Dünyanı bürüyən mərəz

 

1 dekabr Ümumdünya QİÇS- Mübarizə Günüdür

 

 

Dövrümüzün qorxulu xəstəliklərindən biri uzunmüddətli gedişə malik Qazanılmış İmmun Çatışmazlığı Sindromudur (QİÇS). Xəstəliyə səbəb olan virus orqanizmin müdafiəsində rol oynayan mühüm hüceyrələri zədələyərək immunitet sistemini məhv edir, onu digər infeksiyalar qarşısında "silahsız" qoyur. Bununla da yoluxmuş şəxsin orqanizmi o qədər zəifləyir ki, adi soyuqdəyməyə qarşı belə müqavimət göstərə bilmir.

Dünyada milyonlarla insan QİÇS-dən əziyyət çəkir. Xəstəlik ilk dəfə 1981-ci il iyunun 5-də Amerikada Xəstəliklər Üzərində Nəzarət Mərkəzi tərəfindən aşkar edilib. Ölkəmizdə İİV-infeksiyasının ilk dəfə aşkar edildiyi 1987-ci ildən 2024-cü ilin III rübünün sonunadək Respublika QİÇS- Mübarizə Mərkəzində 10108 İİV- yaşayan Azərbaycan vətəndaşı rəsmi qeydiyyata alınıb. Onlardan 7026-sı kişi, 3082-si isə qadındır.

1988-ci ildən etibarən isə hər il dekabrın 1-i Ümumdünya QİÇS- Mübarizə Günü kimi qeyd edilir. Həmin günün beynəlxalq səviyyədə keçirilməsi xəstəliklə mübarizədə dünya ölkələrinin səylərinin birləşdirilməsinə xidmət edir.

 

 

 

QİÇS İİV-infeksiyasının sonuncu mərhələsidir

 

 

Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Səhiyyə Nazirliyi Respublika QİÇS- Mübarizə Mərkəzinin direktoru Famil Məmmədovun sözlərinə görə, İİV infeksiyası insanın immunçatışmazlığı virusları tərəfindən törədilən immun sistemin getdikcə artan zədələnməsi ilə xarakterizə olunan infeksion xəstəlikdir: "Xəstəliyin gedişində 4 mərhələ ayırd edilir. Bu mərhələlərdən asılı olaraq, infeksiyaya yoluxan şəxslərdə müxtəlif kliniki simptomlar müşahidə olunur. İlkin mərhələdə ümumi halsızlıq, tez yorulma, limfa düyünlərinin böyüməsi, periodik olaraq hərarətin yüksəlməsi, daha sonrakı mərhələlərdə isə dəri daxili orqanların göbələk mənşəli zədələnmələri, vərəmə xas əlamətlər, bədxassəli şişlər kimi ağırlaşmalar qeyd olunur. QİÇS isə Qazanılmış İmmunçatışmazlığı Sindromu adlanaraq, İİV-infeksiyasının sonuncu mərhələsidir. Bu mərhələdə İİV-ə yoluxmuş şəxslərdə artıq immun sistemin daha proqressiv zədələnməsi müşahidə edilir xəstələrdə çoxsaylı ağırlaşmalar - vərəm, MSS-in zədələnməsi, mədə-bağırsaq sistemində patologiyalar, bədxassəli şişlər inkişaf edir".

Famil Məmmədov qeyd edib ki, xəstəliyə, əsasən cinsi yolla, İİV tərkibli qan onun preparatlarının köçürülməsi nəticəsində, İİV-ə yoluxan donorun orqanlarının transplantasiyası zamanı, infeksiya ilə çirklənmiş tibbi, gigiyenik kosmetoloji ləvazimatlardan istifadə etməklə yoluxmaq mümkündür. Xəstəlik, həmçinin infeksiyaya yoluxmuş anadan uşağa hamiləlik dövründə cift vasitəsilə, doğuş zamanı ana südü ilə qidalanma nəticəsində keçir.

 

 

Müayinələr konfidensiallıq qorunmaq prinsipi ilə aparılır

 

 

İİV-ə yoluxan şəxslərin müalicəsinin antiretrovirus terapiya adlandığını bildirən mərkəz direktoru bildirib ki, müalicə Respublika QİÇS- Mübarizə Mərkəzində Ümumdünya Səhiyyə Təşkilatının son tövsiyələrinə müvafiq olaraq xüsusi rejimlər əsasında aparılır: "ARV preparatlarla təminat dövlət tərəfindən ödənişsiz, konfidensial qaydada həyata keçirilir. Xəstələrdə İİV infeksiyası diaqnozu təsdiqləndikdən sonra onlar dispanser nəzarətə götürülərək antiretrovirus terapiyaya cəlb olunurlar. İlk olaraq pasiyentlərlə həkim infeksionistlər, psixoloqlar tərəfindən məsləhətləşmələr aparılır, individual yanaşma ilə, yəni hər bir xəstənin yaşı, çəkisi, müayinə nəticələri, ağırlaşmaları, yanaşı xəstəlikləri sairə nəzərə alınaraq müalicə sxemləri təyin olunur. Dərmanların qəbul qaydası, müalicəyə sadiqlik, fasiləli müalicənin fəsadları, monitorinq müayinələrinin vacibliyi barədə mütəxəssislər tərəfindən ətraflı məlumat verilir".

Respublika QİÇS- Mübarizə Mərkəzində qeydiyyatda olan regionlarda yaşayan İİV-ə yoluxan şəxslərin müalicəyə əlçatanlığının təmin olunması məqsədilə antiretrovirus preparatların təminatı regional İİV laboratoriyaları tərəfindən həyata keçirilir. Famil Məmmədov vurğulayıb ki, müayinələr Bakıda yerləşən mərkəzlə yanaşı, Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, 12 regional laboratoriyalarda könüllü müayinə məntəqələrində aparılır. İİV-ə müayinələr anonim qaydada, ödənişsiz, konfidensiallıq qorunmaq prinsipi ilə həyata keçirilir.

 

 

Profilaktik tədbirlər barədə maariflənmək vacibdir

 

 

Digər region ölkələri ilə müqayisədə Azərbaycanda İİV infeksiyası ilə xəstələnmə göstəricisi olduqca aşağıdır. Famil Məmmədov bildirib ki, Səhiyyə Nazirliyinin daim nəzarəti sayəsində Respublika QİÇS- Mübarizə Mərkəzi tərəfindən aparılan məqsədli fəaliyyət ölkədə İİV-infeksiyasının yayılmasını illər ərzində təmərküzləşmiş mərhələdə saxlamağa imkan verib.

Ümumilikdə, İİV-ə yoluxmamaq üçün insanların İİV/QİÇS mövzusunda, profilaktik tədbirlər barədə maariflənməsi çox vacibdir. "Profilaktika müalicədən daha yaxşıdır" şüarını unutmamaq lazımdır.

"Riskli davranışlardan çəkinmək, qoruyuculardan istifadə, zərərli vərdişlərdən uzaqlaşmaq, gigiyenik qaydalara əməl olunması İİV-ə yoluxmanın qarşısının alınması üçün əsas tədbirlərdir. Təmasdan öncə (TÖP) təmasdan sonra profilaktika (Postkontakt profilaktika) barədə hər kəs məlumatlanmalıdır. Uzun müddətdir ki, ölkədə risk qrupları arasında təmasdan öncə profilaktika həyata keçirilir. TÖP İİV-ə yoluxmamış şəxslərin İİV- yaşayan insanlarla kontaktından öncə virusa yoluxmasının qarşısını almağa yönəldilmiş antiretrovirus preparatının sxem üzrə qəbulundan ibarətdir. Xüsusilə qeyd etmək istərdim ki, təmasdan öncə profilaktikanın əhatə dairəsi artıq ölkədə bütün risk qrupları arasında genişləndirilib. Postkontakt profilaktika isə artıq uzun illərdir ölkədə uğurlu şəkildə həyata keçirilir. İİV-li şəxslərlə, təsadüfi, qorunmamış təmasdan sonra, şpris ucluqları batan zaman, həmçinin, İİV-ə yoluxmuş biomateriallarla tibbi zədələnmə baş verdikdə yoluxmanın qarşısının alınması üçün Respublika QİÇS- Mübarizə Mərkəzinə müraciət etmək tövsiyə olunur. Qeyd edim ki, burada vacib məqam ondan ibarətdir ki, təmasdan sonra profilaktika 72 saat ərzində həyata keçirilməlidir. Bu məqsədlə, şəxslərin 72 saatdan gec olmayaraq müraciət etmələri tövsiyə olunur", - deyə mərkəz direktoru qeyd edib.

 

 

Ülkər XASPOLADOVA,

Azərbaycan.-2024.- 1 dekabr (№ 265).- S.8.