Azərbaycanla
Səudiyyə Ərəbistanı
arasında əlaqələr
daha da möhkəmlənir
Milli Məclis
"Azərbaycan Respublikası
Hökuməti ilə
Səudiyyə Ərəbistanı
Krallığı Hökuməti
arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin qısamüddətli
vizadan qarşılıqlı
azad edilməsi haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə qanun layihəsini səs çoxluğu ilə təsdiq edib. Bununla bağlı
"Azərbaycan" qəzetinə
açıqlama verən
Milli Məclisin Beynəlxalq münasibətlər
və parlamentlərarası
əlaqələr komitəsinin
üzvü, siyasi elmlər doktoru Rizvan Nəbiyevin sözlərinə görə,
Azərbaycanla Səudiyyə
Ərəbistanı hökuməti
arasında imzalanan Anlaşma Memorandumu Azərbaycanın viza məsələləri sahəsində
şəffaflıq siyasətini,
eləcə də, beynəlxalq birliyin üzvü olan dost dövlətlərlə
münasibətlərin inkişafına
verdiyi dəyəri göstərir.
Rizvan Nəbiyev
qeyd edib ki, dost və
qardaş Səudiyyə
Ərəbistanı ilə
münasibətlərin əsaslarının
formalaşdırılmasına Ümummilli Lider Heydər Əliyevin 30 il əvvəl, 1994-cü ildə bu ölkəyə
etdiyi rəsmi səfər böyük töhfə vermişdir. Ümummilli Liderin İki Müqəddəs Ocağın Xadimi, mərhum Kral Fəhd bin Əbdüləziz
Al Səudla əldə
etdiyi razılaşmalarla
və iki ölkə arasında müxtəlif sahələrdə
əməkdaşlığın ümumi istiqamətlərinə
dair imzalanan hökumətlərarası baş
sazişlə münasibətlərin
möhkəm təməli
qoyuldu. Məhz bu fundament üzərində
qurulan və son 30 il ərzində
iki dövlət arasında inkişaf edən əlaqələr
Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən "strateji
tərəfdaşlıq səviyyəsinə
yüksəlmiş" münasibətlər
kimi dəyərləndirilir.
Bu strateji tərəfdaşlığın ikitərəfli yazılı
sənəddə də
hüquqi baxımdan təsbit olunması aktual və zərurə məsələ
kimi diplomatiyamızın
qarşısında durur.
Deputat bildirib ki, bu qardaşlıq
və strateji tərəfdaşlıq münasibətlərinin
ən bariz göstəricilərindən biri
Səudiyyə hökumətinin
torpaqlarımızın beynəlxalq
hüquqa zidd işğalına uzun illər qlobal diplomatik müstəvidə
göstərdiyi dəstək
mövqeyi olmuşdur:
"Bir faktı vurğulamaq istərdim ki, Azərbaycan Respublikası 2023-cü ilin
sentyabrında suverenliyini
tam bərpa edənədək Səudiyyə
Ərəbistanı Ermənistanla
diplomatik münasibətlər
qurmamışdır. Bu
illər ərzində
həm ikitərəfli,
həm də çoxtərəfli çərçivədə,
o cümlədən BMT və
onun ixtisaslaşmış
qurumları, İslam Əməkdaşlıq Təşkilatı,
Qoşulmama Hərəkatı
və digər beynəlxalq platformalarda göstərilən qarşılıqlı
dəstək yüksək
qiymətləndirilməlidir".
Rizvan Nəbiyevin
sözlərinə görə,
əlaqələrimizin müsbət
dinamika ilə inkişafı və ölkələrimiz arasında
yüksək səviyyədə
siyasi dialoq Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir: "Son 2-3 il ərzində iki ölkə arasında müşahidə
olunan qarşılıqlı
səfərlər dinamikası
buna əyani sübutdur. 2022-2023-cü illər
ərzində Səudiyyə
Ərəbistanı və
Azərbaycan arasında
müxtəlif səviyyələrdə
qarşılıqlı olaraq
16 səfər həyata
keçirillmişdir".
Ölkələrimiz arasında əməkdaşlığın
inkişafında parlamentlərarası
əlaqələr də
vacib yer tutur. Milli Məclis
Sədrinin ötən
illər ölkəmizdə
səfərdə olan
çoxsaylı səudiyyəli
nümayəndə heyətlərinin
rəhbərləri ilə
Milli Məclisdəki görüşləri buna
misaldır.
Postmünaqişə dövründə də Səudiyyə Ərəbistanının
dost münasibətini
faktlarla izah etmək olar. Bu barədə danışan Rizvan Nəbiyev deyib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində
minatəmizləmə fəaliyyəti
üçün ayrılan
3 milyon ABŞ dolları
məbləğində dəstək
minnətdarlıqla qeyd
edilməlidir: "Bu,
digər dövlətlər
üçün bir nümunədir. 30 illik işğalın nəticəsi
olaraq bu gün də Azərbaycan ərazilərinin
12 faizi mina və partlamamış hərbi sursatlarla çirklənmiş olaraq
qalmaqdadır. Səudiyyə
Ərəbistanı investisiya
naziri Azərbaycanın
işğaldan azad olunmuş ərazilərinə
səfər edən ilk əcnəbi hökumət üzvlərindən
olub. Səudiyyəli nazir energetika, xüsusilə "yaşıl
energetika", kənd
təsərrüfatı, eko-turizm
kimi sahələrə
sərmayə yatırmaqda
maraqlı olduqlarını
qeyd edib. İqtisadi əməkdaşlıq
potensialı böyükdür,
layihələr üçün
geniş imkanlar var. İki ölkə
arasında iqtisadi əməkdaşlıq komissiyaları
bu istiqamətdə fəaliyyətlərini uğurla
davam etdirirlər".
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-2024.-
1 dekabr (№ 265).- S.3.