinin Yetmişlər
Kvorumunun üzvü ağsaqqal Ahmed Salem Korbitt,
G20 Braziliya yerli Təşkilat komitəsinin
başçısı Rodriqo
Vitorino Souza Alves, Müqəddəs
İsa Redeem rektoru Omar Rapozo, BƏƏ Əbu-Dabi Sülh Forumunun katibi Şeyx əl-Mahfud bin Bəyyah və başqaları ilə görüşüb, Forumun
mövzuları ətrafında
fikir mübadiləsi aparıb.
Allahşükür Paşazadə
“Heç kimi unutmayaq: insanlar və planet üçün
tərəfdaşlıq” mövzusunda
keçirilən Forumda
dini müstəvidə
qlobal debatda çıxış edib.
Braziliyanın G20-də sədrliyi
çərçivəsində Dinlərarası Foruma dəvətə görə
minnətdarlığını bildirən A.Paşazadə
vurğulayıb ki, ümumi
evimiz olan Yer kürəsində insan həyatına olan təhdid və təhlükələrin artdığı
müasir dövrdə
siyasi, ictimai və dini liderlərin
birgə səylərinin
artırılması qlobal
zərurətdir. Beynəlxalq
sabitliyə təhdid olan ksenofobiya təzahürləri, etnik,
dini, irqi ayrı-seçkiliyə təhrik
edən nifrət çağırışları, sivilizasiyaların toqquşdurulması
cəhdləri dünya
ictimaiyyəti tərəfindən
qətiyyətlə qınanmalıdır.
Müasir dünyada törədilən ekoloji və müharibə cinayətləri, ekosistemin
pozulması, münbit
torpaqların yararsız
hala salınması səbəbindən yaşanan
qıtlıq, qida çatışmazlığı, ərzaq təhlükəsizliyi
kimi bəşəriyyəti
təhdid edən problemlərə toxunan şeyxülislam Forumun sülh və əmin-amanlığı tərənnüm
etməsini, münaqişələrə,
bərabərsizliyə son qoymağa
çağırmasını, bəşəri narahat edən aclıq, yoxsulluq, ərzaq təhlükəsizliyi, ətraf
mühit, dini etiqad azadlığının,
uşaq, qadın və gənclərin hüquqlarının qorunması
kimi mühüm problemlərə diqqət
ayırmasını yüksək
qiymətləndirib. O, bütün
dünya və ənənəvi dinlərin
bəşərə ətraf
mühitə mərhəmət,
ehtiram ruhunu təlqin etdiyini və əks təqdirdə, yaşanacaq
fəlakət, böhran
və imtahanlardan xəbərdar etdiyini vurğulayıb.
Şeyxülislam A.Paşazadə Forum iştirakçılarının
diqqətinə çatdırıb
ki, ekoloji böhran, iqlim dəyişikliyinin fəsadlarının aradan
qaldırılması bu
ilin noyabrında Bakıda COP29-da müzakirə
olunacaq və bu toplantı çərçivəsində iqlim problemlərinin mənəvi dəyərləndirilməsində
dini liderlər yaxından iştirak edəcəklər.
QMİ sədri onu
da deyib ki, dünya birliyi tərəfindən
tanınan ərazi bütövlüyünü və
suverenliyini tam bərpa etmiş Azərbaycan dövləti
bu gün işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda dinc quruculuq işləri, əhalinin qayıdışı
layihələrini həyata
keçirir, ekosid və urbisidin nəticələrini aradan
qaldırır, bölgəmizdə
sülh və tərəqqi yönündə
səy göstərir.
Braziliyanın G20 Zirvəsinə
və COP30-a ev sahibliyi etmək şərəfinə layiq
olmasını yüksək
dəyərləndirən şeyxülislam
BMT-nin COP sessiyalarına
sədrlik edən Birləşmiş Ərəb
Əmirlikləri, Azərbaycan
və Braziliyanın davamlı əməkdaşlıq
platformasında – COP sədrləri
üçlüyündə bir araya gəlməsini
böyük əhəmiyyət
daşıyan hadisə
olaraq səciyyələndirib.
Azərbaycan.-2024.-
22 avqust (№179).- S.2.