SES ən sərfəli alternativ enerji mənbəyidir
Təkcə işğaldan azad
olunmuş ərazilərimizdə
30-dan çox su-elektrik
stansiyası istifadəyə
verilib
Hazırda bərpaolunan
enerjinin ən çox günəş və külək kimi mənbələrindən
bəhs olunsa da, bu enerjinin bir
sıra digər növləri də var. Hidroenerjinin potensialı xüsusilə böyükdür.
Ölkəmizdə bu
enerji növünün
inkişafı üçün
perspektivlər kimi, təcrübə və ənənə də mövcuddur.
Azərbaycanda alternativ
enerji mənbələrinin
daha geniş istifadəsi məhz Mingəçevir Su-Elektrik
Stansiyasının (SES) tikintisi
ilə başlamışdır.
Kür çayı üzərində qurulan Mingəçevir SES 1954-cü ildə
istifadəyə verilmişdir.
Üç il sonra isə həmin su qovşağı qurğuları kompleksinə
daxil olan Varvara SES istismara buraxılmışdır.
1970-ci ildə Araz,
1976-cı ildə Tərtər,
1982-ci ildə Şəmkir
SES-ləri tikilmiş
və fəaliyyətə
başlamışdır.
Bu gün ölkəmizdə
enerji sisteminin ümumi qoyuluş gücünün 14,6 faizi
su-elektrik stansiyalarının
payına düşür.
Hazırkı enerji keçidi dövrü isə bərpaolunan enerji stansiyalarının,
o cümlədən SES-lərin
sayının artırılmasını
tələb edir.
Məlum olduğu
kimi, yerli su ehtiyatlarımızın
25 faizə qədəri
Qarabağda və Şərqi Zəngəzurda
formalaşır. Bu da həmin
iqtisadi rayonlarda su-elektrik stansiyalarının
tikilməsi və işləməsi üçün
geniş imkan yaradır. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin bir neçə ay əvvəl
imzaladığı "Su
ehtiyatlarından səmərəli
istifadəyə dair
Milli Strategiya"nın təsdiq
edilməsi haqqında"
sərəncamında da həmin
məsələ öz
əksini tapıb. Sənəddə deyilir:
"Qarabağ və Şərqi Zəngəzur
iqtisadi rayonlarının
su ehtiyatları potensialından istifadə
Qarabağ və Şərqi Zəngəzur
iqtisadi rayonlarının
su ehtiyatlarından və hidroenerji potensialından "ağıllı
su" sistemlərinin
tətbiqi ilə rasional istifadə təmin ediləcəkdir.
28 su-elektrik stansiyasının
tikintisi başa çatdırılacaq, yerüstü
suların hidroenerji potensialı qiymətləndirilərək
su-elektrik stansiyaları,
o cümlədən su
təsərrüfatı obyektlərinin
imkanları nəzərə
alınmaqla kompakt enerji stansiyası yaradılacaqdır".
44 günlük Vətən müharibəsində qazanılan
Qələbədən sonra
görülən işlər
deməyə imkan verir ki, bu sahədə
də qarşıya qoyulan vəzifələr yerinə yetiriləcək.
Belə ki, Prezident
İlham Əliyevin "yaşıl
enerji" zonası
elan etdiyi Qarabağ və Şərqi Zəngəzurda indiyədək
ümumi gücü
270 MVt olan 32 su-elektrik stansiyası istismara verilib və 492 milyon kilovat-saat sıfır emissiyalı elektrik enerjisi istehsal edilib. Bununla da 110 milyon kubmetr təbii qaza qənaət olunub, 200 min
ton karbon emissiyasının
atmosferə atılmasının
qarşısı alınıb.
Dövlət başçısının
bu enerji obyektlərinin əksəriyyətinin
açılışında iştirak etməsi onların önəminə
bir daha diqqət çəkir. Sözügedən ərazilərin
təkcə iki bölgəsində fəaliyyətə
başlayan stansiyaların
adlarını xatırlayaq.
2022-ci il iyunun 26-da 4,4 meqavat
gücündə "Kəlbəcər-1"
Kiçik Su-Elektrik Stansiyası (KSES) yenidən
qurulduqdan sonra bu rayonda ilk istehsal obyekti olaraq istismara verildi. "Kəlbəcər-1"dən başqa, rayonda 5 yerdə yenidən qurulan 8,33 meqavat gücündə "Çıraq-1", 3,6
meqavat gücündə
"Çıraq-2", 6,33 meqavat gücündə "Qamışlı",
5,3 meqavat gücündə
"Soyuqbulaq" və
3,4 meqavat gücündə
"Meydan" kiçik su-elektrik
stansiyalarının Prezident
İlham Əliyevin iştirakı
ilə işə salınması gerçəkləşdi.
Qeyd edək ki, sözügedən bu 6
KSES-də 70 milyon kilovat-saatdan çox ekoloji cəhətdən təmiz "yaşıl enerji" istehsal edilib.
"Azərenerji"nin məlumatına
görə, rayonda bu il istismara verilməsi planlaşdırılan
növbəti obyektlər
4,3 meqavat gücündə
"Zar", 8,8 meqavat
gücündə "Nadirxanlı",
8,6 meqavat gücündə
"Aşağı Vəng"
və 22,5 meqavat gücündə "Yuxarı
Vəng" su-elektrik
stansiyalarıdır.
Prezident İlham Əliyev
və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər
rayonuna səfər çərçivəsində Tərtər çayı
üzərində yerləşən
"Azərenerji" ASC-nin
22,5 MVt gücündə
"Yuxarı Vəng"
Su-Elektrik Stansiyasının
açılışında iştirak ediblər. İşğaldan azad edilmiş ərazilərin
"yaşıl enerji"
zonasına çevrilməsi
istiqamətindəki strategiyaya
uyğun olaraq Tərtər çayı
üzərində yerləşən
bu stansiya Vətən müharibəsində
Qələbəmizdən sonra
regionda yaradılan ən böyük "yaşıl enerji" mənbəyidir. Belə
ki, təkcə bu SES-də istehsal edilən "yaşıl
enerji" növbəti
beş il ərzində
rayonun elektrik enerjisi tələbatını
tam ödəyə bilər.
"Yuxarı Vəng" SES-də il ərzində 66 milyon kilovat-saatadək
"yaşıl enerji"nin
istehsal olunması nəzərdə tutulur.
Bu da 15 milyon kubmetr təbii qaza qənaət edilməsi,
27 min tondan çox karbon emissiyasının qarşısının alınması
deməkdir.
Layihə çərçivəsində
həyata keçirilən
tikinti-quraşdırma işlərində
ətraf mühit amilləri nəzərə
alınıb. Belə
ki, çay balıqlarının
derivasiya borusuna daxil olmasının qarşısının alınması
və onların çay ekosistemində saxlanılması üçün
xüsusi hidrotexniki qurğular layihələndirilərək
tikilib.
Zəngilan su-elektrik
stansiyaları silsiləsi
də dörd enerji obyektindən ibarətdir. Bunlar "Sarıqışlaq", "Şayıflı","Zəngilan" və
"Cahangirbəyli" SES-lərdir. Prezident İlham
Əliyev keçən
il sentyabrın 28-də "Cahangirbəyli" Su-Elektrik
Stansiyasının açılışında
iştirak edib. Belə ki, hələ
2022-ci ilin payız aylarında "Azərenerji"
ASC tərəfindən Oxçuçayın
Zəngilan rayonunun ərazisindən keçən
hissəsində dörd
yerdə hər birinin gücü 10,5 meqavat, ümumi gücü 42 meqavat olan SES silsiləsinin tikintisinə başlanılmışdı.
Bu dörd stansiyanı su ilə təmin
etmək üçün
dəniz səviyyəsindən
600 metr yüksəklikdə
baş suqəbuledici qurğu tikilib. Eni 450, uzunluğu 250 metr olan qurğunun su tutumu 400-450 min kubmetrə bərabərdir.
Bu qurğunun yaradılması
enerji istehsalından əlavə, kənd təsərrüfatı və
ekoloji cəhətdən
olduqca əhəmiyyətli
hadisədir. Baş suqəbuledicinin tikilməsi
30 il müddətində çirklənən
çay yatağının
təmizlənməsinə, flora və faunanın dirçəlməsinə də
yardım edəcək.
Baş suqəbuledicidən
çayın suyunun
35 faizi məcrasında
saxlanılmaqla 23 kilometr
məsafədə qoşa
derivasiya boruları çəkilib. Borudan çıxan su təkrar çaya buraxılır. "Cahangirbəyli"
SES-in ətrafında 8 mindən
çox ağac əkilib.
Bu il mayın 18-də dövlət
başçısı "Zəngilan" və
"Şayıflı" su-elektrik stansiyalarının
açılışını edib. Hər birinin gücü 10,5 meqavat olmaqla ümumi gücü 21 meqavat olan "Zəngilan" və
"Şayıflı" SES-lər üçün maşın zalları tikilmişdir. "Yaşıl
enerji" zonası konsepsiyasına uyğun olaraq ekoloji cəhətdən təmiz
enerji istehsal edən "Zəngilan"
və "Şayıflı"da
rəqəmsal qaydada məlumatların axını
mərkəzə ötürülməklə
yanaşı, məsafədən
idarəetmə təmin
olunmuşdur. Bunun üçün
mikro SCADA sistemi yığılmış, 25 kilometr
məsafədə yüksəkgərginlikli
yeni elektrik verilişi
xətləri və
24 damarlı optik kabel xətti çəkilmişdir.
Oktyabrın 3-də isə
Prezidentimiz "Sarıqışlaq"
Su-Elektrik Stansiyasının
açılışında iştirak etdi. "Sarıqışlaq" SES-də
tikilən maşın
zalında çayda su azalarkən özünü avtomatik dayandıra bilən iki ekoturbin quraşdırılıb
ki, bu turbinlər Oxçuçayın ekoloji
axımından iki dəfə artıq suyun çayda saxlanılmasını təmin
edir.
Stansiyada 110 kV-luq
açıq paylayıcı
qurğu tikilib. Bu qurğu nəinki "Sarıqışlaq" SES-də,
eyni zamanda "Şayıflı" SES-də
də istehsal olunan "yaşıl enerji"nin sistemə ötürülməsi funksiyasını
icra edir. Burada həm yarımstansiya, həm də bütövlükdə
su-elektrik stansiyası
rəqəmsal avadanlıqlarla
təchiz edilərək
avtomatik idarəetmə
sistemi ilə təmin olunub."Sarıqışlaq"da il ərzində
33 milyon kilovat-saatadək
elektrik enerjisinin istehsal olunması, bununla da 7,4 milyon kubmetr qaza qəaət
edilməsi və atmosferə atılan 13 min
ton karbon qazının
qarşısının alınması
nəzərdə tutulur.
Xatırladaq ki, "Sarıqışlaq"
SES-in də daxil olduğu 4 SES-dən ibarət 42 meqavatlıq Zəngilan silsiləsi işğaldan azad edilən ərazilərdə
yaradılan ən böyük silsilədir.
Prezident İlham Əliyevin
regionun "yaşıl
enerji" zonası barədə qəti mövqeyinin nəticəsi
kimi ölkə enerjisistemi tarixində ilk dəfə Qarabağ və Şərqi Zəngəzur regionları
mövcud su-elektrik stansiyaları hesabına ilin bütün fəsillərində xalis
sıfır karbon emissiyalı bölgəyə
çevrilib. Burada elektrik enerjisi tələbatı tam həcmdə
"yaşıl enerji"
hesabına həyata keçirilir. Ümumilikdə
isə "Azərenerji"
tərəfindən Qarabağda
və Şərqi Zəngəzurda istismara verilən 270 meqavat gücündə 32 su-elektrik
stansiyasında hava şəraitindən asılı
olan digər alternativ enerji mənbələrindən fərqli
şəkildə 24 saat
fasiləsiz "yaşıl
enerji" istehsal edilir.
"Yaşıl enerji"yə
keçidin sürətləndirilməsi,
atmosferə atılan karbon qazının miqdarının azaldılması,
təbii qaza qənaət, ekoloji cəhətdən təmiz
enerji istehsalı üçün bir çox ərazidəki kimi işğaldan azad olunmuş rayonlarda da kompleks işlər davam edir. Bu layihələrin hər biri BMT-nin iqlim dəyişmələri
ilə mübarizə
və "yaşıl
enerji"yə keçidin
sürətləndirilməsi baxımından əhəmiyyətlidir.
Başqa sözlə,
bunlar Azərbaycanın
enerji sektoru ilə bağlı beynəlxalq səviyyədə
qəbul edilən ekoloji standartlara uyğun icra edilir və ölkəmizin "yaşıl
enerji "inkişafına
sadiqliyini göstərir.
Üstəlik, bu stansiyaların istər tikintisi, istərsə də fəaliyyəti zamanı yüzlərlə
insanın, o cümlədən
keçmiş məcburi
köçkünlərin məşğulluq
problemi həll olunur.
Flora SADIQLI,
Azərbaycan.-2024.- 1 dekabr
(№ 265).- S.5.