Laos Xalq Demokratik Respublikasının Prezidenti
Zati-aliləri cənab
Thonqlun Sisulitə
Hörmətli cənab
Prezident,
Laos Xalq Demokratik Respublikasının
milli bayramı – Respublika Günü münasibətilə Sizi və Sizin simanızda
bütün xalqınızı
öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik
edirəm.
Biz Azərbaycan-Laos
dostluq münasibətlərinin
inkişafına böyük
əhəmiyyət veririk.
Cari ilin oktyabrında Sizinlə Kazanda səmimiyyət və qarşılıqlı
etimad şəraitində
keçən görüşümüzü
ən xoş təəssüratlarla xatırlayıram.
İnanıram ki,
xalqlarımızın maraqlarına
uyğun olaraq və mövcud imkanlardan istifadə edərək birgə səylərimizlə dostluq
əlaqələrimizin inkişafına,
həm ikitərəfli,
həm də çoxtərəfli əsasda
qarşılıqlı səmərəli
əməkdaşlığımızın
daha da dərinləşməsinə
nail olacağıq.
Fürsətdən istifadə
edərək Sizi Azərbaycana səfərə
dəvət edirəm.
Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır,
dost xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
29 noyabr 2024-cü il
Azərbaycan.-2024.-
3 dekabr (№ 266).- S.2.