Heydər
Əliyev Fondu ilə Səudiyyə Ərəbistanı arasında
layihələr müzakirə
olunub
Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla Əliyeva Ər-Riyadda Səudiyyə
Ərəbistanının Kral
Salman Humanitar Yardım və Qayğı Mərkəzinin
rəhbəri Abdullah Ər-Rabiə ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə
Azərbaycanla Səudiyyə
Ərəbistanı arasında
əlaqələrin yüksək
səviyyədə olduğu
vurğulanıb, əməkdaşlığın
bütün sahələrdə
inkişaf etdirilməsinin
əhəmiyyəti qeyd
edilib.
Kral Salman Mərkəzi ilə Heydər Əliyev Fondu arasında əməkdaşlığın inkişafı, eləcə
də gələcək
birgə layihələr
istiqamətində müzakirələr
aparılıb.
Abdullah Ər-Rabiə, eyni zamanda, İki Müqəddəs Ocağın Xadimi Kral Salman bin Əbdüləziz Al Səudun və Səudiyyə Ərəbistanının vəliəhdi, Nazirlər Şurasının sədri şahzadə Məhəmməd bin Salman Al Səudun salamlarını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə çatdırmağı xahiş edib.
Azərbaycan.-2024.- 1 dekabr (№ 265).- S.2.