Dənizkənarı Milli Park - milli mədəniyyətimizin ən qiymətli parçasından biri

 

Bakı şəhərinin özünəməxsus tarixi-memarlıq xüsusiyyətləri zaman-zaman ölkəmizə gələn turistləri heyran edib. 115 yaşlı Dənizkənarı Milli Park isə paytaxtımızın ümumi görkəminə xüsusi yaraşıq verir. Məhz elə buna görə şəhər sakinlərinin ən çox üz tutduqları məkan da buradır. Çünki sakinlərin əylənmələri, istirahət etmələri, vaxtlarının səmərəli keçirmələri üçün Milli Parkda hərtərəfli şərait yaradılıb. Bu gözəl məkanı böyüklərlə bərabər uşaqlar da çox sevirlər. Çünki onların şənlənmələri üçün burada növbənöv əyləncə yerləri yaradılıb.

Dənizkənarı Milli Parkın maddi mədəniyyət tariximizdə xüsusi yerinin olması hamımızı sevindirir. Şəhərimizin sakinləri bu gözəl məkanı qısaca olaraq "bulvar" adlandırırlar. Gəlin əvvəlcə bu sözün nəyi ifadə etdiyinə aydınlıq gətirək. Fransız mənşəli olan bu söz "sahil boyunca gəzinti zolağı" anlamını verir. Şəhərlərə gözəllik verən bulvarlar demək olar ki, dünyanın bütün ölkələrində yaradılıb. Çünki şəhərlər bulvarsız yaraşıqsız görünür. Tarixini vərəqlədikcə öyrənirik ki, ilk bulvar XVII-XVIII əsrlərdə Qərbi Avropada yaradılıb. Sonra zaman keçdikcə bu ənənə bütün dünyaya yayılıb, insanlar tərəfindən böyük sevgi rəğbətlə qarşılanıb.

 

 

 

Bakı bulvarının ilk mühəndislərindən biri azərbaycanlı memar olub

 

 

Bakı bulvarının yaranmasının olduqca maraqlı tarixi var. Bu gün zövq ala-ala gəzdiyimiz Dənizkənarı Milli Park XX əsrin əvvəllərindən yaranmağa başlayıb. Daha dəqiq desək, 115 il əvvəl - 1909-cu ildə Xəzərin Bakı sahili o zaman rus imperatoru II Aleksandrın adını daşıyan sahil küçəsi arasında yaşıllıq zolağı - bulvar salınıb. Bakı bulvarının yaradılması bilavasitə dənizkənarı sahilin nizamlanması ilə bağlı olub.

Çox xoş qürurludur ki, sahil zolağında ilk mühəndis işləri azərbaycanlı memar Qasımbəy Hacıbababəyov tərəfindən aparılıb. Görkəmli memar hələ 1862-ci ildə bütün sahil boyunca anbarların tikilməsi üçün layihə hazırlayıb. 1867-ci ildə həmin yerə su kəməri çəkilib, fəvvarə quraşdırılıb yeni tikililər inşa olunub. Bu tikililər bulvarı daha da yaraşıqlı göstərib, insanların diqqətini bu məkana cəlb edib. 

XIX əsrin ikinci yarısında əsasən iqtisadi məqsədlər üçün istifadə olunan ensiz sahil zolağında həmin dövrdə ölkəmizdə fəaliyyət göstərən müxtəlif şirkətlərin anbarları körpüləri yerləşib. O vaxtlar sahil zolağı iki hissəyə ayrılırmış: qərbdə Aleksandrovski, şərq istiqamətində isə Petrovski sahili. İki istiqamətə ayrılmış zolaq isə vahid sahil küçəsinin salınması işini bir az çətinləşdirirmiş. 1865-ci ildə Bakının hərbi qubernatoru mülki hissə idarəsinin rəisi general-leytenant M.P.Kolyubakinin xahişi ilə şəhəri dəniz sahilindən ayıran köhnə qala divarının sökülməsinə icazə verilib. Qeyd edək ki, həmin vaxtdan sahil boyunca yeni evlərin tikintisinə başlanılıb.

Bakı şəhərinin daim inkişafda olması, əhali sayının getdikcə artması, Xəzərin səviyyəsinin aşağı enməsi, qala divarları söküldükdən sonra şəhərin dənizə doğru genişlənməsi sahil zolağının yenidən qurulmasına təkan vermişdir. Bu vacib məsələnin müsbət həll olunması üçün XIX əsrin sonunda sahil zolağının nizamlanması bulvarın salınması ilə bağlı müxtəlif uğurlu layihələr hazırlanmışdır. Amma təəssüflər olsun ki, bulvarın salınması məsələsi Bakı Şəhər Duması tərəfindən dəfələrlə müzakirə olunsa da,  maliyyələşdirilməmişdir. Elə bu səbəbdən həllini gözləyən vacib məsələ uzun müddət icra olunmamışdır.

 

 

 

İstedadlı mühəndis Hacınski çıxışı ilə deputatları fikrindən döndərdi

 

 

Nəhayət ki, illər sonra bu vacib məsələnin həlli üstünə gün işığı düşür. 1909-cu ildə Bakı bulvarının gələcəyi üçün mühüm layihələrin həyata keçirilməsi istiqamətində real addımlar atılır. Bakı Şəhər İdarəsinin (Bakı şəhərinin keçmiş yerli idarəetmə orqanı) tikinti şöbəsinin rəhbəri, istedadlı mühəndis Məhəmməd Həsən Hacınski böyük çətinliklə,  1909-cu il aprelin 7-də  Bakı Şəhər Dumasının iclasında Dənizkənarı bulvarın tikintisi ilə bağlı məsələnin müzakirəyə çıxarılmasına nail olur. Dumada bu işin zərurəti ilə bağlı məruzə edir. Hacınskinin məruzəsi 9 aprel 1909-cu ildə "Kaspi" "Bakı" qəzetlərində çap edilir. Onun çıxışı ictimaiyyət tərəfindən müsbət qarşılanır.

M.H.Hacınski çıxışında bulvarın salınmasının zəruriliyini şəhərdəki Mixaylovski bağının əhalinin asudə vaxtını keçirməsi üçün darısqallıq etdiyini, bu məqsədlə geniş bir yerin ayrılmasının vacib olduğunu deputatların nəzərinə çatdırır bu mühüm işin ölkənin büdcəsinə xeyli əlavə vəsait gətirəcəyini xüsusi vurğulayır. Qeyd edir ki, yeni salınacaq Dənizkənarı bulvarda çiçək sərinləşdirici su köşkləri şəhər büdcəsinə ayda 4-6 min rubl mənfəət gətirəcək. Bununla da Hacınski deputatları layihənin iqtisadi cəhətdən səmərəli olduğuna inandırmağı bacarır. Yalnız bundan sonra Bakı Şəhər Duması bulvarın salınmasının əhəmiyyətini nəzərə alaraq bu layihənin icrasına 10 min rubl vəsait ayırır. Beləliklə, M.H.Hacınskinin bu məruzəsi Duma tərəfindən razılıqla qarşılanır Bakı Şəhər İdarəsinə layihənin tezliklə həyata keçirilməsi tövsiyə olunur. Məlumat üçün onu da qeyd edək ki, Hacınskinin layihəsi bulvarın tarixində o vaxta qədər maliyyələşdirilmiş ilk sənəddir.

Verilən məlumatlara görə, M.H.Hacınskinin rəhbərliyi ilə Bakı bulvarının salınması işlərində məşhur memar Adolf Eyxler fəal iştirak etmişdi. Bulvarın şəhərin dəniz fasadı olduğunu nəzərə alaraq, sahilə daha yaxşı görkəm verəcək möhtəşəm tikililər ucaltmaq məqsədilə müsabiqə elan olunur. Elan olunmuş bu müsabiqəyə şəhərin 30 tanınmış memarı da qoşulur. Onların arasında Zivərbəy Əhmədbəyov, Ploşko, Edel kimi istedadlı mütəxəssislər olur.

Beləliklə, çox keçmir ki, bulvarın tikintisinə başlanılır. Xatırladaq ki, ilk bulvarın ərazisi "Daşkörpü"dən (indiki Azneft meydanından) "Qafqaz Merkuri" şirkətinin körpüsünə (A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının binasına) kimi olan yeri əhatə edirmiş.

Maraqlı faktlardan biri odur ki, 1917-ci ilə qədər Dənizkənarı bulvarda  "Fenomen" kinoteatrı, şəhər çimərliyi Bakı Dəniz Aviasiyası məktəbi fəaliyyət göstərirmiş. sovet dövrü adlandırdığımız illərdə Dənizkənarı bulvar daha da abadlaşdırılmış, həm genişləndirilmişdi. 1930-cu illərdə sahildəki bir sıra körpülər sökülmüş yalnız bundan sonra bulvarın ikinci hissəsinin tikintisinə start verilmişdi. Abdulla Şaiq adına Kukla Teatrından Bülbül prospektinədək olan ərazidə xeyli abadlıq işləri aparılmışdı. Abadlıq işləri nəticəsində Bakı bulvarı daha da gözəlləşmişdi. Şəhər sakinlərinin istirahəti əylənməsi üçün burada əlverişli şərait yaradılmışdı.

1936-1938-ci illərdə Bakı bulvarının inkişafı istiqamətində yeni addımlar atılır. Bu illər ərzində artıq əks istiqamətdə - Azneft meydanından köhnə "İnturist" mehmanxanasına kimi olan ərazidə işlər tamamlanır. Burada həmçinin yaşıllaşdırma quruculuq işləri həyata keçirilir. Uğurla həyata keçirilən abadlıq işləri Bakı bulvarının görkəmini xeyli dəyişir.

 

 

Ümummilli Liderin hakimiyyətə gəlişi ilə bulvarın qurulmasının yeni mərhələsi başlayır

 

 

Sonrakı illərdə Dənizkənarı bulvarın ərazisi genişləndirilir nəzərəçarpacaq abadlıq işləri aparılıb. 1950-1960-cı illərdə şəhər sakinlərinin rahatlığını təmin etmək məqsədilə bulvarda "Mirvari" kafesi, "Bahar" S.Vurğun adına yay kinosalonları, "Venesiya" su şəhərciyi başqa istirahət guşələri tikilir. 1967-ci ildə tanınmış memar Mikayıl Hüseynov Dənizkənarı bulvarın yenidən qurulması üçün layihə hazırlayır.

1969-cu il Bakı bulvarının tarixinə böyük hərflərlə yazılıb. Ümummilli Lider Heydər Əliyev həmin il Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra bulvar yeni inkişaf mərhələsinə qədəm qoyub. 1970-ci illərdə respublikada Bakı şəhərində yaşıllaşdırma abadlaşdırma işlərinin genişləndirilməsinə başlanıb. Yaşıllaşdırma çərçivəsində Dənizkənarı bulvarda da geniş yenidənqurma işləri aparılıb. Bulvar şərq qərb istiqamətlərində daha da genişləndirilərək uzunluğu 3,7 kilometrə çatdırılıb.

1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində ölkə həyatının başqa sahələrində olduğu kimi, Dənizkənarı bilvarın abadlığı da böhran vəziyyətinə düşmüşdü. Bu xoşagəlməz proses bulvarda baş verən dağıntılarla, burada insanların istirahətinə əngəl yaradan onlarca obyektin tikilməsi, onların təsiri Xəzərin səviyyəsinin qalxması səbəbindən qiymətli ağac növlərinin məhv olması ilə nəticələnmişdi. Həmin illərdə demək olar ki, bulvarda heç bir abadlıq işləri aparılmamışdır.

Xalqına, Vətəninə böyük sevgi bəsləyən, Dənizkənarı bulvara ölkənin mədəniyyəti, tarixinin qiymətli bir parçası kimi dəyər verən Ümummilli Lider Heydər Əliyev 1998-ci il dekabrın 29-da bulvara Milli Park statusu verilməsi haqqında fərman imzalamışdı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 dekabr 2001-ci il tarixli 132 nömrəli qərarına əsasən, Dənizkənarı Milli Park ölkə əhəmiyyətli daşınmaz tarix mədəniyyət abidələri sırasına daxil edilmişdir. Bütün bunlar Bakı bulvarının inkişafında, genişləndirilməsində abadlaşdırılmasında mühüm addımlar olmuşdur.

 

 

 

Prezidentin fərmanı ilə Dənizkənarı Bulvar İdarəsi yaradıldı

 

 

Dənizkənarı bulvarın təbii landşaftının bərpası, onun tarixi simasının saxlanılması, ərazisinin zəngin florasının inkişaf etdirilməsi, bulvarın mühafizə olunması, burada sosial-mədəni tədbirlərin həyata keçirilməsi kimi vacib işlərin müsbət həllini təmin etmək məqsədilə Azərbaycan Prezidenti İlham Əliyev 2008-ci il yanvarın 10-da Dənizkənarı Bulvar İdarəsinin yaradılması haqqında fərman imzaladı. İmzalanan bu fərmandan sonra Dənizkənarı Milli Parkın əsaslı şəkildə abadlaşdırılmasına yenidən qurulmasına  başlanıldı. Qısa müddət ərzində aparılan abadlıq işləri nəticəsində parkın yaşıllıq zolağı xeyli genişləndirildi. Burada yeni ağac gül növləri əkildi. Onların arasında olan ekzotik bitkilər (palmalar, Argentinadan gətirilmiş baobablar, Meksikadan gətirilmiş kaktuslar s.) bulvarın gözəlliyini daha da artırdı. Ərazidə yeni attraksionlar kino nümayişi ilə bağlı məkanlar da yaradıldı. Şəhər sakinlərinin istirahətini, rahatlığını daha səmərəli təşkil etmək məqsədilə Milli Parkda özünəməxsus istirahət növü olan dəniz gəzintisi uğurla həyata keçirilir.

Milli Parkın ərazisinin genişləndirilməsi inkişafı daim Azərbaycan Prezidentinin diqqət mərkəzindədir. Ölkəmizdə keçirilən "Avroviziya" Musiqi Yarışması ərəfəsində Dənizkənarı Milli Parkın ərazisinin Bakı İdman Sarayından Dövlət Bayrağı Meydanına qədər uzadılması işləri tamamlandı. Hazırda şəhər sakinlərinin ixtiyarına verilən yeni bulvarın ərazisi 1,8 kilometr, sahəsi 17,26 hektardır. Çox sevindiricidir ki, bu ərazidə tarixi dövlət əhəmiyyətli məkanlar yaradılıb, tikintilər aparılıb. Dövlət Bayrağı Meydanı, Dövlət Bayrağı Muzeyi "Avroviziya" müsabiqəsinin keçirildiyi idman-əyləncə kompleksi olan Bakı Kristal Zalı da bu məkanların sırasına daxildir.

2015-ci ildə I Avropa Oyunları ərəfəsində bulvarın iki istiqamətdə genişləndirilməsi işi başa çatdı. Birinci istiqamət Dövlət Bayrağı Meydanından (Daş Salnamə Muzeyinin qarşısından) Bibiheybət istiqamətində genişləndirilən "Bayıl bulvarı", digər istiqamət isə Dəniz Ticarəti Limanından "Bulvar" hotelə kimi uzadılan " Şəhər" Bulvarıdır. Bakı " Şəhər" Bulvarının uzunluğu 2,7 kilometr, sahəsi 34,6 hektardır. "Bayıl bulvarı"nın uzunluğu 9,2 kilometr, sahəsi 123, 394 hektardır. Yeni bulvar ərazisində aparılan yenidənqurma abadlıq işləri nəticəsində müxtəlif istirahət iaşə obyektləri ilə yanaşı, müasir mədəniyyət obyektləri inşa edilib. Hazırda Bakı bulvarının ərazisi 215.164 hektar olmaqla, uzunluğu 16,7 kilometrdir. Qərblə Şərqin memarlıq elementlərini özündə birləşdirən Dənizkənarı Milli Parkda tikinti abadlıq işləri bu gün uğurla davam etdirilir.

 

 

Dənizkənarı Milli Park beynəlxalq mükafata layiq görülüb

 

 

Dənizkənarı Milli Park füsunkarlığına rahatlığına görə bir sıra mükafatlara layiq görülüb. Getdikcə gözəlləşən ərazisi genişlənən Milli Parkımız Niderlandda Beynəlxalq Böyük Şəhər Parkları mükafatına layiq görülüb. Bakı şəhərinin əvəzsiz incilərindən olan, maddi mədəniyyətimizin həm tarixi, həm müasir simasını özündə əks etdirən Dənizkənarı Milli Park unikal təbii kompleks kimi dünyada bu sahə üzrə ən mötəbər mükafatlardan olan "International Large Urban Parks Award" (Beynəlxalq Böyük Şəhər Parkları Mükafatı) mükafatının qalibi elan edilib.

Şəhərlərdə parkların idarə edilməsi dayanıqlı inkişafı, şəhər ərazisinin yaşıllaşdırılması təbiətinin mühafizəsi sahəsində nüfuzlu beynəlxalq qeyri-hökumət təşkilatı olan Ümumdünya Şəhər Parkları Təşkilatı (World Urban Parks Organization) tərəfindən təsis edilən mükafatın qalibləri şəhər parklarının idarə olunmasının keyfiyyəti, səmərəliliyi dayanıqlılığı, sosial, iqtisadi, ekoloji əhəmiyyəti s. meyarlar əsasında keçirilən müsabiqə əsasında müəyyən edilir. Dənizkənarı Milli Park öz bənzərsiz ünikallığı, ekoloji ictimai əhəmiyyəti, saxlanması qorunması sahələrində xüsusi göstəricilərinə görə ən yüksək nəticəni göstərməklə mükafatın qalibi adına layıq görülüb.

Mükafat Dənizkənarı Bulvar İdarəsinin nümayəndə heyətinə bu il 23-26 sentyabr tarixlərində Niderland Krallığının Utrext şəhərində  keçirilən "Future Green City Congress" beynəlxalq konfransında təqdim olunub.

İqlim dəyişikliyi ətraf mühitin mühafizəsi ilə bağlı ölkəmizin COP29 kimi mötəbər tədbirə evsahibliyi etməsi ərəfəsində Dənizkənarı Milli Parkın ekoloji sağlam mühitinin effektiv idarə edilməsinin beynəlxalq səviyyədə qiymətləndirilməsi onun estetik gözəlliyi, şəhər mədəniyyətində tutduğu yeri, davamlılıq prinsiplərinə sadiqliyi ilə yanaşı, həm parkın beynəlxalq miqyasda daha çox tanınmasında mühüm rol oynadı.

Dənizkənarı Milli Parkın ərazisi həm şəhər sakinlərinin, həm qonaqların ən sevimli yerlərindən biridir. İnsanlar burada çox rahat istirahət edir, dincəlir, əylənir, bir sözlə, vaxtlarını səmərəli keçirirlər.

 

 

Vahid MƏHƏRRƏMOV,

Azərbaycan.-2024.- 1 dekabr (№ 265).- S.6.