Azərbaycan-Rumıniya strateji tərəfdaşlığı sülhə tərəqqiyə xidmət edir

 

 

Azərbaycanın Avropa siyasətində özünəməxsus yeri rolu olan mühüm ölkə qardaş Rumıniyadır. Hər iki xalqı yüksək insani keyfiyyətlər, humanizm  prinsiplərinə hörmət, demokratiya azadlıq ideallarına sadiqlik, dönmədən dinc əməkdaşlığa can atmaq səyləri birləşdirir. Təsadüfi deyil ki, iki xalq arasında əlaqələr Orta əsrlərə gedib çıxır. Sovet hakimiyyəti çərçivəsində Azərbaycan-Rumıniya əlaqələri inkişaf etmişdir. O zaman bu əlaqələr yalnız iqtisadi-ticarət mədəni sahələri əhatə edirdi.

İndi isə Şərqi Avropanın Cənubi Qafqazın aparıcı dövlətləri olan Rumıniya Azərbaycan arasında həyatın elə bir sahəsi yoxdur ki, orada əlaqələr mövcud olmasın. Hər iki ölkənin ərazisində zəngin mineral ehtiyatların, yeraltı yerüstü sərvətlərin bolluğu, logistika imkanlarının böyük olması quru su yolu ilə tranzit yük daşımalarını zəruri edir.  

Qoca qitədə azadlıqsevərliyi ilə seçilən Rumıniya çətin sınaqlara sinə gərərək özünün dövlət müstəqilliyinə qovuşmuşdur. Sovetlər birliyinin süqutundan sonra dünyanın inkişaf etmiş ölkələrinin yenicə müstəqillik qazanmış Cənubi Qafqaz respublikalarına, xüsusilə Azərbaycana marağı artmışdı. Bunu həm bu regionun geostrateji mövqeyi, logistika imkanları, karbohidrogen ehtiyatları "yaşıl enerji" imkanları ilə zəngin olması, həm yenicə yaranmış on milyondan çox müştərisi olan yeni bazarı da zəruri edirdi.   

Rumıniyaya maraq ona görə güclü olub ki, bu diyarda bol günəş, təmiz dəniz, gözəl dağlar mövcuddur. Ən diqqətəlayiq yerlər arasında yaxşı qorunan Orta əsr qalaları milli parklar turistlər tərəfindən yüksək qiymətləndirilir.

Hazırda 23 milyonluq əhaliyə malik olan Rumıniya son illər Avropanın ən mühüm bazarlarından birinə çevrilmişdir. Ölkənin əsas ticarət tərəfdaşları İtaliya, Almaniya, Macarıstan, Fransa Türkiyədir. Son 10 il ərzində ümumi daxili məhsulun miqdarını 2,5 dəfə artıran Rumıniya Avropanın 12-ci iqtisadi gücünə çevrilmişdir. Keçən il bu ölkənin beynəlxalq valyuta ehtiyatları 69 milyard dollardan çox olmuşdur.

Təbii coğrafi mövqeyi, təbii ehtiyatları, yüksəkixtisaslı işçi qüvvəsinə malik olması Rumıniyanın önəmini artırır. Son illər ərzində sürətli iqtisadi artım dövrünü yaşayan bu ölkənin iqtisadiyyatında xidmət sahələri davamlı inkişaf edir. Bundan əlavə, Rumıniya maşın elektrik enerjisi istehsalçısı onların xalis ixracatçısıdır. Bu ölkə mərkəzləşdirilmiş iqtisadi planlaşdırma dövlət tənzimlənməsi ilə birlikdə bir çox özəl sahəni özündə birləşdirən qarışıq iqtisadiyyata malikdir.

Rumıniyanın 10 ən böyük ixracatı elektrik avadanlıqları, nəqliyyat vasitələri, kompüterlər daxil olmaqla maşınlar, mineral yanacaq, taxıl, dəmir polad, rezin rezin məhsullarıdır. Rumıniya yüksəkgəlirli iqtisadiyyata malik inkişaf etməkdə olan, beynəlxalq münasibətlər sistemində orta güc kimi tanınan ölkədir. Təsadüfi deyil ki, ölkəmizin müstəqilliyini tanıyan ilk dövlətlərdən biri Avropa İttifaqına üzv dövlətlər arasında birincisi məhz Rumıniya olmuşdur. İki ölkə arasında diplomatik əlaqələrin əsası 1992-ci il iyunun 19-da qoyulub.

Bünövrəsi strategiyası Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən möhkəm özüllər üzərində qurulan Azərbaycan-Rumıniya münasibətləri Prezident İlham Əliyevin hakimiyyəti illərində strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. 2003-cü il dekabrın 5-də Azərbaycan ilə Rumıniya arasında tərəfdaşlıq haqqında bəyannamə imzalanmışdır. Bunun ardınca 2009-cu ildə imzalanmış Strateji tərəfdaşlığa dair Birgə Bəyannamə 2011-ci ildə imzalanmış Strateji tərəfdaşlığın həyata keçirilməsi üzrə Birgə Fəaliyyət Planı qarşılıqlı münasibətləri keyfiyyətcə yeni səviyyəyə yüksəltmişdi.

Siyasi münasibətlərin yüksək səviyyədə inkişafı digər sahələrdə əlaqələrin güclənməsinə böyük təsir göstərdi. Dövlət hökumət başçıları səviyyəsində müntəzəm görüşlərin keçirilməsi tərəfdaşlıq münasibətlərinə ciddi təkan verdi. 2022-ci il dekabrın 17-də Prezident İlham Əliyevin Buxarestə səfəri çərçivəsində Azərbaycan, Gürcüstan, Rumıniya Macarıstan hökumətləri arasında "yaşıl enerji"nin inkişafı ötürülməsi sahəsində strateji tərəfdaşlığa dair imzalanmış saziş əməkdaşlığın çoxtərəfli əsasda inkişafı üçün mühüm zəmin yaratdı. Bu cəhətdən Azərbaycan-Rumıniya əməkdaşlığı Şərq-Qərb münasibətlərində mühüm bir körpü rolunu oynayır.

Ümumilikdə keçən müddət ərzində iki ölkə arasında həyatın müxtəlif sahələrinə dair 61 əməkdaşlıq sənədi imzalanmışdır ki, bunlar da qarşılıqlı münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəltmişdir. Münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi əməkdaşlığın şaxələndirilməsi üçün gözəl imkanlar açmışdır.

Son illər ərzində iki ölkənin parlamentləri arasında işgüzar əlaqələrin inkişafı səmərəli məhsuldar olmuşdur. Bu sahədə parlament sədrlərinin görüşləri aparılan müzakirələr, dostluq qruplarının səmərəli fəaliyyəti mühüm rol oynamışdır. Milli Məclisin Sədri Sahibə Qafarovanın  Rumıniyaya rəsmi səfəri çərçivəsində 2023-cü il oktyabrın 10-da bu ölkənin Parlamentinin Deputatlar Palatasının Sədri Alfred-Robert Simonis ilə görüşüb müzakirələr aparması əhəmiyyətli bir hadisə oldu.

Bu ilin aprelində Bakıda Azərbaycan Rumıniya hökumətləri arasında ticarət-iqtisadi əlaqələr elmi-texniki əməkdaşlıq üzrə müştərək komissiyanın 8-ci iclasının keçirilməsi ölkələrimiz arasında münasibətlərin dərinləşməsinə ciddi təsir göstərdi. Ayrı-ayrı hökumət üzvlərinin qarşılıqlı görüşləri əməkdaşlığın əlavə potensial imkanlarının üzə çıxarılmasında əhəmiyyətli rol oynadı.

İqtisadi əməkdaşlıq Rumıniya Azərbaycan arasındakı ən uğurlu sahələrdən biridir. Xüsusilə son illər ərzində qarşılıqlı faydalı xarakter daşıyan ticarət əlaqələri müsbət məcrada yüksələn xətlə inkişaf edir. Əgər 2023-cü ildə Azərbaycanın dost Rumıniya ilə ticarət dövriyyəsi əvvəlki illə müqayisədə təqribən 30 faiz artaraq 670 milyon dollar olmuşdursa, 2024-cü ildə bu göstərici artıq 700 milyon dollar təşkil etmişdir. Ticarət dövriyyəsinin böyük hissəsini Azərbaycanın Rumıniyaya ixrac etdiyi məhsullar təşkil edir. Son illər Azərbaycanın bu qardaş ölkəyə ixracatı arasında qeyri-neft sektoruna məxsus məhsulların həcmi durmadan artır.

Qarşılıqlı investisiya qoyuluşları sahəsində əlaqələr gündən-günə inkişaf etməkdədir. İndiyədək Rumıniya Azərbaycan iqtisadiyyatına 30 milyon dollar, Azərbaycan isə bu qardaş ölkənin müxtəlif infrastruktur sahələrinə 90 milyon dollar məbləğində investisiya yatırmışdır. Nəticədə müasir iqtisadiyyatın yeni sahələrinin inkişafı üçün geniş imkanlar, yeni yerləri yaradılmış, istehsalın səmərəsi artmış, müxtəlif infrastruktur sahələri inkişaf tapmışdır.

Hazırda Azərbaycan Rumıniya enerji, nəqliyyat, turizm, kənd təsərrüfatı, səhiyyə mədəniyyət sahələrində uğurla əməkdaşlıq edirlər. Rumıniyanın Cənubi Qafqaz regionunda mühüm enerji müttəfiqi təbii ki, Azərbaycandır. Bu cəhətdən Rumıniya ilə Azərbaycan arasında enerji sahəsində həyata keçirilən birgə layihələr Avropanın enerji təhlükəsizliyinə töhfə verir. SOCAR "Romqaz" arasında imzalanmış müqaviləyə əsasən, 2023-cü il yanvarın 1-dən Azərbaycan qazı Rumıniya bazarına çatdırılır. SOCAR-ın bu ölkədə 700-dən çox işçinin çalışdığı 70-dən artıq yanacaqdoldurma məntəqəsi bir neçə yanacaq deposu fəaliyyət göstərir.

Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında təbii qaz üzrə strateji Tərəfdaşlıq Memorandumunun imzalanması da əməkdaşlığa müsbət təsir göstərdi. Rumıniya tərəfi özünün nəqliyyat-logistika imkanları ilə bu sahədə mühüm rol oynayır. Təsadüfi deyil ki, 2024-cü il aprelin 1-də Rumıniyanın energetika naziri Sebastiyan İoan Burdujanı qəbul edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələrinin önəmini vurğuladı.

İki ölkə arasında üstün əməkdaşlıq sahələrindən biri nəqliyyat sektorudur. Bu sahənin inkişafı üçün hər iki ölkənin geniş müasir logistika imkanları var. Beynəlxalq iqtisadi layihələrin həyata keçirilməsində bu imkanlar böyük rol oynayır. Bakı beynəlxalq dəniz ticarət limanı ilə Konstansa limanı arasında faydalı səmərəli əməkdaşlıq getdikcə genişlənir.

Digər  sahələrdə olduğu kimi, mədəni sahədə əməkdaşlıq genişlənir. Hər iki ölkənin paytaxtında davamlı olaraq mədəniyyət günlərinin keçirilməsi, müxtəlif yönümlü sərgilərin təşkili, mədəniyyət incəsənət xadimlərinin yubileylərinin qeyd olunması, elm təhsil ocaqları arasında əlaqələr müntəzəm xarakter almışdır. Keçən il yanvarın 16-da Binəqədi rayonunda dahi rumın bəstəkarı, skripkaçı, dirijor mahir musiqiçi Corce Eneskunun adını daşıyan parkda Rumıniyanın Milli Mədəniyyət Gününə həsr olunmuş tədbirin keçirilməsi şəhər sakinlərinin böyük marağına səbəb olmuşdu. Həmçinin Azərbaycanda Rumıniya Mədəniyyəti Gününün keçirilməsi iki dövlət arasında humanitar əlaqələrin inkişafı üçün böyük əhəmiyyətə malikdir.

Müxtəlif elm sahələrini əhatə edən simpoziumların, konfransların təşkili müsbət haldır. Bu ilin aprel ayında Buxarestin Parlament Sarayında keçirilən Rəqəmsal İnnovasiyalar Sammitində təşkil olunmuş "Kritik İnfrastrukturların Mühafizəsi - 2024" Beynəlxalq Konfransı uğurla başa çatmışdır.

Turizm təhsil sahəsində əlaqələr getdikcə yeni vüsət alır. Müəllim tələbə mübadiləsi qarşılıqlı təhsil sahəsində əlaqələrə ciddi təsir göstərir. Bu il Azərbaycan Turizm Menecment Universitetinin Mehmanxana restoran biznesi kafedrasının baş müəllimi Firuzə Raşova Avropa İttifaqının "Erasmus+" proqramı çərçivəsində Rumıniyanın Aleksandru İon Kuza adına Yassı Universitetinin Coğrafiya geologiya fakültəsinin tələbələrinə "Azərbaycanda hotel biznesi" fənnini tədris edib. Bütün bunlar onu göstərir ki, müxtəlif sahələrdə əməkdaşlıq imkanları çoxdur onların üzə çıxarılması, həyata keçirilməsi iki ölkə arasında münasibətləri daha dolğun məzmunlu edir.

Qəti əminliklə vurğulamaq olar ki, Azərbaycan-Rumıniya strateji tərəfdaşlığı həm  Cənubi Qafqazda, həm Avropa məkanında enerji təhlükəsizliyi ilə yanaşı sabitliyə, sülhə tərəqqiyə xidmət edir.   

 

Atamoğlan MƏMMƏDLİ,

BDU-nun dosenti

Azərbaycan.-2024.- 1 dekabr (¹ 265).- S.3.