"Şəhərdən  kəndə": "Paşa Holdinq" nümunə göstərir

 

 

Bu gün kənd təsərrüfatının inkişafı üçün dövlət özəl sektor tərəfindən müxtəlif layihələr həyata keçirilir. Onlardan biri "Şəhərdən kəndə" layihəsidir.  Layihə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "Aqrar Tədarük Təchizat" ASC tərəfindən "Paşa Holdinq"in dəstəyi ilə 2021-ci ildən icra olunur.

Məqsədi ölkəmizdə aqroturizmin inkişaf etdirilməsi, regionlarda yaşayan əhalinin məşğulluğunun artırılması, yerli fermer təsərrüfatlarına alternativ satış kanalı, eləcə şəhər sakinləri xarici turistlərdən ötrü fərqli turizm imkanlarının yaradılması olan layihənin fermerlər üçün önəmli tərəfi ondan ibarətdir ki, təsərrüfat sahibləri aqroturizm modulu üzrə təlim proqramlarında iştirak edərək bilik bacarıqlarını artırırlar. "Şəhərdən kəndə" çərçivəsində fermer təsərrüfatları abadlaşdırılır, onlara texniki avadanlıq dəstəyi göstərilir ki, bu da layihəyə qoşulan fermerlərə əlavə gəlir mənbəyi əldə etməyə imkan yaradır. Nəticədə həm yerli, həm əcnəbi turistlər maraqlı, fərqli daha sərfəli istirahət etmək, kənd təsərrüfatı mallarını yerində almaq təbiətə daha yaxın olmaq imkanı qazanırlar. Təsadüfi deyil ki, cəmi 3 il ərzində layihə sayəsində  regionlarda  kənd turizminin inkişafı xeyli sürətlənib, o cümlədən kəndlərin çoxunda  sosial rifah halı yaxşılaşıb, yeni xidmət sahələri açılıb, alternativ satış kanalları yaradılıb, ailə biznesi genişlənib, kənd əhalisinin, eləcə   kiçik orta fermer təsərrüfatı sahiblərinin gəlirləri artıb. Bunlardan başqa, həyata keçirilən ekoloji aqrar maarifləndirmə tədbirləri əhalinin böyük şəhərlərə axınının sürətini azaldıb, insanları torpağa bağlayıb. Layihə çərçivəsində müntəzəm olaraq  şəhər məktəblilərinin  ali məktəb tələbələrinin kəndlərə ekskursiyaları həyata keçirilib ki, bu da gənclərdə kənd həyatına maraq oyadıb.

Yeri gəlmişkən xatırladaq ki, bu günlərdə "Aqrar Fəaliyyətli Azərbaycan Qadınları" (AFAQ) layihəsi çərçivəsində İsmayıllı rayonunda kənd təsərrüfatı ilə məşğul olan 9 fermerə "Şəhərdən kəndə"  vasitəsi ilə dəstək göstərilib. Topçu kəndində fəaliyyət göstərən qadın fermerlərin müraciətləri əsasında təsərrüfatlara baxış keçirilib, qiymətləndirmə sorğuları aparılıb, həmçinin fəaliyyət sahələrinə uyğun təlimlər keçirilib.

 Qiymətləndirmə sorğularına əsasən, 8 fermerə ümumilikdə təsərrüfatlarının ehtiyacları üzrə 6 yemdoğrayan aparat, südçəkən aparat təqdim edilib. Eyni zamanda qadınların quşçuluq istiqamətində birgə fəaliyyətinə dəstək olmaq üçün inkubator verilib. Layihə çərçivəsində İsmayıllı rayonunun Kürdmaşı kəndində Solmaz Bağırlının rəhbərlik etdiyi qadın qrupuna məxsus quşçuluq təsərrüfatında istehsal həcminin artırılmasına dəstək məqsədi ilə 96 kvadratmetrlik hin tikilib, təsərrüfat 30 su 30 yemqabı ilə təmin olunub. Bundan başqa, Sumağallı kəndində "Arzu" qadın qrupuna məxsus təsərrüfata baxış keçirilib, fermerlərin fəaliyyətlərinin çoxşaxəli olması kəndin turizm üçün əlverişliliyi nəzərə alınaraq təsərrüfatın aqroturizm potensialı dəyərləndirilib. Bu məqsədlə layihə çərçivəsində "Arzu" qadın qrupuna məxsus ərazidə mətbəx söhbətgah, sanitar qovşağı tikilib, uşaq oyun meydançası salınıb, ehtiyac duyulan avadanlıqlarla təmin edilib.

Rayonun Qalacıq kəndində yerləşən fermer Şahin Əlisultanovun təsərrüfatına da layihə çərçivəsində dəstəklər göstərilib. Əsas fəaliyyəti bağçılıq, arıçılıq maldarlıq olan təsərrüfatda söhbətgah sanitar qovşağı tikilib, uşaq oyun meydançası salınıb, eyni zamanda turizm xidmətinin yaxşılaşması məqsədi ilə təsərrüfat avadanlıqlarla təmin edilib, burada 15 nəfərin gecələməsi 24 nəfərin qidalanması üçün şərait yaradılıb. Bu dəfə "Şəhərdən kəndə" layihəsinin işi bu rayonla məhdudlaşmayıb. Layihə çərçivəsində  Şamaxı rayonunun Meysəri kəndində yerləşən Sərdar Bayramova məxsus təsərrüfat da abadlaşdırılıb. Arıçılıq, meyvəçilik, üzümçülük, şərabçılıq tərəvəzçilik, quşçuluqla məşğul olan təsərrüfatda 8 nəfərin gecələməsi, 15 nəfərin qidalanması üçün şərait var. Əlavə olaraq burada sanitar qovşağı, söhbətgah manqal tikilib digər işlər görülüb.

Xatırladaq ki, "Şəhərdən Kəndə" layihəsi çərçivəsində bu günə qədər yerli əcnəbi mütəxəssislər tərəfindən həyata keçirilən təlimlərdə 315 təsərrüfat sahibi iştirak edib. Təsərrüfat sahəsinin inkişafı turistlər üçün xidmət səviyyəsinin artırılması üçün 23 təsərrüfat abadlaşdırılaraq müxtəlif avadanlıqlarla təmin olunub.

 

Züleyxa ƏLİYEVA,

Azərbaycan.-2024.- 22 avqust (¹179).- S.11.