Ermənistanın yeni avantürası ona çox ağır başa gələcək

 

 

İşğalçı Ermənistan Vətən müharibəsi ondan sonrakı dövrdə başına gələn fəlakətlərdən bir nəticə çıxarmayıb.

Son 4 ildə sülh müqaviləsini imzalamağa hazır olduğunu yalnız sözdə ifadə edib, əvəzində silahlanma siyasətini davam etdirən Hayastan açıq-aşkar niyyətini göstərməkdədir. Görünən odur ki, Ermənistan hazırda Fransa Hindistan kimi ölkələrdən silah idxal etməklə yeni revanşa hazırlaşır.

Azərbaycanın sülh təşəbbüsləri Ermənistan tərəfinin tam əks fəaliyyətləri ilə müşahidə olunur. Fransanın Ermənistanla hərbi əməkdaşlığı isə bölgədə gərginliyin artmasına hesablanıb.

Bu ölkənin müharibə hazırlıqlarını təsdiqləyən digər faktlar da mövcuddur. Öncə Fransa, ardınca Hindistan Ermənistana silah verməyə başladı. "Avropa Sülh Fondu" adı ilə Ermənistana 10 milyon avro vəsait ayrıldı. Araşdırmalar nəticəsində bəlli oldu ki, adı "sülh fondu" olan təşkilatın Ermənistana ayırdığı 10 milyon avro ölkənin silahlı birləşmələrinin maddi-texniki bazasının gücləndirilməsi üçündür.

Digər tərəfdən isə tərəflər arasında sülh müqaviləsinin imzalanması üçün vasitəçilik etmək istəyən ABŞ-nin Ermənistana hərbi yardımlar etdiyi dəqiqləşdi. Belə ki, faktlar əsasında bəlli oldu ki, rəsmi Vaşinqton yuxarıda sadalanan faktlardan əlavə Ermənistan xüsusi təyinatlıları üçün ABŞ ordusunda istifadə edilən minihücum pilotsuz təyyarələri, kiçikölçülü minalar digər döyüş sursatlarını da Hayastana hədiyyə edib.

Brüsseldə imzalanmış sənədin hərbi əməkdaşlığı nəzərdə tutan məxfi hissəsinə uyğun olaraq, Ermənistan silahlı qüvvələrinə ABŞ istehsalı olan yeni nəsil silahlar - snayper tüfəngləri, gecəgörmə cihazları, xüsusi rabitə vasitələri, zirehli texnikanın təhvil verilməsi faktları təsdiqləndi. Əvvəlcə ABŞ tərəfi yayılan məlumatı təkzib etsə ,  "Caliber.az" saytının yaydığı videogörüntülər faktı bir daha təsdiqlədi. Belə ki, "Flightradar" qlobal uçuş izləmə xidməti vasitəsilə əldə edilən görüntülərdə aydın şəkildə müşahidə edilir ki, 2-3 avqustda ABŞ-nin Rumıniya Yaxın Şərqdəki hərbi bazalarından Ermənistanın Zvartnots hava limanına 2 hərbi təyyarə qalxır. ABŞ Silahlı Qüvvələrinə məxsus "Boeing C-17" hərbi yük təyyarəsi ilə şəxsi heyət hərbi yüklərlə birlikdə Zvartnots hava limanına gətirilir. Daha sonra da ABŞ hərbi yük təyyarələri ilə Ermənistana külli miqdarda silah-sursat daşınıb. Bu silahların yerli relyef hərbi şəraitə uyğunlaşdırıldığı da bildirilir.

Lakin bu da hamısı deyil. ABŞ təbii olaraq bu missiyanı erməni hərbçilərinə həvalə etməyib, bu cihazları idarə edəcək 30-50 nəfər mütəxəssisi çatdırıb. Rusiya İranın diqqətini İranla sərhəddə yerləşdiriləcək şəxsi heyətə cəlb etməmək üçün hərbçilər diqqətlə seçilib - onların əksəriyyəti Amerika ordusunda xidmət edən erməniəsilli ABŞ vətəndaşlarıdır. Bundan əlavə, postsovet ölkələrindən ABŞ- köçmüş slavyan qafqazlı insanlardan ibarət şəxsi heyət Ermənistan silahlı bölmələrinin hərbi geyimi ilə təchiz olunub Ermənistan silahlı qüvvələrinin Zəngəzurdakı hərbi bazasında yerləşdirilib.

Ermənistanın müharibəyə təhrik edilməsi digər faktlarda da əksini tapır. Avropa İttifaqı missiyasının Azərbaycanla sərhəddə yerləşdirilməsini təsadüfi addım hesab edən yoxdur. Xüsusən Azərbaycan haqda kəşfiyyat məlumatlarının toplanması fonunda belə bir təsadüfi qətiyyən qəbul etmək mümkün deyil. Hər halda fransız generalın sərhədə gəlməsini turist səfəri kimi dəyərləndirmək olmaz. Üstəlik, Aİ nümayəndələrinin vaxtaşırı sərhəddə peyda olması, binoklla uzaqdan izləmələr aparması da onların seyrə çıxması demək deyil. Bunlar hamısı real faklardır hər şey göz önündədir.

Heç kimə sirr deyil ki, Qərb, xüsusən Fransa Ermənistanı Azərbaycana qarşı müharibəyə sürükləyir. Bunun üçün təkcə silah-sursat, hərbi dəstəklə hayların başlarını dumanlandırmaqla kifayətlənmək istəməyən ağaları məkrli planlarını işə salmaq üçün bütün vasitələrə əl atırlar.

Amma Ermənistan anlamır ki, Azərbaycan Ordusu 2020-ci ildə sahib olduğu gücdən qat-qat artığına sahiblənib. Ordunun maddi-texniki bazası ən müasir hərbi texnologiyalarla zənginləşdirilib. Dünya tarixində ilk "smart müharibə" aparan ordunun arsenalında indi elə silah-sursatlar var ki, istənilən savaşda iştirak etmək gücünə sahibdir. Əgər Ermənistan bir daha  revanş fikrinə düşərsə, tarixinin ən ağır zərbəsini alacaq.

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2024.- 1 dekabr (№ 265).- S.4.