Məşğulluqla məşğul olanda...

 

6 ayda 95 faizi özəl sektorda olmaqla 45,4 min yeni iş yeri açılıb

 

 

Sirr deyil ki, hər bir hökumətin xüsusi diqqət yetirdiyi sahələrdən biri əhalinin məşğulluğunun təmin edilməsidir. Məşğulluq əhalinin sosial təminatında firavan yaşamasında önəmli rol oynayır. O üzdən, bu sahədən yan keçmək, sadəcə, mümkün deyil.

Azərbaycanda da dövlət siyasətinin əsas istiqamətlərindən biri əhalinin sosial müdafiəsidir. Məşğulluğun təmin edilməsi isə sosial müdafiənin ən etibarlı formasıdır. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında əhalinin məşğulluğunun təmin edilməsi yeni yerlərinin açılmasının əhəmiyyətini vurğulamış bu istiqamətdə konkret qərarlar qəbul etmiş, əməli addımlar atmışdır. 

Nəticədə, ölkəmizdə icra edilən sosial-iqtisadi islahatlarda əhalinin əmək fəaliyyətinin təmin edilməsi mühüm məsələ kimi önə çıxmışdır. Bu gün əhalinin məşğulluğunun daha çox təmin edilməsi üçün yeni formalardan istifadə olunur, müxtəlif layihələr çərçivəsində beynəlxalq qurumlarla əməkdaşlıq edilir. bütün bunlar təbii ki, nəticəsiz qalmır. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari il avqustun 1-nə olan ilkin məlumatlara əsasən, ölkə üzrə iqtisadi fəal əhalinin sayı 5 milyon 288,9 min nəfər olmuşdur. Onlardan 5 milyon 5,2 min nəfərini məşğul əhali təşkil edir. Cari il iyulun 1-nə olan vəziyyətə Azərbaycanda muzdla çalışan işçilərin sayı 1 milyon 760,5 min nəfərdir. Onlardan 887,5 min nəfəri dövlət, 873,3 min nəfəri qeyri-dövlət sektorlarında çalışmışdır. Həmin dövr qeyri-neft sektorunda çalışanların sayı neft sektorunda çalışanların sayını üstələmişdir. İşləyənlərin üstünlük təşkil etdiyi sahələr məhsul istehsalı, xidmət sahəsi, təhsil, səhiyyə sosial xidmətlərin göstərilməsi olmuşdur.

Cari ilin 6 ayında ölkə üzrə 45,4 min yeni yeri açılmışdır. Həmin yerlərinin 95,1 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. Ümumilikdə yeni yaradılan yerlərində tikinti, ticarət, nəqliyyat vasitələrinin təmiri, emal sənayesi, turistlərin yerləşdirilməsi ictimai iaşə sahələri üstünlük təşkil edir.

Paralel olaraq Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı iştirakçılarının aktivlərlə təminatı işləri davam edir. Son vaxtlar Bakı ölkəmizin regionlarında 600-dək işsiz işaxtaran şəxs bu  proqram çərçivəsində mal materiallar formasında aktivlərlə təmin olunub. Verilmiş aktivlər hesabına həmin şəxslər üçün kənd təsərrüfatı, istehsal xidmət sahələri üzrə kiçik təsərrüfatlar qurulub. Proqrama cəlb olunanlar üçün ilk mərhələdə kiçik biznesin təşkili idarə olunmasına dair bilik bacarıqların öyrədildiyi təlim kursları keçirilir. Təlimlərdən sonra onlar biznes planlarına uyğun olaraq müxtəlif aktivlərlə təmin edilirlər.

Dövlət Məşğulluq Agentliyi tərəfindən işğaldan azad edilmiş ərazilərə köçürülən sakinlərin dayanıqlı məşğulluğunun təminatı istiqamətində zəruri  tədbirlər görülür. Əhalinin məşğulluq xidmətlərinə əlçatanlığının artırılması məqsədi ilə agentliyin Şərqi Zəngəzur Regional Məşğulluq filialının Laçın xidmət şöbəsi istifadəyə verilib. Xidmət şöbəsində məşğulluq xidmətləri ilə bağlı müraciət edən sakinlərin qeydiyyatı aparılır, onların məşğulluq imkanları qiymətləndirilir. Fərdi məşğulluq proqramları tərtib edilməklə sakinlərin aktiv məşğulluq tədbirlərinə cəlb olunması, habelə onlara karyera məsləhəti xidmətlərinin göstərilməsi istiqamətində işlər aparılır.

Agentlikdən verilən məlumatda bildirilir ki, Böyük Qayıdış proqramı çərçivəsində Laçın rayonu üzrə doğma torpaqlarına qayıdan vətəndaşların məşğulluğunun təmin olunması üçün genişhəcmli işlər görülüb. Bunun sayəsində əhalinin məskunlaşdığı Laçın şəhəri, Zabux Sus kəndlərində 900-dən artıq şəxsin məşğulluğu təmin edilib. Onlardan 800-dən çoxu vakansiya üzrə işlə təmin olunub, 32 nəfər özünüməşğulluq proqramına cəlb edilərək aktivlərlə təmin edilib. Bundan əlavə, Laçın rayonunda 5 fərqli ixtisas üzrə peşə hazırlığı kursları təşkil edilib.

 

Rüstəm KAMAL,

Azərbaycan.-2024.- 22 avqust (№179).- S.10.