Xankəndi
şəhərində Qarabağ
Universitetinin yaradılmasının
bir illiyi qeyd olunub
Xankəndi şəhərində
Qarabağ Universitetinin
yaradılmasının bir
illiyi münasibətilə
İncəsənət fakültəsi
tərəfindən konsert
və sərgi təşkil edilib. Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev,
Xankəndi və Şuşa şəhər
ictimaiyyətinin rəsmiləri,
Qarabağ Universitetinin
müəllim və tələbələri iştirak
ediblər.
AZƏRTAC-ın bölgə
müxbiri xəbər
verir ki, tədbir İncəsənət
fakültəsinin xorunun
ifasında Azərbaycan
Respublikasının Dövlət
Himninin səsləndirilməsi
və şəhidlərin
xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış
edən Qarabağ Universitetinin rektoru Şahin Bayramov ali təhsil ocağının bir illik fəaliyyətinə
dair xüsusi məqamları qeyd edib. Rektor bu
müddət ərzində
əldə edilən nailiyyətlərdən danışaraq,
Qarabağ Universitetinin
yalnız regionda deyil, ümumilikdə, ölkənin təhsil sistemində önəmli rol oynadığını
bildirib. O, universitetin yaradılmasının Qarabağ
bölgəsinin sosial-iqtisadi,
xüsusən də təhsil və mədəniyyət sahəsinin
inkişafına mühüm
töhfələr verəcəyini
vurğulayıb.
Elm və təhsil naziri Emin Əmrullayev çıxışında Qarabağ
Universitetinin qısa müddətdə böyük
inkişaf yolu keçdiyini və universitetin təhsil, elm və innovasiya
sahələrindəki fəaliyyətinin
ölkə üçün
əhəmiyyətli olduğunu
bildirib. Nazir qeyd edib ki,
universitetin tədris prosesi beynəlxalq səviyyədə tanınan
standartlara uyğun təşkil edilir, həmçinin tələbələrə
müasir və keyfiyyətli təhsil imkanları təqdim olunur. E.Əmrullayev Qarabağ Universitetinin fəaliyyətinin regionda təhsil və elm sahəsindəki islahatların bir hissəsi olduğunu diqqətə çatdırıb.
Konsertdə “Cadenza”
orkestrinin, İncəsənət
fakültəsində müəllim
kimi fəaliyyət göstərən tanınmış
incəsənət xadimlərinin
və tələbələrin
ifasında milli mahnılarımız və
görkəmli bəstəkarların
əsərləri səsləndirilib.
Sonra İncəsənət
fakültəsinin sərgi
zalında dekorativ-tətbiqi
sənət və dizayn ixtisaslarının müəllimlərinin əsərləri
nümayiş etdirilib.
Qeyd edək ki, Qarabağ Universiteti Prezident İlham Əliyevin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə yaradılıb.
Azərbaycan.-2024.- 1 dekabr (№ 265).- S.2.