Akademik Nizami Cəfərov: “Ortaq türk
əlifbası Türk dünyasına
uğurlu inteqrasiyanın
göstəricisidir”
“Ortaq türk əlifbası türk dillərini birləşdirmək
deyil, onları mədəni cəhətdən
yaxınlaşdırmaq məqsədi
daşıyır. Bu məsələnin müzakirə
olunması faktının
özü də Türk dünyasında gedən inteqrasiya proseslərinin uğurunun göstəricisidir”.
Bu fikri
AZƏRTAC-a müsahibəsində 21-ci Ankara Kitab Sərgi-Yarmarkasının
fəxri qonağı
elan edilmiş Azərbaycan Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov bildirib.
Onun sözlərinə
görə, türk dillərinin hər biri özünəməxsus
şəkildə gözəl,
orijinal və bənzərsizdir. “Bu dillərin formalaşması
yüz illər əvvələ gedib çıxır. Buna görə də məsələ dilləri
birləşdirməkdə deyil, onları yaxınlaşdırmaqdadır. Əgər müxtəlif
türk ölkələrinin
sakinləri ortaq əlifbanın hərflərindən
istifadə etsələr,
anlaşma çox asanlaşar”, - deyə alim hesab edir.
Akademik türk
dövlətlərinin yaxınlaşmasında
Beynəlxalq Türk Akademiyasının, Beynəlxalq
Türk Mədəniyyəti
Təşkilatının (TÜRKSOY), Türk Mədəniyyəti
və İrsi Fondunun mühüm töhfələrini də
diqqətə çatdırıb.
Eyni zamanda o, Türk dünyasında əməkdaşlıq üçün
ən böyük məsuliyyət daşıyan
ölkələrdən biri
kimi Türkiyənin adını çəkib.
“Bu gün biz ayrı bir
türk dövləti
quruluşunun ortaq ideyaların aparıcısına
çevrildiyinin şahidi
oluruq”, - deyən akademik Türkiyə Dilçilik Cəmiyyətinin
türk dillərinin yaxınlaşdırılması istiqamətindəki təşəbbüslərini
misal çəkib.
O, professor Şahin
Mustafayevin rəhbərlik
etdiyi Beynəlxalq Türk Akademiyasının
da bu istiqamətdə
səylərini yüksək
qiymətləndirib.
N.Cəfərovun fikrincə,
türk xalqlarının
yaxınlaşmasında növbəti
mərhələ terminologiya
və orfoqrafiya qaydalarının uyğunlaşdırılması,
yəni birləşdirilməsi
ola bilər.
“Türk dövlətləri praktiki olaraq inteqrasiya istəklərini nümayiş etdirirlər. Çoxsaylı sərgilərdə birgə iştirak da bu istiqamətdə səylərin daha bir göstəricisidir”, - deyə akademik əlavə edib.
Azərbaycan.-2024.- 1 dekabr (¹ 265).- S.6.