Türkiyəli ekspert: Ümidvaram ki, Ankara da Bakının BRICS-ə daxil olmaq qərarından nümunə götürəcək

 

Ümidvaram ki, digər ölkələr, xüsusən Türkiyə BRICS-ə daxil olmaqla bağlı rəsmi müraciət edən Azərbaycandan nümunə götürəcəklər. AZƏRTAC xəbər verir ki, bu fikri “CGTN Türktelekanalının efirində Mərmərə Universitetinin professoru Hüseyn Barış Doster ifadə edib.

Onun sözlərinə görə, müasir dünyada BRICS kimi təşkilatlar “ABŞ imperializminə əsaslanan Qərb hökmranlığı sisteminə qarşı çıxanQlobal Cənubun ruporuna çevrilir.

Mərmərə Universitetinin professoru əlavə edib: “Dialoqun Vaşinqtonun müəyyən etdiyi vektorlar ətrafında qurulduğu qlobal münasibətlər sistemi əvvəlki əhəmiyyətini itirir. Bu, həm hərbi-siyasi bloklara, həm ABŞ-ın rəhbərlik etdiyi iqtisadi, siyasi diplomatik ittifaqlara aiddir. Bu proseslərin fonunda Qlobal Cənub dövlətlərinin - uzun müddətməzlumdövlətlər rolunda qalan inkişaf etməkdə olan ölkələrin rolu artır”.

Ekspert Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün ötən əsrin əvvəllərində məzlum xalqların birlik təşkilatlarının sayının artmasını müsbət amil adlandıran sözlərini xatırladıb.

Ekspert vurğulayıb: “Bu ittifaqların gücləndirilməsi imperialist cərəyanların zəifləməsi ilə nəticələnəcək Qlobal Cənubu dünya səhnəsində keyfiyyətcə yeni mövqelərə çıxaracaq. BRICS, ŞƏT, Çin-Afrika Əməkdaşlıq Forumu Türk Dövlətləri Təşkilatı kimi təşkilatlar ölkələr arasında əlaqələrin möhkəmlənməsinə kömək edir, xarici siyasət iqtisadiyyat sahələrində addımların əlaqələndirilməsinə zəmin yaradır, dövlətlərarası problemlərin həllinə töhfə verir”.

Hüseyn Barış Doster imperialist dairələrin təşkilata üzv dövlətlərin, o cümlədən Türkiyənin yerləşdiyi regionun daxili işlərinə qarışmaq cəhdlərinin qarşısının alınması kontekstində BRICS platformasının əhəmiyyətini qeyd edib. O bildirib ki, bu, xarici təzyiq imkanlarını da məhdudlaşdıracaq.

Mərmərə Universitetinin professoru vurğulayıb ki, dünyada hər bir ölkənin bir-birindən fərqli xarici siyasət prioritetləri var bu, təbiidir. “Bu məsələ Türkiyə Azərbaycana da aiddir. “Bir millət, iki dövlətideyası ölkələrimizin xarici siyasət prioritetləri kontekstində Ankara ilə Bakının birliyi anlayışlarını aydın şəkildə dəqiqləşdirmək lazımdır. Türkiyə Azərbaycanın müəyyən məsələlərdə, o cümlədən Yaxın Şərqlə bağlı yanaşmalarda mövqeləri fərqli ola bilər”, -deyə o bildirib.

Ekspert qeyd edib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsinin nəticələri fonunda Bakının dünyada mövqeyi möhkəmlənib. Bu gün Azərbaycan öz gücünə inanan Cənubi Qafqazın lideri olan dövlətdir. Bakı hərbi, siyasi iqtisadi gücünə əsaslanaraq, özünü yüksək səslə regional aktor kimi elan etməyə çalışır. Buna Azərbaycanın məsələn, Fələstində ya Ukraynada münaqişələrin həllində vasitəçi qismində göstərdiyi səylər kömək edə bilər”, -deyə türkiyəli ekspert sözlərinə yekun vurub.

 

Azərbaycan.-2024.- 22 avqust (¹179).- S.7.