Səfir: “BMT kolonializmlə
mübarizə aparı”
Siz ilk
növbədə öz ərazi bütövlüyünüzə
və məqsədinizə köklənməlisiniz. Bu,
böyük bir mübarizədir. Ölkələrin öz
azadlıqları uğrunda mübarizəyə ehtiyacı var.
Bakı Təşəbbüs Qrupu bu istiqamətdə
böyük işlər görür. Biz Belizdə
işçilərin hüquqlarının müdafiəsi
uğrunda mübarizə aparırıq. BMT kolonializmlə
mübarizə aparır.
"Report"
xəbər verir ki, bunu Belizin BMT-dəki səfiri Karlos Fuller
Bakı Təşəbbüs Qrupunun (BTQ) ofisində jurnalistlərə
açıqlamasında deyib.
"Biz
1981-ci ildə müstəqilliyə nail olmuşuq. Müstəqillik
qazanmağa çalışmaq çox uzun, əzmkarlıq və
əsas prinsiplərinizin nə olduğunu göstərməli
olduğunuz bir mübarizədir. Belində həmişə
xalqın öz müqəddəratını təyin etməsi
və ərazi bütövlüyünü bərpa etməsi əsas
məqsəd olub. Ancaq bu olduqca çətin proses idi.
Çünki siz insanları mübarizənizə
qoşulmağa məcbur etməlisiniz. Sonra siz beynəlxalq
ictimaiyyətin tam dəstəyini almaq üçün
bütün dünyaya səsinizi
çatdırmalısınız", - o bildirib.
Səfir
söyləyib ki, bu, bir növ marafondur və müstəqillik
istəyən ölkələr bunu nəzərə
almalıdır: "Boneyre xalqının öz müqəddəratını
təyin etmək hüququ uğrunda apardıqları
mübarizəni dünyaya çatdırmaq lazımdır.
Müstəqilliyə nail olmaq üçün bizə 1981-ci
ilə qədər vaxt lazım idi. Biz şimaldakı
qonşularımızı razı salmalı olduq. Panama, Karib
ölkələri də bizə qoşuldu və biz daha
geniş ictimaiyyətə mesajı çatdırdıq,
Avropanı, Afrikanı, Şərqi Asiya ölkələrini cəlb
etdik. Dünyanın bütün bu ölkələri bizim
müstəqillik uğrunda mübarizəmizi dəstəkləyir.
Beləliklə, bu, bizə Birləşmiş Millətlər
Təşkilatına yaxınlaşmağa və Birləşmiş
Millətlər Təşkilatına üzv ola bilməyə
imkan verdi".
Azərbaycan.-2024.-
22 avqust (№179).- S.7.