2003-2023-cü illərdə ölkə üzrə 3,3 milyondan çox yeri açılıb

 

Qarabağa Şərqi Zəngəzura köçən iqtisadi fəal əhalinin 80 faizi işlə təmin edilib

 

 

Danılmaz gerçəklikdir ki, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin mərkəzində əhalinin bütün təbəqələrinin sosial rifahının yaxşılaşması durur. Dövlət başçısı da bunu dəfələrlə bəyan etmişdir, həm təkcə bəyan etməmişdir, konkret tədbirlər görmüşdür. Hər il dövlət büdcəsindən sosial sahələrə daha çox vəsaitin ayrılması bunun sübutudur. Bu baxımdan gələn ilin büdcəsi istisna olmayacaq.

Aparılan sosial siyasətdə sağlam əmək  qabiliyyətli  vətəndaşların məşğulluğunun təmin edilməsi həmişə prioritet kimi müəyyən olunur. Bu da təsadüfi deyil. Çünki yeni yerlərinin açılması həm əmək qabiliyyətli əhalinin öz sosial problemlərini həll etməsi, həm ölkənin iqtisadi göstəricilərinin artması deməkdir.

Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumata görə, cari il yanvarın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən, ölkədə iqtisadi fəal əhalinin sayı 5 milyon 308,1 min nəfər olmuşdur. Onlardan 5 milyon 25,3 min nəfəri məşğul əhalidir. Cari il noyabrın 1-i vəziyyətinə görə, Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı isə 214,7 min nəfər olmuşdur. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 406,1 manat təşkil etmişdir.

Cari ilin 9 ayında ölkə  üzrə 69,6 min yeni yeri açılmışdır. Həmin açılmış yerlərinin 11,9 faizi yeni yaradılmış, 87,1 faizi mövcud, 0,3 faizi fəaliyyətini bərpa etmiş müəssisə təşkilatlarda, 0,7 faizi isə digər tədbirlər üzrə yaradılmışdır.

Hesabat dövründə yeni yaradılmış yerlərinin 92,8 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. Ölkədə sahibkarlığın inkişafı həm sosial problemlərin həllinə yol açır. Bunu nəzərə alaraq, əhalinin məşğulluğunu təmin etmək üçün dövlət-özəl sektor birliyi proqramı icra olunur. İndiyədək həmin dövlət proqramının icrası sayəsində çox sayda insan öz məşğulluğunu təmin edə bilmişdir.

Azərbaycan hökuməti əhalinin məşğulluğunun təmin edilməsini işsizliyin azaldılmasını özünün əsas prioritetlərindən biri kimi görür. Məsələn, 2005-ci ildə 2006-2015-ci illəri əhatə edən Məşğulluq Strategiyası, sonrakı dövrdə strategiyanın reallaşdırılması üçün 2 dövlət proqramı (2007-2010-cu illər 2011-2015-ci illər üzrə) təsdiq edilmişdir.  Daha sonra 2019-2030-cu illər üçün yeni Məşğulluq Strategiyası, bu sənədin həyata keçirilməsi üçün 2020-2025-ci illəri əhatə edən Tədbirlər Planı təsdiq edilmişdir.

Dövlət Statistika Komitəsinin 2003-cü ildən başlayaraq açıqladığı hesabatlar göstərir ki, 20 il ərzində ölkədə 3,34 milyonadək yeni yeri açılmışdır. DSK-nın məlumatına görə, 2003-cü ilin sonunda ölkə iqtisadiyyatında məşğul əhalinin sayı 3,97 milyon nəfər olmuşdur. Bu o deməkdir ki, son 20 ildə ölkədə 2003-cü ildəki yerlərinin sayının 83 faizi qədər yeni yeri yaradılmışdır.

2003-2023-cü illərdə ölkədə yeni yaradılan 3 milyon 336,6 min yerinin 1 milyon  40,9 mini, yaxud 31,2 faizi hüquqi şəxslər tərəfindən, 1 milyon 551,4 mini (46,5 faizi) fərdi sahibkarlıq subyektlərində, qalan 744,3 mini (22,3 faizi) isə beynəlxalq yerli layihələr, abadlaşdırma işləri, mövsümi digər müvəqqəti işlər ilə bağlı yaradılmışdır.

Ölkədə yeni yerlərinin illər üzrə dinamikasını izləyəndə aydın olur ki, 2009-2011-ci illər istisna olmaqla, hər il ölkədə 100 mindən çox yeni yeri yaradılmışdır. 2010-2014-cü illəri əhatə edən dövrdə ölkədə hər il yeni yaradılan yerlərinin sayı 100 min ətrafında olduğu halda, 2016-2020-ci illəri əhatə edən dövrdə bu say hətta 200 mini keçərək 300 minə yaxınlaşmışdır.

DSK-nın məlumatlarına görə, Azərbaycanda işçi qüvvəsinin sayı 2003-cü ilin sonundan 4 milyon 373,5 min nəfərdən 2023-cü ilin sonuna 5 milyon 249,7 min nəfərə yüksəlmişdir. O cümlədən iqtisadiyyatın bütün sahələrində məşğul əhalinin sayı 990,7 min nəfər (3 milyon 972,6 mindən 4 milyon 963,3 minə), iqtisadiyyatın bütün sahələrində muzdla işləyənlərin sayı isə 515,2 min nəfər (uyğun olaraq 1 milyon 226,6 mindən 1 milyon 741,8 minə) artmışdır. Həmin dövrdə işsizlərin sayı isə 400,9 mindən 286,4 minə düşmüş, yəni 113,5 min nəfər azalmışdır.

Bu gün Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məskunlaşmış iqtisadi fəal şəxslərin 80 faizdən çoxunun məşğulluğu təmin edilmişdir. Bunu əmək əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin plenar iclasında - dövlətə məxsus sosial fondların 2025-ci il dövlət büdcələri haqqında qanun layihələrinin müzakirəsi zamanı bildirmişdir. Onun sözlərinə görə, Qarabağ Şərqi Zəngəzurda digər şəxslərin məşğulluğunun təmin olunması istiqamətində tədbirlər görülür.

 

Rüstəm KAMAL,

Azərbaycan.-2024.- 1 dekabr (№ 265).- S.5.