Qərb gürcü xalqının əmin-amanlıq şəraitində yaşamasına imkan vermir

 

 

Gürcüstanda baş verən hadisələr bu günlər dünyanın diqqət mərkəzindədir. Qonşu ölkədə oktyabrın 26-da keçirilən parlament seçkilərindən sonra siyasi vəziyyət xeyli gərginləşib. Kəskinləşən, tündləşən hadisələrin gedişindən aydın görünən odur ki, Qərb parlament seçkiləri zamanı hakim "Gürcü Arzusu"nun qələbə qazanmasını qəbul etmək istəmir.    

Qərb Gürcüstanda vəziyyəti gərginləşdirmək üçün resurslarını işə salaraq illərdən bəri durulmuş suları çirkli əlləri ilə bulandırır. Bütün iyrənc yollara əl ataraq məkrli məqsədlərinə çatmaq istəyirlər. Gürcü xalqının iradəsinin əleyhinə addımlar atırlar. Bu addımlar isə yalnız xaosa, qarşıdurmaya aparır. Bu günlər qarşıdurma çağırışları ölkənin paytaxtı Tbilisi şəhərini bürüyüb. Qərbin çalğısına züy tutan, yalan vədlərə aldanmış bəzi yerli qüvvələr hüquq-mühafizə orqanları əməkdaşlarına xəsarət yetirirlər, dövlətçilik əleyhinə xoşagəlməz addımlar atırlar. Ölkədəki sabitliyi pozmağa, qarşıdurma yaratmağa çalışırlar.

Oktyabrın 26-da Gürcüstanda parlament seçkilərindən sonra Qərbdən idarə olunan müxalifətin heç bir əsas olmadan nəticələrin ləğv olunması yeni seçkilərin keçirilməsinə yönəlmiş fəaliyyəti ölkədə artıq qarşıdurma yaradıb, vəziyyəti gərginləşdirib. Bu onu göstərir ki, Qərb əvvəlcədən Gürcüstanda rəngli inqilab ssenarisi hazırlayıb. İndi hansı yolla olursa-olsun, ssenarini həyata keçirməyə can atır. Gizlin deyil ki, bu qarşıdurmanın başlıca məqsədi mövcud hakimiyyəti devirmək Gürcüstanda qərbyönlü, Qərbdən idarə olunan, bir növ ələbaxan bir iqtidar komandası formalaşdırmaqdır. Qərbin qan qoxulu bu planları gürcü xalqı tərəfindən qəti şəkildə rədd edilir. Çünki xalq oktyabrın 26-da parlament seçkilərində öz seçimini edib, sözünü deyib. Onun Qərbin fitnəkar planlarına, ssenarilərinə ehtiyacı yoxdur. Gürcü xalqı seçdiyi hakimiyyəti ilə dinclik əmin-amanlıq şəraitində yaşamaq istəyir. Qərb isə buna imkan vermir, müxtəlif yollar vasitələrlə xalqın haqq işinə mane olmağa, əngəl yaratmağa çalışır.  

Qərbin Gürcüstanda həyata keçirmək istədiyi ssenari dünyaya çoxdan məlumdur. Yaxşı xatırlayırıq ki, 2004-cü il postsovet məkanında, o cümlədən Ukraynada Gürcüstanda həyata keçirilmiş rəngli inqilablar, habelə 2014-cü ildə Ukraynada baş vermis "inqilab" xalqlara xaosdan, müharibələrdən, dəhşətli dağıntılardan, ölümdən, aclıqdan başqa heç vermədi. Yalnız öz maraqlarını güdən Qərb illər sonra yenidən Gürcüstanda "rəngli inqilab" etmək istəyir. Bu "rəngli inqilab"lardan isə müharibə qan qoxusu gəlir.

Özünü demokratiyanın carçısı kimi qələmə verməyə çalışan Qərb mediası siyasi dairələr isə ənənələrinə sadiq qalaraq yenə həqiqətdən uzaq olan informasiyalar yayır, sərsəm bəyanatlar verir, Gürcüstanın inqilabın astanasında olduğu fikirlərini qabardırlar. Gürcüstandakı sabitliyi pozmaq, xaos yaratmaq üçün son zamanlar ABŞ Avropa İttifaqı (Aİ) davamlı olaraq müxtəlif yollar vasitələrlə Gürcüstana təzyiqlər göstərirlər. Bu təzyiqlərin nəticəsi olaraq illərdən bəri ölkəyə edilən yardımlar dayandırılıb. Bununla da kifayətlənməyən Qərb bütün giriş qapılarını Gürcüstanın hakimiyyət nümayəndələrinin üzünə bağlayıb. Amma Qərb qədər fitnəkarlıq etsə , Gürcüstan hökuməti dövlətin xalqın maraqlarını qoruyur. Ona göstərilən müxtəlif təzyiqlərə baxmayan rəsmi Tbilisi güclü iradə nümayiş etdirərək Qərbin diktələrinə boyun əymədən öz yolu ilə addımlayır.

Rəsmi Tbilisi ölkəsində xaos yaratmağa çalışan Aİ- üzvlük prosesini dayandırmaq barədə qərar qəbul edib. Baş nazir İrakli Kobaxidze çox aydın şəkildə deyib ki, 2028-ci ilin sonuna qədər Avropa İttifaqına üzvlük məsələsini gündəmə gətirməməyə qərar veriblər. O qeyd edib ki, Avropa İttifaqına üzvlük müzakirələrinin başlanmasından ölkəni təhdid etmək üçün alət kimi istifadə olunur. Təbiidir ki, Gürcüstanın bu düzgün addımı Qərb dairələrini daha da hiddətləndirib. Bu hiddətin nəticəsidir ki, Aİ Gürcüstanda xaos yaradır, "rəngli inqilab" şüarını ortalığa ataraq rəsmi Tbilisiyə təzyiqlər göstərir.

Qərbin bu çirkin planlarının Gürcüstanda reallaşdırılmasında USAID buna bənzəyən təşkilatlar da fəal iştirak edirlər. Onlar məqsədlərinə çatmaq üçün hər sifətə düşürlər. Çünki bu təşkilatlar Aİ-nin ABŞ-nin pul kisələrindən asılıdır. Əgər pulları kəsilsə, sahilə atılmış balıqlar kimi, çabalaya-çabalaya qalacaqlar. Ona görə pulverənlərinin qarşısında necə lazımdırsa quyruq bulayır, atılıb-düşürlər. Hadisələrin gedişi göstərir ki, Qərb əvvəlcədən Gürcüstanda maliyyələşdirdiyi QHT-lər vasitəsilə dövlət içərisində dayaqlarını qurmuş öz gündəliyini qəbul etdirmək üçün vətəndaş qarşıdırmasına hətta prosesin vətəndaş müharibəsi həddinə qədər gətirilib çıxarılmasına nail olmuşdu. Qərbin vasitəçiliyi ilə qabaqcadan QHT-çilərdən ibarət manqurt dəstələrinin, LGBT ifrat liberal sağçı düşərgələrin yaradılması hökümətin işini xeyli çətinləşdirib. Təəssüflər olsun ki, bu gün vacib müzakirə olunanların yerinə gürcü xalqı üçün yad LGBT ifrat sağçı qüvvələr gündəmdə, ön planda görünür.

Bu günlər Gürcüstanda 2014-cü ilin Ukrayna ssenarisinin təkrarı - küçə döyüşləri ssenarisi, polisə qarşı zorakılıq göstərilməsi kimi qanunsuz hərəkətlər edilir. Gürcüstana Balkan ölkələrindən, Şərqi Avropa əsasən Baltik ölkələrindən çoxlu sayda təxribatçı gətirilib onların arasında silahlıların da olması istisna deyil. Etirazçıların həmin təxribatçı qüvvələr tərəfindən odlu silahla vurulması sonra bunun Gürcüstan hökumətinin üzərinə atılması ehtimalı da qaçılmazdır.

Hiddət doğuran odur ki, Avropa İttifaqının Gürcüstandakı səfiri özünü canişin kimi aparır. Qərb səfirləri ölkələri Gürcüstanda demokratik prinsiplər əsasında seçilmiş hökumətə qarşı hibrid müharibəsi aparırlar. Qərb bu gün Çini, Rusiyanı digər ölkələri belə müharibələr aparmaqda günahlandırır, özü isə açıq gizli şəkildə Gürcüstanın daxili işlərinə qarışır.

Qərb dövlətləri anlamaq istəmirlər ki, bu ölkədə baş verən hadisələr Gürcüstanın daxili işidir. Kənar qüvvələr ölkələr bu proseslərə müdaxilə etməməli, demokratik əsaslarla keçirilmiş seçkilərin nəticələrinə hörmətlə yanaşmalı, gürcü xalqının iradəsinin əleyhinə addımlar atmamalıdırlar.

Qərbin Gürcüstanı beynəlxalq hüquqa zidd  şəkildə, saxtakarcasına qeyri-sabitliyə sürükləməsini Azərbaycan da qəbul etmir. Gürcüstanda baş verən bu xoşagəlməz hadisələr ümumilikdə regionda sabitliyə, təhlükəsizliyə böyük zərbə vurur. Qərb çirkin niyyətindən, insanlara aclıq, səfalət, ölüm gətirən "rəngli inqilab"larından əl çəkməlidir.

Bütün dünya görür ki, neçə illərdir Ukrayna xalqına Qərb mərkəzlərinin verdiyi vədlər yerinə yetirilmir. Ona görə bu ölkə indi, sözün əsl mənasında, həm iqtisadi, həm insan resursları baxımından fəlakətli vəziyyətlə üz-üzədir. Qərbin nəzarətində olan siyasi partiyaların, medianın, QHT-lərin, diplomatların başqa gözə görünən görünməyən qüvvələrin Gürcüstanda sabitliyi pozmaq xəttini tutduğu gün kimi aydın görünür. Bu qüvvələrin can atdığı müddətsiz etirazlar 2004-cü ildə sınaqdan çıxarılmış qəbuledilməz bir metoddur. Çünki bu metod xalqlara heç vaxt xoşbəxtlik gətirməyib gətirməyəcək . İğtişaşları törətməkdə əsas məqsəd Gürcüstanı zəiflətmək, onu Rusiyaya qarşı sanksiyalara qoşulmağa təhrik etməkdir. Qərbin bu niyyəti, məqsədi  gücü xalqının gücü, qüdrəti qətiyyəti ilə iflasa uğrayacaq. Bu çətin, keşməkeşli günlərdə gürcü xalqı müdriklik nümayiş etdirəcək, heç bir xarici qüvvənin əlində alətə çevrilməyəcək. Qərb unutmasın ki, həqiqətin üstünü yalanlarla ört-basdır etmək mümkün deyil. Haqq-ədalətə qarşı vuruşanlar həmişə məğlubiyyətə məhkumdurlar. Qərbi Gürcüstanda bu aqibət gözləyir.

 

 

Vahid MƏHƏRRƏMOV,

Azərbaycan.-2024.- 1 dekabr (№ 265).- S.4.