NaxçıvandaDövlət-din münasibətləri: geosiyasi reallıqlar qlobal çağırışlar kontekstindəmövzusunda konfrans keçirilib

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə noyabrın 30-da Naxçıvan şəhərindəDövlət-din münasibətləri: geosiyasi reallıqlar qlobal çağırışlar kontekstindəmövzusunda konfrans keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib, abidənin önünə əklil gül dəstəsi qoyaraq Ulu Öndərin xatirəsini ehtiramla anıblar.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Komitəsi tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu “Global Media Group”un birgə ərsəyə gətirdiyiHəmişə bizimləsiniz” filmi nümayiş olunub.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli konfransı açaraq, Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə dini-mənəvi dəyərlərimizin yaşadılması sahəsində həyata keçirilmiş genişmiqyaslı tədbirlərin əhəmiyyətindən danışıb. Heydər Əliyevin böyük səyləri nəticəsində ölkəmizdə vicdan etiqad azadlığının, dini təhlükəsizliyin təmin edildiyini, sağlam dini ideologiyanın formalaşdığını vurğulayıb. Bildirib ki, bu gün Ümummilli Liderin tövsiyələri əsas götürülərək, Azərbaycanda dövlət-din münasibətləri unikal tarixi-mədəni şəraitə, dini sahənin özünəməxsus xüsusiyyətlərinə, demokratik prinsiplərə əsaslanır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dini dəyərlərin, tolerantlığın multikultural ənənələrin tənzimlənməsi istiqamətində sistemli aparılır. Artıq Azərbaycan dünyaya dövlət-din modelini təqdim edir, ölkəmizdəki dini dözümlülük tolerantlıq nümunə kimi qəbul olunur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva təkcə ölkəmizdə deyil, ümumilikdə, ümumdünya bəşəri irsinin mühafizəsi çərçivəsində sistemli aparır, dini dəyərlərə həssas münasibət göstərir, cəmiyyətdə dini həmrəyliyin yaradılmasına, qlobal səviyyədə dinlərarası dialoqun təşviq edilməsi işinə töhfə verir. F.Nəcəfli, eyni zamanda, Naxçıvanda Prezidentin dövlət-din münasibətlərinin inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələrin icrası barədə danışıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov çıxışında Azərbaycanın ötən müddətdə qazandığı nailiyyətləri qeyd edərək, ötən əsrin 90-cı illərində Ulu Öndər Heydər Əliyev tərəfindən qədim Naxçıvanda başlanan yolun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Qeyd edib ki, qələbələrimizə təminat yaradan ən böyük amillərdən biri milli birliyimizdir. Respublikamızda dövlət-din münasibətlərinin mükəmməl modellərindən birinin yaranmasında cəmiyyətimizdəki dinlərarası harmoniya, birgəyaşayış mühiti mühüm rol oynayıb.

Ramin Məmmədov Azərbaycanın dövlət-din münasibətləri sisteminin bir neçə vacib sütuna əsaslandığını deyib. Modern dünyəvi dövlətin, ənənələrə sadiqliyin gələcəyə dair aydın, konkret baxışların mövcudluğunun əhəmiyyətinə toxunub. Vurğulayıb ki, dövlət hər bir xalqın malik olduğu milli-mənəvi dəyərlər sistemini müdafiə mexanizmlərini yaradır din bu sistemin bir hissəsidir. Xalqımızın təfəkküründə, tarixi yaddaşında başqalarına dözümsüzlük kimi bir anlayış yoxdur. Etnik dini müxtəliflik ayırıcı xətt deyil, birləşdirici, qarşılıqlı dialoqu təşviq edən amildir. Güclü dövlət həm belə ehtimalları vaxtında aşkara çıxarmaq, proqnozlaşdırmaq, zəruri tədbirlər görmək üçün vacibdir.

Tədbirin aktual mövzuya həsr olunduğunu deyən Komitə sədri söyləyib ki, xüsusilə indiki geosiyasi reallıqlar qarşıda duran vəzifələri daha dərindən təhlil etməyə sövq edir. Azərbaycanın son illərdə əldə etdiyi tarixi qələbələr bir çox siyasi dairələri narahat edir. Konfransın əsas missiyası da tarixi nailiyyətimiz olan dövlət-din münasibətləri modelini qorumağa daha da möhkəmləndirməyə imkan verən ideya təkliflərin öyrənilməsindən ibarətdir.

Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər dini qurumlar komitəsinin sədri Fazil Mustafa muxtar respublikanın strateji cəhətdən mövqeyindən danışıb. Azərbaycanın dövlət-din münasibətlərinin özünəməxsus quruluşa malik olduğunu bildirən F.Mustafa Azərbaycan vətəndaşlarının vicdan azadlığı hüququnun ölkə qanunvericiliyində öz əksini tapdığını deyib. Dövlətin dinə qayğısından bəhs edən deputat azad olunmuş ərazilərdə dini abidələrin abadlaşdırılması prosesini qeyd edib.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Bəxtiyar Nəcəfov dövlət başçısı İlham Əliyevin müdrik siyasəti nəticəsində milli-mənəvi dəyərlərin qorunub saxlanılması inkişafı istiqamətində görülmüş işlərdən danışıb. Respublikanın müxtəlif regionlarında inşa təmir-bərpa edilən məscid-ziyarətgah kompleksləri, kilsələr sinaqoqların söylədiklərinə əyani sübut olduğunu diqqətə çatdıran B.Nəcəfov Prezidentin işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərini daim diqqətdə saxladığını, hər səfərində milli-mənəvi irsimiz olan abidələrin bərpası təmiri ilə yaxından maraqlandığını vurğulayıb.

Konfrans işiniDövlət-din münasibətləri: ideoloji təhlükəsizlik müstəvisində “Milli-mənəvi dəyərlərə qayıdış: ənənə müasirlikmövzusunda panellərlə davam etdirib.

 

Azərbaycan.-2024.- 1 dekabr (¹ 265).- S.2.