“Şimal-Cənub”
dəhlizi Azərbaycan və Rusiyanın əsas magistral layihəsidir
Bakı bir sıra fundamental səbəblərə görə
bir çox ölkələr üçün
həmişə böyük
əhəmiyyət kəsb
edib. Azərbaycan əsas enerji oyunçusudur, bundan başqa, coğrafi mövqeyinə görə
ölkəmiz nəqliyyat
və logistika baxımından, xüsusilə
Şimal-Cənub beynəlxalq
nəqliyyat dəhlizi
ilə bağlı mühüm tərəfdaşdır.
Azərbaycana rəsmi
səfərə gələn
Rusiya Prezidenti Vladimir Putinin avqustun 19-da Prezident İlham Əliyevlə danışıqları baş
tutub. Görüşdə
ikitərəfli strateji
tərəfdaşlıq və
müttəfiqlik münasibətlərinin
daha da inkişaf
etdirilməsi, aktual beynəlxalq və regional problemlər müzakirə olunub. Bu səfər böyük əhəmiyyət
kəsb edir, çünki Azərbaycan
və Rusiya liderləri tərəfindən
aparılan danışıqlar
iki ölkə arasında əməkdaşlıq
və Cənubi Qafqazdakı vəziyyətlə
bağlı məsələləri
həll etmək imkanı verir. Bu kontekstdə Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri
Cənubi Qafqazda sülhün və təhlükəsizliyin daha
da möhkəmlənməsinə
mühüm töhfə
sayıla bilər.
Jurnalist T.Məmmədova AZƏRTAC üçün mövzu ilə bağlı rusiyalı iqtisadi ekspert, Rusiyanın Dünya İqtisadiyyatı
və Beynəlxalq Münasibətlər İnstitutunun
(İMEMO RAN) Mərkəzi Asiya sektorunun rəhbəri, tarix elmləri namizədi Stanislav Pritçinlə müsahibə hazırlayıb.
Müsahibəni təqdim
edirik:
- Rusiya Prezidenti
Vladimir Putinin Azərbaycana dövlət
səfəri ikitərəfli
iqtisadi əlaqələrin
inkişafına necə
təsir edəcək?
- İstənilən sammit görüşü,
xüsusən də dövlət səfəri
ikitərəfli münasibətlərin
inkişafı üçün
həmişə müəyyən
təkan olur, çünki müzakirə
olunacaq müxtəlif
layihələr razılaşdırılır.
Bu, ölkələrimiz
arasında bağlanmış
müqavilələrə, ilk
növbədə, “Azərbaycan
Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik
qarşılıqlı fəaliyyəti
haqqında Bəyannamə”yə
sadiq olduğumuzu göstərən ikitərəfli
münasibətlərimizin növbəti
mərhələsidir. Və
bu aspektdə əlaqələrimiz fəal
şəkildə inkişaf
edir. Səfərin ən yüksək statusu bu gün
inkişafının pik
nöqtəsində olan
Azərbaycan-Rusiya münasibətlərinin
səviyyəsini aydın
şəkildə əks
etdirir. Onu da qeyd etmək
lazımdır ki, Azərbaycanın MDB ölkələri
ilə xarici ticarət dövriyyəsinin
üçdə ikisi
Rusiyanın payına düşür. Ölkələr
arasında ticarət dövriyyəsi 2023-cü ildə
rekord səviyyəyə
– 4,5 milyard dollara çatıb və bu rəqəmin bu il yenilənməsi
gözlənilir. Bu ilin yanvar-may aylarının yekunlarına
əsasən, Rusiya ilə Azərbaycan arasında qarşılıqlı
hesablaşmalarda milli valyutaların payı 73 faizi keçib, ötən il isə onların payı 57,8 faizə çatıb.
- Bütün Cənubi
Qafqaz regionunun sabitliyi və təhlükəsizliyi daha
çox Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən
asılıdır. Ölkələrimiz
bu regionun təhlükəsizliyinə necə
kömək edə bilər?
- Buradakı mənzərə,
əslində, kifayət
qədər genişdir.
Rusiya və Azərbaycan beştərəfli
dialoqumuz çərçivəsində,
o cümlədən Cənubi
Qafqazda təhlükəsizlik
sisteminin necə olması ilə bağlı Xəzər dənizində təhlükəsizliyin
təmin edilməsinə
mümkün qədər
yaxın baxışa
və ümumi yanaşmalara malikdir. Təbii ki, bu, ilk növbədə
açıq sərhədlər
və nəqliyyat, ticarət vasitəsilə
iqtisadi əlaqələrin
inkişafıdır. Bu
da İkinci Qarabağ müharibəsindən
sonra verdiyimiz üçtərəfli Bəyanatda
öz əksini tapıb. Daha geniş kontekstdə danışsaq, hər iki ölkə Ermənistan, Azərbaycan,
Gürcüstan, Rusiya,
İran və Türkiyənin
daxil olduğu “3+3” formatını maksimum dəstəkləyir. Təəssüf
ki, hələlik bu format yalnız
layihə olaraq qalır, çünki həmişə regional əməkdaşlıqda maraqlı
olmayan oyunçular var.
Bundan əlavə,
Ermənistan-Azərbaycan ziddiyyətlərinin
həllinə Rusiya və Azərbaycanın yaxın və oxşar yanaşmalarının
olduğunun şahidi oluruq. Burada təəssüf ki,
ABŞ və Fransanın
timsalında regiondankənar
oyunçular meydana çıxır ki, onlar üçün rəsmi Bakı ilə İrəvan arasında ziddiyyətlərin
davam etməsi regionda təsir imkanları yaradır və bu, təbii
ki, dağıdıcı
amildir. Buna qarşı Rusiya və Azərbaycan birgə işləməyə
hazırdır.
- Azərbaycan və
Rusiya prezidentləri Xəzər dənizində
ekoloji vəziyyəti
müzakirə ediblər.
Mümkün ekoloji fəlakətin qarşısını
almaq üçün
tərəflər həm
ikitərəfli, həm
də beştərəfli
formatda hansı yolları müəyyən
edə bilər?
- Rusiya və Azərbaycanın ekoloji problemlərin həllinə
həmişə oxşar
baxışları olub.
Bundan əlavə, biz Xəzər dənizinin beynəlxalq statusu haqqında Konvensiya çərçivəsində
Bioloji Müxtəlifliyin
Mühafizəsi haqqında
Protokolu imzaladıq. Xəzər dənizi Xəzər regionunun ümumi ekoloji obyektidir və onun hissələrindən
birində böhran hər bir dövlətin
şəxsi planlarına
və onun inkişaf perspektivlərinə
təsir edəcək.
Neft əməliyyatlarına
və Xəzər dənizindəki ümumi vəziyyətə səmərəli
ekoloji nəzarət yalnız Xəzəryanı
dövlətlərin birgə
nəzarəti ilə
mümkündür. Belə
nəzarət Xəzəryanı
dövlətlər tərəfindən
yaradılmış və
müvafiq səlahiyyətlərə,
xüsusən də birgə ekoloji proqramların işlənib
hazırlanması və
həyata keçirilməsi
hüququna malik dövlətlərarası ekoloji
qurum vasitəsilə həyata keçirilə bilər.
- Rusiya şirkətləri
Azərbaycan bazarında
özlərini kifayət
qədər rahat hiss edirlər. Bunu Rusiya Prezidenti
Vladimir Putin Prezident İlham Əliyevlə danışıqlar
zamanı deyib. Azərbaycan iqtisadiyyatının
hansı sahələri
rusiyalı investorları
cəlb edir?
- Bakıda fəaliyyət
göstərən Rusiya
şirkətləri və
Rusiyada fəaliyyət
göstərən Azərbaycan
şirkətləri aqroekspressdir,
yəni qarşılıqlı
əlaqəyə və
Azərbaycan mallarının
Rusiya bazarına çatdırılmasına imkan
verəcək ən etibarlı və sürətli infrastrukturdur.
Rusiya Azərbaycanın
qeyri-neft ixracının
əsas və ən böyük alıcısıdır. Bundan
əlavə, Azərbaycan-Rusiya
investisiya əməkdaşlığı
çox uğurla inkişaf edir: Azərbaycanda Rusiya kapitallı 1,3 minə yaxın şirkət qeydiyyatdan keçib və Azərbaycan iqtisadiyyatına Rusiya investisiyalarının ümumi
həcmi 8,7 milyard dolları ötüb. Rusiya investorları Azərbaycan iqtisadiyyatının
bank sektoru, neft-kimya, yük maşınlarının istehsalı,
şərabçılıq, qida sənayesi kimi sahələrini fəal şəkildə araşdırırlar. Eyni
zamanda, azərbaycanlı
investorlar arasında Rusiya iqtisadiyyatının
müxtəlif sahələrində,
ilk növbədə,
xidmət sektorunda, turizmdə, kənd təsərrüfatı məhsullarının
emalı və digər sahələrində
fəaliyyətə maraq
var. Səfər zamanı Rusiya Birbaşa İnvestisiyalar Fondu ilə Azərbaycan Respublikasının
İxracın və İnvestisiyaların Təşviqi
Agentliyi (AZPROMO) arasında
Rusiya şirkətlərinin
Azərbaycan bazarına
daxil olması və Azərbaycan biznesinin Rusiyaya cəlb edilməsinə investisiya dəstəyi haqqında saziş bağlanıb. Saziş bu mühüm sahədə əməkdaşlığın
genişləndirilməsi üçün
zəruri hüquqi baza yaradır.
- Rusiya və
Azərbaycan Xəzər
şelfində birgə
həyata keçirmək
üçün potensial
olaraq yeni layihəni nəzərdən
keçirir. Bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak deyib. Layihə haqqında nə deyə bilərsiniz?
- Bu, Azərbaycanın
və Rusiya şirkətlərinin, ilk
növbədə, “Lukoyl”un şelfdə işləmək təcrübəsini
nəzərə alaraq
kifayət qədər
perspektivli istiqamətdir.
Hesab edirəm ki, bu istiqamət
xüsusilə Azərbaycanda
karbonsuz enerjinin inkişafı kontekstində
əməkdaşlıq üçün
çox vacib sahədir. Yəni, layihə azad edilmiş ərazilərdə
kiçik atom elektrik stansiyalarının
inkişafı kontekstində
həyata keçirilə
bilər.
- “Şimal-Cənub” layihəsi rəsmi Bakı ilə Moskva arasında dövlətlərarası münasibətlər
üçün müstəsna
əhəmiyyət kəsb
edir. Bu marşrut üzrə potensialın artırılması
üçün hər
iki ölkə hansı tədbirləri görməlidir? Layihənin
üstünlüyü nədir?
- Azərbaycan və
Rusiyanın regionda kommunikasiyaların inkişafında
maraqlı olmasından
danışarkən “Şimal-Cənub”
nəqliyyat dəhlizi
mövzusunu nəzərdən
qaçırmaq olmaz.
Bu dəhliz sayəsində Hindistan və Çin öz yüklərini Mərkəzi Asiya, Azərbaycan, Rusiya və Avropaya daşıya biləcəklər.
Layihənin əsas üstünlüyü yükdaşıma
vaxtının yarıdan
çox azaldılmasıdır.
Dünyada mövcud vəziyyət fonunda əsas mərkəzi Azərbaycan olan nəqliyyat marşrutlarının
əhəmiyyətini qiymətləndirmək
çətindir. Azərbaycan
bu istiqamətdə bir sıra mühüm
addımlar ataraq “Şimal-Cənub” marşrutunun
təşviqində mühüm
rol oynayır. “Şimal-Cənub” beynəlxalq
nəqliyyat dəhlizi
layihəsinin həyata
keçirilməsi həm
Cənubi Qafqaz regionunun, həm də Rusiya ilə Azərbaycan arasında ikitərəfli
münasibətlərin inkişafında
mühüm rol oynayır. Bu marşrut sayəsində ölkələr arasında
ticarət dövriyyəsi
iki dəfə artıb, daşımaların
qiyməti isə dəniz nəqliyyatı ilə müqayisədə
xeyli aşağı düşüb. “Şimal-Cənub”
dəhlizi bizim əsas magistral layihəmizdir. Üstəlik,
burada ən diqqətçəkən məqam
odur ki, Rusiya və Azərbaycan öz növbəsində bütün
razılaşmaları yerinə
yetiriblər və infrastrukturu genişləndirməyə
hazırdırlar. Bundan
əlavə, bu, Rusiyanın ticarət əlaqələri üçün
bağlanan qərb istiqamətinə alternativ
olacaq yeni marşrut açmaq imkanıdır. Azərbaycan
üçün isə
təbii ki, bu, tranzit potensialını
artırmaq və ondan istifadə etmək imkanıdır.
- Hər iki lider
“Bakı Ağ Şəhər”də də oldular. Bildiyiniz kimi, əvvəlcə bu ərazi “Qara şəhər”
adlanıb. Bakıda belə bir infrastrukturun
yaranmasını necə
qiymətləndirirsiniz?
- Bakıda
şəhər infrastrukturunun
inkişafına gəlincə,
burada təbii ki, ciddi irəliləyiş
var. Postsovet məkanının
paytaxtları arasında
Bakı ən dinamik inkişaf edən, ekoloji yönümlü, klaster inkişafı ilə seçilən şəhərlərdən
biridir. Və keçmiş “Qara şəhər”
bu gün bütün parklar sistemini təmsil edir. Məhz buna görə də Prezident Putin Azərbaycan paytaxtında baş verən dəyişikliklərin
sürətinə heyran
olub. Həqiqətən
də Cənubi Qafqazda Bakı turistlər baxımından,
şəhərsalma siyasəti
baxımından incidir.
Prezident İlham Əliyev
rusiyalı həmkarını
paytaxtın şərq
hissəsinin bərpasına
və inkişafına
yönəlmiş “Bakı
Ağ Şəhər”
layihəsi ilə tanış edib. Bir neçə il əvvəl
Azərbaycan rəhbərliyi
məhz bu yerdə Ağ şəhər yaşayış
kompleksinin tikintisinə
başlamaqla “Qara şəhər”i “Ağ
şəhər”ə çevirməyi
qarşısına məqsəd
qoymuşdu. Nəticədə
biz ölkə rəhbərliyinin
“qara”nı “ağ”a çevirə bildiyinin şahidi olduq.
Azərbaycan.-2024.-
22 avqust, ¹ (179).- S.5.