Andjey
Dudanın Ermənistana
səfəri məqsədli
olub
Qərbin Ermənistanı yenidən
revanşizmə hazırlamaq
cəhdləri boş
xəyallardan başqa
bir şey deyil
"Polşa Prezidenti
Andjey Dudanın Ermənistana səfəri
məqsədli olub. Çünki Paşinyan Azərbaycanla sərhədlərin
delimitasiyasından danışarkən
delimitasiya olunmuş ərazilərdən Avropa
İttifaqının "müşahidə
missiyası"nı çıxaracağını
demişdi. Bu açıqlamadan dərhal
sonra Duda Ermənistana səfərə
gəlib və Avropa İttifaqının
keçmiş hərbçilərdən
təşkil olunmuş
qrupunun tərkibində
Azərbaycanla sərhəddə
dayanaraq binokolla pozalar verib. Sonra da Polşa
müşahidəçilərini artıracağı ilə
bağlı fikirlər
səsləndirib".
Bunu "Azərbaycan"
qəzetinə açıqlamasında
Milli Məclisin deputatı Azər Badamov bildirib. Onun sözlərinə görə, bütün bunlar Avropa İttifaqının
regionumuza sülhün
gəlməsinə mane
olmağa çalışmasının
ifadəsidir. Çünki
gündəlikdə dekabr
ayından başlayaraq
danışıqların bərpası
haqqında fikirlər
var idi. Amma Dudanın səfərindən sonra Ermənistanın şərti
sərhədimizə qoşun
hissələrini yığdığını,
səngərlər qazdığını
müşahidə edirik.
Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan Azərbaycanla yenidən müharibəyə hazırlaşır.
Bu, ilk növbədə
Qərbin istəyidir.
Çünki Qərb
Rusiyanın qonşuluğunda
ikinci bir müharibə ocağını
yaratmaqla diqqəti bu istiqamətə yönəltmək istəyir.
Məhz ona görə də Fransa artilleriya qurğularını, Yunanıstan
"S-300" radar kompleksini,
Hindistan raket komplekslərini Ermənistana
tədarük edib. Qərbdən dəstək
alan Ermənistan da həvəslənib və müharibəyə
hazırlaşmaq üçün
cəsarətlənib.
Deputat qeyd edib ki, Paşinyan
üçün bu arada hərbi əməliyyatlara başlaması
və hər hansı kiçik də olsa bir
uğur qazanması lazımdır. Çünki
Ermənistan ictimaiyyəti
arasında Paşinyanın
nüfuzu kifayət qədər aşağı
düşmüşdür. 2026-cı ildə keçiriləcək
seçkilərdə hakimiyyəti
yenidən əlində
saxlamaq üçün
Paşinyana kiçik
də olsa bir uğur lazımdır.
Ona görə də vəziyyəti gərginləşdirmək üçün
çalışır: "Digər bir məsələ Qərb və Ermənistan Azərbaycanla danışıqlarda
hər hansı bir üstünlüyə
nail olmaq üçün kiçik
də olsa bir qələbə qazanmağa çalışırlar.
Yəni hesab edirlər ki, ordusuna gətirdiyi Hindistan raketləri və Qərb hərbi texnikaları, Fransanın keçdiyi hərbi təlimlər onlara Azərbaycan üzərində üstünlük
qazandırmağa imkan
verəcəkdir. Amma çox yanılırlar. Təəssüf ki, Paşinyan da çox yanlış yoldadır. Ermənistan nə qədər silahlansa da, Azərbaycandan güclü
ola bilməz. Birincisi ona görə
ki, Azərbaycan Ordusu Ermənistandan sayca çoxdur. İkincisi isə, Azərbaycan Ordusunun peşəkarlığı yüksəkdir
və öz gücünü təlim meydanlarında yox, birbaşa döyüş
meydanında nümayiş
etdirib. Müharibədən
sonra formalaşdırılmış
yeni Komando qoşun növləri qarşısına qoyduğu
hər bir hərbi tapşırığı
yüksək dəqiqliklə
icra etmək qabiliyyətindədir. Üçüncüsü
isə, Azərbaycan daha müasir silahlarla silahlanır və mütəmadi keçirilən hərbi təlimlərlə yeni silahlara yiyələnmə
qabiliyyətini və peşəkarlığını artırır. Bu baxımdan Qərbin Ermənistanı yenidən
revanşizmə hazırlamaq
cəhdləri boş
xəyallardan başqa
bir şey deyil".
Deputat hesab edir ki, əgər
Ermənistan Qərbin
planlaşdırdığı ssenariyə aldanaraq yenidən təxribatlara əl atarsa, böyük faciə ilə qarşılaşacaq.
Çünki Azərbaycan
Ordusu Ermənistan tərəfindən hücuma
məruz qalarsa, hərbi hədəflər
harada olmasından asılı olmayaraq, məhv ediləcək:
"Belə ki, legitim hədəflərimiz
Ermənistan ərazisində
ola bilər və əgər həmin nöqtələrdən
ölkəmizə potensial
təhlükə yaranarsa,
təhlükəsizliyi təmin
etmək hüququmuzdur
və Ermənistan ərazisi müharibə meydanına çevriləcəkdir.
Bu da ermənilərə
yeni faciələr gətirəcək və bir dövlət kimi qalıb-qalmamaq məsələsi gündəliyə
gələcəkdir".
Azər Badamov vurğulayıb ki, Azərbaycan müharibə
istəmir və ona görə də Ermənistana sülh əlini uzadıb. Amma özümüzü müdafiə
etmək hüququmuz həmişə qalır və yenidən təhlükəli vəziyyət
yaranarsa, bütün resurslarımızdan istifadə
olunmaqla suverən ərazilərimizi qoruyacağıq:
"Ermənistan unutmasın
ki, Azərbaycan Ordusu dünyanın güclü orduları sırasındadır. Odur
ki, ermənilər kiminlə üz-üzə
gəlmək istədiklərini
yaxşı düşünməlidirlər.
Əgər vəziyyət
yenidən gərginləşərsə,
Paşinyana 2020-ci ilin
noyabrında olduğu
kimi, yalvarışlar
kömək etməyəcək.
Bütün bunları
nəzərə alaraq
Paşinyan hakimiyyəti
regionda yenidən gərginliyi artırmaq əvəzinə sülh müqaviləsi imzalamaq üçün tələblərimizi
icra etsə, daha yaxşı olar", - deyə deputat bildirib.
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2024.-
1 dekabr (№ 265).- S.4.