Azərbaycan-Rusiya
müttəfiqliyi daha
da möhkəmlənir
"Rusiya Prezidenti
Vladimir Putinin ölkəmizə dövlət
səfəri iki ölkə arasında münasibətlərin daha
da dərinləşməsinə
təkan olacaq. Dövlət başçılarının
verdiyi mesajlardan da aydın oldu
ki, səfərin formatı və xarakteri xüsusi əhəmiyyətə malik
olmaqla yanaşı, dövlətlərarası münasibətlərin
yüksək səviyyəsindən
xəbər verir".
Bu fikirləri
"Azərbaycan" qəzetinə
Milli Məclisin deputatı Könül Nurullayeva deyib. Deputat qeyd edib
ki, prezidentlərin Birgə Bəyanatı daxil olmaqla, Bakıda qəbul edilən sənədlər
münasibətlərin dostluq
və müttəfiqlik
xarakterini bir daha təsdiqləyir. Ümumiyyətlə, Azərbaycan
regionda sülhün, təhlükəsizliyin və
əməkdaşlığın möhkəmlənməsinə yönəlmiş siyasət
sayəsində qonşu
ölkələrlə qarşılıqlı
faydalı əməkdaşlığın
inkişaf etdirilməsinə
nail olub. Rusiya da dünyanın
və regionun ən böyük ölkələrindən biri,
eyni zamanda BMT TŞ-nin 5 daimi üzvündən
biri kimi dünya nizamında öz yerini qoruyub saxlayır. Azərbaycan-Rusiya əlaqələri
dövlətlərin müstəqilliyi,
ərazi bütövlüyü,
bərabərhüquqlu və
bir-birinin daxili işlərinə müdaxilə
etməmək prinsipləri
əsasında inkişaf
etməkdədir. Azərbaycanla
Rusiya arasında yaxın dostluq münasibətləri, dövlətlərarası
dialoq yüksək səviyyədədir. Təsadüfi
deyil ki, 2023-cü ildə 2022-ci illə müqayisədə ticarət
dövriyyəsi 17 faiz
artaraq 4.5 milyard dollara yüksəlib.
2024-cü ildə daha
yüksək nəticə
gözlənilir. Dövlət
başçıları iqtisadi-ticari
münasibətlərlə bağlı məsələləri
detallı şəkildə
təhlil etdilər. Bir daha bəyan
olundu ki, Rusiya və Azərbaycan bir-biri üçün mühüm
iqtisadi tərəfdaşlardır.
Ən iri investor kimi Rusiya
tərəfindən Azərbaycan
iqtisadiyyatına 4 milyarddan
çox birbaşa investisiya qoyulub.
"Tərəflər həmçinin böyük
əhəmiyyətə malik
olan "Şimal-Cənub"
layihəsinin reallaşdırılması
üzrə birgə planlarını da bəyan etdilər. Belə ki, bu
layihə Hind okeanının sahillərinə
çıxmağa və
bu marşrutdan qarşılıqlı fayda,
maraq kontekstində istifadə etməyə imkan verəcək. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, ildə
15 milyon ton və daha çox
- 30 milyon tonadək yüklərin daşınması
əsas hədəflərdən
biridir. Moskva və Bakı ilə yanaşı, bu dəhlizin digər iştirakçıları
da birgə səylərlə öz fəaliyyətini davam etdirəcəklər", - deyə
o əlavə edib.
Dövlət başçılarının
həmçinin regional
təhlükəsizliklə bağlı məsələləri
də müzakirə etdiyini xatırladan K.Nurullayeva vurğulayıb
ki, ötən ilin sentyabrında Azərbaycanın
həyata keçirdiyi
antiterror əməliyyatlarından
sonra regionda tamamilə yeni reallıqlar formalaşıb.
Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülh üçün yeni imkanlar yaranıb və bölgə dövlətləri bu fürsəti əldən
vermək istəmirlər.
Rəsmi Bakının
mövqeyi bundan ibarətdir ki, Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik
bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən
asılıdır. Kreml
isə hesab edir ki, Cənubi
Qafqazda sülh və sabitlik bu regionun bütün
dövlətlərinin və
xalqlarının köklü
maraqlarına tam şəkildə cavab verməlidir. Bu baxımdan Rusiya Prezidenti ölkəsinin gələcəkdə də
Azərbaycan-Ermənistan qarşılıqlı
fəaliyyətinin normallaşdırılmasına
və 2020-2022-ci illərdə
Rusiya, Azərbaycan prezidentləri və Ermənistanın baş naziri arasında əldə olunmuş məlum üçtərəfli
razılaşmalar əsasında
sülh sazişinin bağlanmasına hərtərəfli
kömək edəcəyini
bəyan etdi.
Deputatın fikrincə,
Moskva, eyni zamanda Sovet İttifaqı
vaxtından bizdə qalan müvafiq sənədləri nəzərə
almaqla, sərhədlərin
delimitasiyası və
demarkasiyasına, trans-sərhəd
marşrutların açılmasına,
humanitar təmasların
yaradılmasına da kömək etməyə hazırdır: "Bakıda
aparılan danışıqlar
və əldə olunan razılaşmalar Rusiya-Azərbaycan tərəfdaşlığının
gələcəkdə də
möhkəmlənməsinə xidmət edəcək. Azərbaycan müstəqil
siyasət yürüdərək,
öz milli maraqları çərçivəsində
bütün tərəflərlə
əməkdaşlığı inkişaf etdirir. Rəsmi Bakı həm Qərb, həm də Rusiya, eyni zamanda
İran və digər
ölkələrlə yaxşı
əlaqələr qurmağı
bacarıb. Bir sözlə, Prezident İlham Əliyevin beynəlxalq arenada yürütdüyü
siyasət, məharətli
diplomatiya həm də Rusiya ilə qurulmuş düzgün münasibətlər
nəticəsində Azərbaycan
qarşısında duran
tarixi vəzifələrin
həllinə nail olub, öz ərazi
bütövlüyünü və suverenliyini bərpa edib. Ən vacib məsələ
isə bundan ibarətdir ki, mövcud mürəkkəb
geosiyasi şərait fonunda Azərbaycan Qərblə Rusiya arasında münaqişə
meydanına çevrilməyib".
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2024.-
22 avqust, № (179).- S.5.