İlham
Əliyevin qətiyyətli
siyasəti nümunəyə
çevrilir
Bölgə dövlətləri Qərbin
davamlı təxribatlarına
qarşı mübarizədə
Azərbaycan modelinə
istinad edirlər
Azərbaycanın yüksəlişinin
və nailiyyətlərinin
təməlində dayanan
həqiqətlərdən biri
Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil
və qətiyyətli
siyasətdir. Məhz bu cür siyasi
kursun yürüdülməsi
Azərbaycana qarşı
çıxan Qərbin
davamlı şəkildə
həyata keçirdiyi
qarayaxma kampaniyasının
fonunda respublikamızın
yüksəlişini və
ərazilərimizin işğaldan
azad olunmasını təmin edib.
Qərbin avantürası
Gürcüstanda iflasa
uğrayır
Reallıq göstərir
ki, bu cür
siyasi kursun həyata keçirilməsi
xoş mərama xidmət etməyən, cəmiyyətdə neqativ
dəyərlərin kök
salması məqsədlərini
güdən xarici təsirlərin qarşısının
alınması, dövlətin
sağlam təməllər
üzərində bərqərar
tutmasının əsas
siyasi prinsiplərindən
biridir. Vaxtında bunları düzgün dəyərləndirən Azərbaycan
dövlətinin siyasi
iradəsinin nəticəsi
kimi Qərbin ölkəmizlə bağlı
bütün məkrli
planları iflasa uğrayıb.
Onu da qeyd etməliyik ki, Azərbaycanın yürütdüyü bu siyasət nümunəyə
çevrilərək, Qərbin
digər ölkələrlə
də bağlı riyakar ssenarilərinə zərbə vurur. Gürcüstanda Qərbin
neqativ niyyətlərinin
və arzuolunmaz təsirlərinin qarşısının
alınması istiqamətində
ortaya qoyulan qətiyyətli siyasi iradə buna misaldır.
Gürcüstanda oktyabrın
26-da keçirilən parlament
seçkiləri Qərbin
bu ölkə, nəticə etibarilə isə Cənubi Qafqaz regionu ilə bağlı avantürasını iflasa
uğratdı. "Gürcü
Arzusu - Demokratik Gürcüstan" partiyasının
seçicilərin etimadını
qazanması həm də Gürcüstan əhalisinin ölkədə
söz sahibi olmaq, onu öz
müstəqil yolundan
döndərmək istəyən
Qərb siyasi dairələrinin və onların maliyyələşdirdiyi
qeyri-hökumət təşkilatları
üzərində qələbəsi
oldu.
Azərbaycanın regiondakı
yaxın tərəfdaşı
olan Gürcüstanda keçirilən son parlament seçkilərində
Cənubi Qafqazı qarşıdurma meydanına
çevirmək, buradan
Rusiyaya qarşı ikinci cəbhə açmaq istəyən xarici siyasi dairələr
darmadağın edildilər.
Gürcüstan vətəndaşları
əmin-amanlığa və
sabitliyə səs verdilər, hakim partiyanı dəstəkləyərək,
sülhlə müharibə,
ənənəvi və
amoral dəyərlər
arasında prinsipial seçimlərini etdilər.
Bu seçkidə
ciddi qanun pozuntusu qeydə alınmamışdı. Beynəlxalq
təşkilatlar da parlament seçkilərinin
demokratik şəraitdə
baş tutduğunu açıqlamışdılar. Lakin seçkilərin başa çatmasından
sonra Qərbdən gələn açıqlamalar
bir daha göstərdi ki, onları maraqlandıran seçkilərin demokratik
keçirilməsi yox,
öz planları, yəni hakimiyyətə onların diktələrini
yerinə yetirəcək
qüvvələrin gətirilməsidir.
Son olaraq Avropa Parlamentinin seçkilərin nəticələrini
tanımaması Qərbin
əsl niyyətini açıb göstərdi.
Seçki avantürası
baş tutmayan Qərb indi təlimatlandırdığı partiyalar və QHT-lər vasitəsilə Gürcüstanla bağlı
yeni planlarını işə salıb. Ölkədə siyasi proseslərin gedişi, xüsusilə Qərbdən
idarə olunan müxalifətin əsassız
şəkildə seçkilərin
nəticələrinin ləğv
olunması və yeni seçkilərin keçirilməsinə yönəlmiş
fəaliyyəti aydın
göstərir ki, Qərb Gürcüstanda rəngli inqilab ssenarisi planlaşdırıb
və bunu həyata keçirməyə
çalışır. Bunda
məqsəd mövcud
hakimiyyəti devirmək
və Gürcüstanda
qərbmeyilli, Qərbdən
idarə olunan iqtidar komandası formalaşdırmaqdır.
Rəngli inqilablar
xalqlara milli maraqların itirilməsindən
və faciədən başqa heç nə gətirməyib
Gürcüstanın müxalifət partiyaları
seçkilərdən dərhal
sonra etiraz aksiyalarına başlasalar
da, xalqdan geniş dəstək almadılar. Qərb də bunun fərqindədir.
Ona görə son günlərdə vəzifəsində sayılı
günləri qalan Gürcüstanın prezidenti
Salome Zurabişvilini də aksiyalara cəlb etməklə nəticə əldə edəcəklərinə ümid
edirlər. Lakin görünən odur ki, S.Zurabişvilinin
də aksiyalarda iştirakı Qərbin məkrli planlarının
reallaşmasını təmin
etmir.
Ümumiyyətlə, Gürcüstandakı hadisələr
göstərir ki, Qərbin indi burada həyata keçirmək istədiyi
məkrli ssenari vaxtilə Ukrayna və Gürcüstanda reallaşdırılmış rəngli inqilab avantüralarının özünəməxsus
formada təkrarını
ehtiva edir. İllər öncə olduğu kimi, indi də Qərbin
nəzarətində olan
siyasi partiyaların,
KİV-in, QHT-lərin,
o cümlədən diplomatların
Gürcüstanda sabitliyi
pozmaq üçün
xüsusi təlimatlandırıldıqları
aydın görünür. Bu kimi planların reallaşdırılmasında USAID kimi təşkilatlar fəal iştirak edirlər. Eyni ssenarinin qarşıdan gələn dövrdə parlament seçkiləri keçiriləcək Serbiyada
da təkrarlanması gözlənilir.
Qərbin bu ölkələrdə həyata
keçirdiyi rəngli
inqilablar isə onlara milli maraqlarının
itirilməsindən və
faciədən başqa
heç nə gətirməyib.
Məsələn, artıq
yayılmış məlumatlar
da təsdiq edir ki, Qərb
Ukraynanın parçalanması
ssenarisini gerçəkləşdirir.
Neçə illərdir
Ukrayna xalqına Qərb mərkəzlərinin
verdiyi vədlər yerinə yetirilmir və bu ölkə
sözün əsl mənasında həm iqtisadi, həm də insan resursları
baxımından fəlakətli
vəziyyətlə üzləşib.
Bütün bunların
fonunda ortaya çıxan həqiqət
odur ki, Qərb bu cür
yollarla, milyonlarla insanın canı və qanı bahasına, habelə hibrid müharibələr
vasitəsilə postsovet
məkanında qaynar nöqtələr yaratmaq kimi iyrənc planını gerçəkləşdirməyə
çalışır. Lakin
indi 2000-ci illərin əvvəlləri deyil. Gürcüstan əhalisi də Qərbin və onun təəssübkeşlərinin
əsl niyyətinin nədən ibarət olduğunu anlayır və buna ciddi
müqavimət göstərir.
Bu ölkənin vətəndaşları yaxşı
anlayırlar ki, xarici təsirlərin sarsıdıcı nəticələrindən
sığortalanmağın yeganə yolu regional birlikdən, xüsusilə Azərbaycanla
əlaqələri daha
da gücləndriməkdən
keçir. Azərbaycan
və gürcü xalqı bir yerdə olduqca və eyni hədəfə
doğru irəlilədikcə
regionu qeyri-sabitlik məkanına çevirmək
cəhdləri heç
bir nəticə verməyəcək.
Ermənistanda isə
bu reallığı hələ də anlamırlar və ya anlamaq istəmirlər.
Qeyd edək ki, Ermənistan hakimiyyəti Gürcüstanda
keçirilən parlament
seçkilərində müxalifətin
qalib gələcəyinə,
Qərbin planlarının
reallaşacağına, ölkədə
idarə olunan hakimiyyətin formalaşacağına
ümid edirdi. Amma Qərbin Gürcüstanla bağlı
ssenarilərinin pozulması
Ermənistan hakimiyyətinin
də arzularının
üstündən xətt
çəkdi. N.Paşinyan
İrakli Kobaxidzeyə
ünvanladığı lakonik
təbrikdə də Ermənistan hakimiyyətinin
ümidlərinin sarsıldığı
aydın sezilirdi.
Ermənilər Qərbin
Ukrayna ilə bağlı planının
baş tutacağını
düşünür, Ermənistan
hakimiyyəti planlarını
bu reallıqdan çıxış edərək
qururdu. Ancaq son dövrlər Rusiya-Ukrayna cəbhəsində
müşahidə olunan
proseslər ermənilərin
bu arzusunun da puça çıxdığını göstərir.
Bütövlükdə, Gürcüstanda baş verənlər artıq Qərbin son barıtından istifadə
etməsinin ifadəsidir.
Aksiyaların məzmunu,
ölkə vətəndaşlarının
reaksiyası göstərir
ki, xalq bu siyasi avantüraya
dəstək vermir. Çünki Gürcüstan
xalqı bilir ki, Qərb siyasi
dairələri prosesləri
bu məcraya yönəltməklə ölkələrini
uçuruma aparmaq istəyirlər.
Azərbaycan Respublikası
Qərbin siyasi təhdid və təzyiqlərinin, qarayaxma
kampaniyalarının qarşısından
geri çəkilmədi.
Avropa Parlamenti illər boyu ölkəmizə qarşı
saysız-hesabsız qətnamələr
qəbul etsə də, Azərbaycan öz müstəqil yolu ilə inamla
addımladı. Enerji
siyasətimizin təntənəsi,
torpaqlarımızın işğaldan
azad edilməsi və digər nailiyyətlərimiz bu siyasətin nəticələridir.
Son olaraq COP29-un uğurla keçirilməsi
Azərbaycanın müstəqil
və qətiyyətli
siyasətinin təntənəsinə
çevrildi. Bölgə
dövlətləri də
Qərbin davamlı təxribatlarına qarşı
mübarizədə Azərbaycan
modelinə istinad edirlər.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-2024.-
1 dekabr (№ 265).- S.4.