Doktor
Alban Bakı və azərbaycanlılar
haqqında: Mən bu şəhəri və xalqı sevdim
Planetdə Doktor
Albanın kim olduğunu bilməyən və onun bütöv
bir nəslin böyüdüyü hitlərinə
qulaq asmayan insan çətin tapılar. Nigeriya mənşəli məşhur
isveçli müğənninin
90-cı illərdə “It's
My Life”, “Sing Hallelujah”,
“Look Who's Talking”, “Born in Africa” və bir çox
başqa mahnıları
İsveçdən çox-çox
kənarda da gənclər tərəfindən
əzbər bilinirdi. Hətta ingilis dilini bilməyən uşaqlar da Albanın hitlərini oxuyaraq, onun mahnılarının sözlərini
qeyri-müəyyən şəkildə
xatırladırdılar. Ötən
əsrin 90-cı illərinin
kumirinin populyarlığı
bu günə qədər azalmır. İyul ayında
Alban Bakıda “Sea Breeze Resort”da keçirilən
DREAM FEST festivalında iştirak
edib və burada artistin şəxsi ulduzu da “Walk
of Fame” xiyabanında qoyulub.
Alban Uzoma Nvapa AZƏRTAC-a müsahibəsində
musiqi karyerasının
necə başlamasından,
Bakı haqqında təəssüratından danışıb.
- Alban, salam. Çox şadam və minnətdaram ki, gəncliyimin
kumiri Azərbaycanın
informasiya agentliyi
AZƏRTAC-a müsahibə verməyə
razı olub. Sağ olun.
-Siz
də sağ olun.
- Onda keçək suallara!
İlk sualım: Hello Alban! Tell me how you're
doing? (Salam Alban! Mənə deyin, necəsiniz? (“Hello
Africa” mahnısının sözləri
- müəllif)
- Təşəkkür
edirəm. Yaxşıyam.
(Gülür.)
- Heç
kimə sirr deyil ki, Karolinska İnstitutunda
diş həkimi ixtisası üzrə təhsil almısan. Bəs musiqi karyeran necə başladı və necə məşhur sənətçi oldun?
- Karolinska İnstitutunda oxuyanda pula ehtiyacım var idi, həftə sonları isə DJ işləyirdim.
Məhz həmin dövrdə, 1990-cı ildə
hər yerdə ildırım kimi guruldamağa başlayan
“Hello Africa” mahnısı meydana
çıxdı və
çıxışlarım belə də davam etdi.
- Heç
diş həkimi işlədinmi?
- Bəli,
bir il.
- Bu, necə idi?
- Yaxşı,
amma musiqi ilə çalışmaq daha əyləncəlidir.
- Həkim
işləmək üçün
darıxmırsan?
- Xeyr.
- Albomların
milyonlarla tirajla satılıb. Sən hər yerdə görünürdün: televiziya
ekranlarında, qəzet
və jurnalların üz qabığında.
Sonra geniş şəkildə
tanınmağa başladın.
Bu, həyatda sənə
mane oldumu?
- Xeyr.
Baxmayaraq ki, bəzən
çətin olurdu. Axı məşhur adam bu və
ya digər işi görə bilməz. Amma sən bununla yaşayırsan və sonunda öyrəşirsən.
- Musiqi
karyeran burada, İsveçdə başlayıb.
İsveçli olmayan
bir insan üçün İsveç
musiqi aləmində bunu etmək çətin deyildimi?
- Biz, ölkəyə yeni gələnlər,
bilirik ki, sıfırdan
başlamaq həmişə
çətindir. Bu məsələdə
təcrübəniz olduqda,
daha asandır. Amma sonda bacardım.
- Bir müddət işində
sakitlik yaranmışdı.
Bunun səbəbi nədir
və həmin müddətdə nə işlə məşğul
idin?
- Körpə
uşaqlarım, iki qızım vardı.
İndi biri 19, digəri
16 yaşındadır. Uşaqlar
dünyaya gələndə,
gərək bir az yavaşlayaq.
- Keçək
Bakı səfərinə.
İyul ayında Emin
Ağalarov tərəfindən Bakıda keçiriləcək
DREAM FEST festivalına dəvət
olundun. Festivaldan və Azərbaycan ictimaiyyətindən hansı
təəssüratlarla ayrıldın?
- Bakı
çox gözəl şəhərdir. Strukturlaşdırılmış
və sakitdir. Tamaşaçılar isə
fantastikdir. Mən bu şəhəri və onun insanlarını
sevdim. Bakıda bəyənmədiyim heç
nə yoxdur.
- Şəhəri
gəzməyə, yerli
mətbəxin təamlarını
dadmağa vaxtın oldumu?
- Biz daha çox maşınla gedirdik. Yeməklərin Asiya və
ərəb mətbəxi
ilə ortaq cəhətləri var. Qızardılmış
ət, çoxlu qızardılmış ət
yedim. Ləzzətli idi.
- Adının
ulduzu “Sea Breeze”də
“Walk of Fame” xiyabanında qoyulub.
Bununla bağlı
təəssüratını bölüşərdin.
- Oraya gedib bu ulduzu qəbul
etmək çox xoş idi. Mükafatın
özü evdədir,
ofisimdə ona tez-tez baxıram. Ulduzun üzərində “Alban” yazısını görmək çox xoşdur.
- Yerli ulduzlar da xarici sənətçilərlə
birgə səhnədə
çıxış etdilər.
Onların çıxışı
ilə maraqlandınmı
və ya gələcəkdə kiminlə
əməkdaşlıq etmək
istərdin?
- Fakt budur ki, bir dəfə
pərdə arxasına
keçəndən sonra,
demək olar ki, dərhal səhnəyə çıxdım.
Mənim çıxışımdan
sonra yağış yağmağa başladı.
Beləliklə, konsert
mənim ifamla başa çatdı. Çox təəssüf
ki, məndən əvvəl çıxış
edənləri görmədim.
- Sonuncu sualım.
Bakıya qayıdıb solo konsert vermək istərdin?
- Bəli.
Mütləq! Mən Bakını, Azərbaycanı
sevirəm. Oraya təkrar
getməliyəm? Bu, asandır!
Problem yoxdur.
- Ən
yaxın zamanda Bakıda solo konsertinə ümid edirik! Xoş söhbət üçün minnətdaram!
- Təşəkkür edirəm!
Azərbaycan.-2024.-
22 avqust (№179).- S.12.