Azərbaycan
ilə Rusiyanın əməkdaşlığının bəhrəsi olan Şimal-Cənub marşrutu
bütün regionun iqtisadi inkişafına əlavə təkan verəcək
Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət
səfəri çərçivəsində
bir sıra mühüm məsələlərlə
yanaşı, “Şimal-Cənub”
Beynəlxalq Nəqliyyat
Dəhlizinin inkişafı
məsələsi də
müzakirə olundu.
Əsası 2000-ci ildə
keçirilən Sankt-Peterburq
İqtisadi Forumunda Rusiya, Hindistan və İran tərəfindən
qoyulan bu dəhliz Rusiya və Şimali Avropanı Cənub-Şərqi
Asiya və Körfəz ölkələri
ilə nəqliyyat baxımından birləşdirən
beynəlxalq əhəmiyyətli
layihədir. Prezident İlham Əliyevin təşəbbüsü ilə
Azərbaycan 2005-ci ildə
bu layihəyə qoşularaq tranzit ölkə funksiyasını
yerinə yetirmək istiqamətində mühüm
addımlar atıb. Bakı-Tbilisi-Qars dəmir
yolunun çəkilişindən
tutmuş Ələt-Astara
magistral avtomobil yolunun və Bakı Beynəlxalq Dəniz Limanının modernləşməsinə kimi
həyata keçirilən
işlər yüklərin
Azərbaycan ərazisindən
tranzit olaraq daşınması üçün
əlverişli imkanlar
yaradıb.
Məsələnin mahiyyəti
ondan ibarətdir ki, Cənub-Şərqi Asiya ölkələrindən
Avropaya yük daşıyan gəmilər
Süveyş kanalından
keçməklə 16 min
kilometr yol qət edirlərsə, Şimal-Cənub dəhlizi
ilə cəmi 7200 kilometr yol gedəcəklər.
Yüklər 60 gün
ərzində deyil, 30
gün ərzində mənzilbaşına çatdırılacaq.
Bununla yanaşı, nəqliyyat xərcləri
də 40 faiz azalacaq.
Azərbaycan Şimal-Cənub
dəhlizi layihəsinə
qoşulmaqla, ilk növbədə, özünün
həm Rusiya, həm də İranla quru sərhədinin əlverişli
coğrafi xarakteristikasından
səmərəli şəkildə
faydalanaraq üçtərəfli
regional əməkdaşlığı
inkişaf etdirmək və mövcud şəraitdən bəhrələnmək,
yeni dividendlər qazanmaq istəyir. Bundan başqa, Azərbaycan gələcəkdə
bu istiqamətdə qonşu Gürcüstanın
ərazisini və kommunikasiyalarını da işə salmaqla Şimal-Cənub və Şərq-Qərb nəqliyyat
dəhlizlərinin inteqrasiyasını
sürətləndirməyi nəzərdə tutur.
Bundan başqa,
xüsusi qeyd olunmalıdır ki, Şimal-Cənub marşrutu
Azərbaycan, İran və
Rusiya ərazilərində
dəmir yolu əlaqələrinin, həmçinin
bu ölkələrin
tranzit və iqtisadi potensialının gücləndirilməsinə xidmət
edəcək, beynəlxalq
yüklərin bu istiqamətə daha çox miqdarda axınına təkan verəcək. Azərbaycanın
bu dəhlizdən gözləntiləri xüsusilə
çoxdur. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə,
bu dəhliz Avropa ölkələrinin,
Rusiyanın, Mərkəzi
Asiya və Qafqaz regionlarının Körfəz ölkələrinə
və Hindistana çıxışına, Xəzəryanı
ölkələrin Qara
dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə
şərait yaradacaq.
Həmin dəhliz Avropa, Cənubi Asiya və Yaxın
Şərq arasında
dəmir yolu daşımalarını, müvafiq
olaraq dəmir yolunun istər yerli, istərsə də tranzit daşımalarından əldə
etdiyi gəlirləri artırmağa imkan verəcək.
Rusiyanın “Ðîñêîíãðåñ»
Fondunun analitiklərinin
hesablamalarına əsasən,
2022-ci və 2023-cü illər
ərzində dəhlizlə
yükdaşımalar 18 faiz
artaraq 19 milyon tondan 22,6 milyon tona çatıb. Yükdaşımaların həcminin
2030-cu ildə 30, 2035-ci ildə
isə 35 milyona çatacağı gözlənilir.
Qeyd etmək lazımdır ki, “Şimal-Cənub” Beynəlxalq
Nəqliyyat Dəhlizinin
əsasını təşkil
edən Qəzvin-Rəşt-Astara
(İran)–Astara (Azərbaycan)
dəmir yolu istismara verildikdən sonra yükdaşımaların
həcmi daha artaraq tranzit ölkələrin gəlirlərinin
də çoxalmasına
səbəb olacaq. Yüklərin Hindistanın
Mumbay limanından İranın Çabahar limanına, oradan isə Qəzvin-Rəşt-Astara
(İran)–Astara (Azərbaycan)
dəmir yolu ilə Rusiya və Avropaya daşınması nəzərdə
tutulub. Bu yolun Qəzvin-Rəşt hissəsi artıq fəaliyyət göstərir.
Rəşt–Astara hissəsində isə işlər davam edir. Rusiya dəmir
yolunun Rəşt-Astara
(İran)-Astara (Azərbaycan)
hissəsinin tikintisi üçün İrana
13,5 milyard avro güzəştli kredit ayırıb.
Diqqətə çatdırılmalıdır
ki, “Şimal-Cənub”
Beynəlxalq Nəqliyyat
Dəhlizi iqtisadi səmərə ilə yanaşı, həm də siyasi əhəmiyyətə malikdir.
Dəhlizin keçdiyi
ölkələr tranzit
gəlirlər əldə
etməklə həm də siyasi sabitliyin dayanıqlılığına
nail olacaqlar. Azərbaycan ilə Rusiyanın qarşılıqlı
faydalı əməkdaşlığı
nəticəsində fəaliyyət
göstərən bu dəhliz yalnız iki ölkənin deyil, bütün region dövlətlərinin
iqtisadi inkişafına
əlavə təkan verəcək.
Azərbaycan.-2024.-
22 avqust (¹179).- S.7.